Məhkəmə qərarları › İş №2(006)-5487/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5487/2021

02.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5487/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının insan resurslarının idarə edilməsi departamentinin əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi Ə.Ələkbərovun 14 iyun 2021-ci il tarixli 315 nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının direktoru T.Qarayev tərəfindən 28 yanvar 2015-ci il tarixli 12 saylı əmri ilə həmin filiala mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01 avqust 2016-cı il tarixli 504/k saylı əmrlə filialın xidmət bölməsinə əməliyyat üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının insan resurslarının idarə edilməsi departamentinin əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi Ə.Ələkbərovun 14 iyun 2021-ci il tarixli 315 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. İşə qaytarılmağı ilə bağlı Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına müraciət etsə də, cavab verilməmişdir. O, Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Bundan başqa 1-ci Qarabağ müharibəsindəki döyüşlərdə iştirak etmiş, məhz bu döyüşlərdə yaralanmışdır. Buna görə də ona veteranlıq və əlillik vəsiqələri verilmişdir. O, 2-ci qrup əlilidir. X1 2-ci qrup əlilidir. Onun müqaviləsinə ştatın ixtisarı ilə bağlı xitam verilə bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının əmək müqaviləsinə 14 iyun 2021-ci il tarixli 315 f-k saylı əmrlə 21 iyun 2021-ci il tarixində xitam verilmişdir. Əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçıəmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filailın əməkdaşlarının iştirakı ilə iddiaçının əmrlə tanış olmaqdan imtina etməsi, onun imzalamaqdan və nüsxəsini əldə etməkdən imtina etməsi ilə bağlı akt tərtib edilmişdir. Eyni zamanda 21 iyun 2021-ci il tarixində iddiaçıya teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün müraciət etməsi xahilş edilmişdir. Yəni, iddiaçının 21 iyun 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə tam dolğun məlumatı olmuşdur. Sadəcə olaraq iddiaçı heç bir səbəb göstərmədən əmri almaqdan imtina etmişdir. İddiaçı həmin tarixdə onunla bank arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olduğu üçün məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı da həmin tarixdən, yəni 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Ona görə də iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28 yanvar 2015-ci il tarixli, 12 saylı əmrlə Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına mütəxəssis vəzifəsinə təyin edilmiş, 14 iyun 2021-ci il tarixli 315/k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 315-f-k saylı 14 iyun 2021-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı- Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialının Xidmət Bölməsinin Əməliyyat üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə 21.06.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (Universal işçi layihəsi ilə əlaqədar olaraq ştatın ixtisarı) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 21.06.2021-ci il tarixli Cəbrayıl rayon Filialının müdiri, X4 üzrə aparıcı mütəxəssisləri Vüsal Bəbirov, Zabit Həsənzadə tərəfindən tərtib edilmiş Aktdan görünür ki, bu akt tərtib edilib ondan ötrü ki, Bankın 14.06.2021-ci il tarixli 315 f-k saylı əmrinə əsasən Cəbrayıl rayon filialının Xidmət bölməsinin Əməliyyat üzrə mütəxəssisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (Universal işçi layihəsi ilə əlaqədar olaraq ştatın ixtisarı) xitam verilmişdir. Əməkdaşa əmrlə tanış olması təklif edilmiş, lakin o, əmrlə tanış olmaqdan, imzalamaqdan və nüsxəsini qəbul etməkdəm imtina etmiş, iş yerini tərk etmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2021-ci il trarixli teleqramın surətindən görünür ki, İddiaçı 21.06.2021-ci il tarixdən işdən azad olunması ilə əlaqədar, həmin tarixdən X5 idarə edilməsi departamentindən əmək kitabçasını götürməsi xahiş olunmuşdur. İş materialların əlavə edilmiş "xxxx" şirkətinin aktın surətindən görünür ki, 21.06.2021-ci il tarixində Cavabdeh1 ASC-nin ofisindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı "xxxx" Şirkəti vasitəsilə (qaimə nömrəsi 673250 məktub göndərilmişdir). Göstərilən ünvanda məktubu qəbul etməkdə imtina etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş poçt qəbzindən görünür ki, o,22 iyul 2021-ci il tarixdə sifarişli məktubla müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə 14.06.2021-ci il tarixli, 315 f-k saylı əmrlə 21.06.2021-ci il tarixində xitam verilmişdir. Əmr həmin tarixdə tanış olması üçün iddiaçıya təqdim edilmişdir. Lakin o, əmrlə tanış olmaqdan imtina etmişdir. Həmin tarixdə filialın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Eyni zamanda 21.06.2021-ci il tarixində R.Mexdiyevə teleqram göndərilərək əmək kitabçasının götürülməsi üçün müraciət etməsi xahiş olunmuşdur. Yəni, İddiaçı 21.06.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə tam dolğun məlumatı olmuşdur. R.Mexdiyev həmin onunla bank arasında imzalanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olduğu üçün məhkəməyə müraçiət etmək üçün iddia müddətinin axımı da həmin tarixdən, yəni 21.06.2021-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə,Nəsimi rayon Məhkəməsinə iddia müddətini ötürməklə pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının müraciəti məhkəməyə 28.07.2021-ci il tarixində daxil olmuşdur. Halbuki, o, 21.07.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə 1 aylıq iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 ASC-nin Cəbrayıl rayon filialına qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar