Məhkəmə qərarları › İş №2(006)-5429/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5429/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5429/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1969-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılması və onların ünvan 1; yeni qaydalarla AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, M3 ünvanında yerləşən yaşayış sahəsindən qətnamənin pasport qeydiyyatından çıxarılması üçün bu qətnamənin əsas olması barədə qeyd yazılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 onunla heç bir qohumluq əlaqəsində olmamış, ailə üzvü olmamışdır. Onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması barədə razılıq ərizəsi olmamışdır. Lakin cavabdehlər xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 onun mülkiyyətində olan mənzilində qeydiyyatdadırlar. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında onun mülkiyyətindədir. Cavabdehlərin onun mülkiyyətində olan mənzilində qeydiyyatda qalması hüquqlarını məhdudlaşdırır. Əmlakı üzərində sərəncam verə bilmək hüququ məhdudlaşmışdır. Cavabdehlər xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 mənzilində yaşamadığı halda onun mənzilində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi mülkiyyətindən sərbəst istifadə etmək, onun üzərində sərəncam vermək və sair kimi hüquqları həyata keçirməyinə mane olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq cavabdehlərin məhkəmə qaydasında mənzilindən istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsinə nail olmaq istəyirəm. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Hüseynbala Əliyev küçəsi, 17 saylı evin, 72 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması və onların ünvan 1; yeni qaydalarla AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, M3 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması üçün bu qətnamənin əsas olması barədə qeyd yazılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr, 17 saylı evin 72 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3097 nömrəli reyestr kitabının 289223 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr, 17 saylı evin 72 saylı mənzili ünvanında Cavabdeh2 (xx.xx.1997-ci il təvəllüdlü) və Cavabdeh1 (xx.xx.1969-cu il təvəllüdlü) qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr, 17 saylı evin 72 saylı mənzilini (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) alıcı X1. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2019-cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Notariat işində olan Cavabdeh2 tərəfindən imzalanmış və notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., ev 17, mənzil 72 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr, 17 saylı evin 72 saylı mənzilini (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) alıcı Mahmudov Böyükağa Musa oğluna satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilənin surətindən görünür ki, hədiyyə verən Mahmudov Böyükağa Musa oğlu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr, 17 saylı evin 72 saylı mənzilini (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) hədiyyə alan X3 bağışlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., 17 saylı evin 72 saylı mənzildə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., 17 saylı evin 72 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) İddiaçı xüsusi mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 ilə X5 arasında xx.xx.2019-cu il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmış, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə isə X5 ilə Mahmudov Böyükağa Musa oğlu arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Daha snra xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Mahmudov Böyükağa Musa oğlu mülkiyyətində olan həmin mənzili İddiaçı bağışlamışdır. Mənzildə qeydiyyatda olan cavabdehlərdən Cavabdeh2 mənzilin satılmasına etiraz etməmişlər. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Beləliklə məhkəmə hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 mənzildən qeydiyyatdan çıxmaması onunla həmin mənzili alan şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı xx.xx.2019-cu il tarixdən evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzilin mülkiyyətçisi olmayan, lakin mənzildə qeydiyyatda olan digər cavabdehin (Cavabdeh2) mənzil satıldıqdan sonra qeydiyyatdan çıxmaması onun, yaşayış sahəsindən istifadə hüququndan imtina barədə notariat qaydasında üzərinə götürdüyü bir tərəfli öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 228.4-cü maddəsinə müvafiq olaraq yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə Cavabdeh2 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməməsi barədə verdiyi ərizə yaşayış sahəsindən istifadə hüququndan imtina barədə öhdəlik kimi qiymətləndirilməlidir. Çünki cavabdehin iradə ifadəsinin həqiqi mənası məhz yaşayış sahəsindən istifadə hüququndan imtinaya yönəlmişdir. Belə ki, MM-nin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Yəni cavabdeh müvafiq ərizə verərək bir tərəfli əqd əsasında yaşayış sahəsindən istifadə hüququndan imtina barədə üzərinə öhdəlik götürmüş və bu öhdəliyə müqavilə öhdəlikləri barədə qaydalar tətbiq edilir. MM-nin 404.1 və 404.2-ci maddələrinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin iddiaçıya mənzili bağışlayan şəxs satıcı X5 ilə mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən, üçüncü şəxslərin hər hansı bir hüququ ilə yüklü olmayan mənzilin alqı-satqısına dair razılığa gəlmişlər. Belə ki, müqavilənin 8-ci bəndinə müvafiq olaraq, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. MM-nin 572.1-ci maddəsinə müvafiq olaraq alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdehlər isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, müvafiq olaraq müqavilə və qeyri-müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşlar. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişlər (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehlərdən müvafiq olaraq alqı-satqı müqaviləsinin və yaşayış sahəsindən istifadə hüququndan imtina barəsində bir tərəfli əqdin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşlar. Belə ki, alqı-satqı müqaviləsi tərəflərin razılaşdırdıqları əmlakın alıcıya verilməsini şərtləndirir. Cavabdehlər öz öhdəliklərini icra etmədiklərindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X6 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., 17 saylı evin 72 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., 17 saylı evin 72 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 2-ci mkr., 17 saylı evin 72 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 125, M4, m3) üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar