Məhkəmə qərarları › İş №2(006)-552/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-552/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-552/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 yanvar 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyisterində İddiaçı borcunun olmaması barədə məlumatın verilməsinə dair öhdəliyin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin ("Para” BOKT ASC) ona qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məkəməsinə müraciət edərək İddiaçı "xxxx" ASCnin xeyrinə 11.09.2013-cü il tarixli PB/002/13/01364 nömrəli kredit müqaviləsinə və ona 05.03.2014-cü il tarixli 01 nömrəli əlavə dəyişiklər üzrə 7.037 (Yeddi min otuz yeddi) ABŞ dolları 27 (iyirmi yedi sent) əsas və 13.037 (on ücmin otuz yeddi) ABŞ dolları 04 sent hesablanmış faiz borcu 10028 (on bir min iyirmi səkkiz ) ABŞ dolları 84 (səksən dörd) sent dəbbə pulu, cəmi 30.103 (otuz min yüz üç) ABŞ dolları 15 (on beş) sent və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 03.07.2017-ci il tarixli 2(006)-389/2017-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsinin rədd edilməsindən 4-ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də əsasız borc Mərkəzləşdirilmiş Kredit Sistemindən iddiaçının adına qalmaqda davam edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müarciət edərək, İddiaçı "xxxx" ASC ilə bağlanmış 11.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin "xxxx" ASCyə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-389/2017 saylı, 03.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh BOKT ASC-nin İddiaçı qarşı 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 5 mart 2014-cü il tarixli əlavəyə əsasən yaranmış borcun və xərclərin əvəzinin tələbinə dair iddiası, iddiaçı tərəfindən cavabdehin onun qarşısında öhdəliyinin yarandığını təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən, rədd edilmişdir. "xxxx" MMC-dən 09.12.2021-ci il tarixli SF-Əİ786 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.1-ci bəndindən görünür ki, İddiaçı Cavabdeh BOKT ASC-yə 11.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış kreditin qalıq məbləği üzrə 3.368,89 manat, faiz məbləği üzrə 14.997,63 manat məbləğində borcu vardır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-389/2017 saylı, 03.07.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh BOKT ASC-nin cavabdeh İddiaçı qarşı 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 5 mart 2014-cü il tarixli əlavə üzrə yaranmış borcun və xərclərin əvəzinin tələbinə dair iddiasının iddiaçı tərəfindən cavabdehin onun qarşısında öhdəliyinin yarandığını təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsi səbəbilə rədd edildiyi müəyyən edilmişdir. Hazırda bu faktların preyudisiallığı hazırki mülki işin tərəfləri üçün məcburidir və məhkəmə tərəfindən yenidən araşdırıla və sübut edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə tərəflər arasında müqavilə münasibətlərinin yarandığı, cavabdeh təşkilat tərəfindən iddiaçıya məhz 11 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 5 mart 2014-cü il tarixli əlavə üzrə pul verildiyi halları hazırki iş üçün preyudisiyal əhəmiyyətə malik olan 2(006)-389/2017 saylı mülki iş çərçivəsində öz təsdiqini tapmadığından, hazırda işə baxılarkən isə belə müqavilənin mövcud olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən, məhkəmə tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığı və bununla da iddiaçının mübahisəli müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydin əsassız olduğu nəticəsinə gəlməklə hesab edir ki, həmin məlumat silinməlidir. Belə ki, Cavabdeh BOKT ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə onun hüquqlarını pozmuşdur. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh BOKT ASC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı tərəf olduğu 11.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcunun olmaması barədə məlumatı "xxxx" MMC-yə verməli, bununla da həqiqətə uyğun olmayan məlumatlarının silinməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 11.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh BOKT ASC-yə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh BOKT ASC -yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar