Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5548/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli, 174 nömrəli əmrinin ləğv edilməsinə, onun işə bərpa olunmasına və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı əmək müqaviləsinin onun öz istəyi əsasında ləğv edilməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 vəsatət verərək, 2(009)- 2194/2022 saylı mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə əvəz edilməsini və sözü gedən mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(006)-2194/2022 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair 2(009)-2194/2022 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı mülki iş müvafiq əsaslar olmadan Nəsimi Rayon Məhkəməsinə göndərildiyindən, aidiyyətlə bağlı məhkəmələr arasındakı fikir ayrılığının apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılması məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(006)-2194/2022 saylı qərardadı ilə cavabdeh qismində təyin olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hüquqi ünvanı isə ünvan 1 Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia irəli sürülərkən cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilmişdir (əvəz edilmiş əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası olmamışdır) . Belə olan halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə əvəz edilməsi hazırki mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə 2(006)-5548/2022 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5548/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5548/2022
02.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver