Məhkəmə qərarları › İş №2(006)-5478/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5478/2020

13.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5478/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X4 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi 18 ünvanında yerləşən evə mərhum həyat yoldaşı X11Əli oğlunun yaşadığı müddətdə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi bildirir ki, X3 ilə xx xxxx 2008-ci ildə 129 saylı akt qeydli şəhadətnaməyə əsasən Nəsimi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Qeyd edir ki, onlar ailə qurmazdan öncə 1984-cü ildə qaynanası Bağırova Ağabacı fərdi yaşayış evini tikmişdir. X2 x xxxxxx 1963-cü ildə anadan olmuş və Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 18-də qeydiyyata düşmüş, orada yaşamışdır. Bağırova Ağabacının ölümündən sonra sözü gedən əmlak Müzəfər və qardaşı Bağırov Zöhraba qalmışdır. 2007-ci ildə Müzəfərin qardaşı Bağırov Zöhrab da dünyasını dəyişmişdir. Bütün bunlardan sonra Müzəfər orda tək yaşamışdır. Və beləliklə mənzil ona məxsus olmuşdur. xx.xx.2019-cu il tarixində X3 “baş bronxlann bədxassəli yenitörəməsi” diaqnozundan vəfat etmişdir. Onların birgə nikahlarından övladları yoxdur. Və yoldaşı Müzəfərin başqa varisi yoxdur. Həmçinin mərhumun qardaşı Zöhrab da evli olmayıb və onun da rəsmi varisi yoxdur. Müzəffər vəfat etdikdən sonra o, həmin daşınmaz əmlaka sahiblik və istifadə etmişdir. Belə olan halda rəsmi və yeganə varis olduğu üçün əmlakın ona məxsus olduğunu düşünür. O, bununla bağlı əmlakı X3 adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Lakin, həmin orqan ona Müzəffərin daşınmaz əmlak üzrə sahiblik və istifadə etməsini təsdiq edərək həmin əmlak üzrə çıxarış verməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti müraciətinə əsasən verdiyi cavab məktubundan Nəsimi rayonu, İlqar İsmayılov küçəsi 18 saylı ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumatın aşkar edilmədiyini bildirmişdir. Müzəffər həmin ünvanda doğulduğu gündən yaşamışdır. Bunu təsdiq edən kifayət qədər şahid vardır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Həmin şahidlər də bunu təsdiq edə bilər. Həmin fati təsdiqləməyinin başqa yolu olmadığı üçün o, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi 18 ünvanında yerləşən evə mərhum həyat yoldaşı X1 yaşadığı müddətdə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X5 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 7.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.9-cu maddəsinə dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi xahiş edilən daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və bununla da özbaşına tikinti sayıldığından hesab edir ki, hazırki ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə qeyd olunan məsələ ilə bağlı ümumi icraat qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, o, qeyd olunan məsələ ilə bağlı ümumi icraat qaydasında məhkəməyə yenidən müraciət etmək hüququna malikdir. Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar