Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5492/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1ləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 2009-cu il tarixdən faktiki, 16 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu barədə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16 fevral 2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 341 saylı qeydiyyat aparılaraq, AZ-İİ seriyalı 031197 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 02 dekabr 2009-cu il tarixdə X10, 20 dekabr 2010-cu il tarixdə X11 adlı iki uşaqları doğulmuşdur. Son vaxtlar Cavabdeh bacısı, onun həyat yoldaşı X3 ona qarşı münasibəti dəyişmişdir, onunla heç bir fikri bölüşmür, hər dəfə onun dediklərinin əksini söyləyir və əksinə hərəkət edir. Onlar ayrı təsərrüfat aparırlar, nikahları formal xarakter daşıyır. Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda, yəni ünvan 1ləşən ərazidə ona məxsus, mülkiyyətçisi olduğu 3 otaqdan ibarət olan 40 m2-dən ibarətdir. Bundan başqa, onların qohumluq əlaqələri olduğu üçün, yəni onun həyat yoldaşının qardaşı, onun qaynı hesab olunduğuna görə onun yaşadığı mənzilin yaxınlığında boş torpaq sahəsi olduğundan, o və həyat yoldaşı həmin ərazidə özləri üçün 2009-cu ilin oktyabr ayında birinci mərtəbədə 1 otaqlı 14 m2 sahədən idarət olmuş bir otağı inşa etdirmiş, orada ailəsi ilə bərabər yaşaya-yaşaya ikinci mərtəbəni də inşa etdirmişdir, iki mərtəbədə də iki otaqdan ibarət cəmi 26 m2 sahədən ibarət iki otaqlı mənzili inşa etdirmişdir, onun şəxsi hesabına inşa etdirib başa çatdırmışdır. 2009-cu il tarixdə birinci mərtəbəni inşa etdirsə də, yaşayış üçün onun həyat yoldaşının qardaşı Cavabdeh oğlunun yaşadığı mənzildən ona 3.000 manatı ödəməklə sonuncunun həm qaz xəttindən, həm elektrik xəttindən, həm də su xətlərindən birgə istifadə etmələri üçün, onun yaşadığı mənzilə sayğacları, onun həyat yoldaşının anasının adına, yəni onun qayınanası hesab edilən X4 adına çəkilmişdir. Azərbaycan Respublikası ƏƏSM TSEK-dən əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və onun birinci dərəcəli əlillik qrupu qiymətləndirilmişdir. Onun xəstəliyinin ağır olduğunu, Hemo Dializ, yəni hər iki böyrək çatışmamazlığından əziyyət çəkdiyini görən onun həyat yoldaşı, X6 və qardaşı, Cavabdeh, onun sağlamlığının məhdud olduğunu, sağalmaz olduğunu gördükdə onunla nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və onu özü inşa etdirdiyi mənzilinə buraxmamaları ilə onu çölə atmışlar. Demək olar ki, artıq o, küçələrdə qalır. Halbuki, bu mənzili halal zəhməti ilə, qardaşının köməkliyi ilə inşa etdirmişdir. Demək olar ki, evə xərclədiyi, tikilməsinə görə 27.000 manat xərcləmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ünvan 2 ünvanının ¼ hissəsi onun oğlunun xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdə yaşamayıb. İddiaçını qızının həyat yoldaşı olduğu üçün həmin evə qeydiyyata saldırmışdırlar. Həmin evdən qeydiyyatdan çıxarılmasını tələb etmişlər və bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdırlar. İddiaçı o evə 1 manat belə sərf etməmişdir. Yaşamaq üçün o evi onlara müvəqqəti vermişlər. Həmin evə görə onlara iddiaçı heç bir ödəniş etməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının şahidi X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı qonşusudur. Həmin mənzili özü tikdirmişdir və bütün materiallarıda özü almışdır. Cavabdeh inşa etdiyi evin İddiaçı evinə aidiyyəti yoxdur. Ustanın pulunu vermək üçün 3000 manat ondan borc almışdır. İddiaçının şahidi X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, işlədiyi ofis İddiaçı evinin yanındadır. Həmin mənzili Aqilin özü tikdirdiyini görmüşdür. Cavabdehin şahidi X19 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh ilə qonşudurlar. Evi tikmək üçün bütün materialları Şəhriyar almışdır. Bəzi materiallarıda gətirib satmışdır və onun pulunu X7 vermişdir. Cavabdehin şahidi X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh ilə qonşudurlar. 10 ildən çoxdur ki, onları tanıyır. İddiaçı ümumiyyətlə tanımır və evi tikdirməyi barədə heç bir şey eşitməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – evin onun tərəfindən inşa edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə işmateriallarında olan sənədlərdən görünür ki, ünvan 1ləşən fərdi yaşayış evinin yalnız ¼ hissəsi cavabdehə məxsusdur. Həmin əmlakın ½ hissəsi X9, ¼ hissəsi isə X5 məxsus olsa da onlara qarşı hər hansı iddia verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5492/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5492/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver