Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5600/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bu mümkün olmaqdıqda açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(103)-1504/2025-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə İddiaçı arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış 15 oktyabr 2021-ci il tarixli, 07 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə iddiaçı X3, ½ hissədə cavabdeh İddiaçı payları müəyyən edilmiş mənzilin naturada cavabdehlə aralarında bölünməsi, bu mümkün olmadıqda mənzili açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Əsgərov İddiaçı Lamiə Rəhim qızı ilə 12 dekabr 2017-ci il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-1031/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, məhkəmə övladı xx.xx.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 300 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi qət dilmişdir. Cavabdehlə boşansalar da, boşanmamışdan əvvələ qədər "xxxx" MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli 3 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 84 kv.m 2 otaqlı 36 nömrəli yaşayış mənzilində bir ünvanda yaşamışlar. Cavabdeh iddiaçıya çox böyük çətinliklər törətmiş, cavabdehin daimi təzyiqlərinə məruz qalmışdır. Buna görə bir evdə yaşamaqları mümkün olmamış və Cavabdeh paylarının müəyyən edilməsi "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddianı təmin etmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, mənzilin dəyəri üzrə ödənilməmiş 1280 manat pulun iddiaçı Cavabdeh İddiaçı arasında 1/2 paylara mütanasib olaraq bölünməsi barədə xx.xx.2024-cü il tarixli e-2(005)-2001/2024 nömrəli qətnamə qəbul etmişdir. Onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsi şikayətinə baxaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində 1/2 hissədə iddiaçı X2, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, "xxxx" MTK ilə İddiaçı arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış 15 oktyabr 2021-ci il tarixli, 07 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli 2(103)-1504/2025-ci il tarixli yeni qətnamə qəbul etmişdir. Hal-hazırda mənzilin açıq hərracdan satılması yolu ilə həmin paylara uyğun pul məbləğinin aralarında bölünməsinə zərurət yaranmışdır. 15 oktyabr 2021-ci il tarixli 07 nömrəli müqavilə əsasında "xxxx" MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli 3 nömrəli yaşayış binasının 7-ci mərtəbəsi, ümumi sahəsi 84 kv.m 2 otaqlı 36 nömrəli yaşayış mənzilini mənə satmağı öhdəsinə götürmüşdür. 15 oktyabr tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilmişdir. Cavabdehə dəfələrlə mənzili satıb, pulu sülh yolu ilə aralrında bölməyi təklif etsə də, o buna razı olmur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixdə evin satılması və paylara bölünməsi barədə bildiriş göndərilsə də, cavabdeh iddiaçıya cavab verməmişdir. Həmçinin iş üçün əhəmiyyətli olan mənzilə dair sənədləri cavabdeh götürüb gizlətmişdir. Ona görə də həmin sənədlərin bəzilərini iddiaçı məhkəməyə təqdim edə bilmir. Hesab edilir ki, zəruri olduğu təqdirdə həmin sənədlərin təqdim edilməsinin cavabdehin üzərinə qoyulması və sübutların təminedilməsi məhkəmə tərəfindn təmin edilə bilər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini ərizənin məzmununa uyğun müdafiə etdi və evin satılmasını, hərəyə öz payının verilməsini istədiyini qeyd edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-ci il tarixli, 07 nömrəli, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli, 3N-li yaşayış binasının, 7-ci mərtəbəsi, ümumi sahəsi 84 kv.m2, 2 otaqlı, 36 nömrəli yaşayış mənzilini İddiaçı verməyi, sonuncu isə mənzilin hər bir kv.m2 üçün 18 ay olmaqla hər ay 520 manat ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi məbləği 43.680 manat təşkil edir. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 28/31A saylı arayışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində 24 oktyabr 2008-ci ildə "xxxx" MTK tərəfindən inşa edilən 11 mərtəbəli, 3 nömrəli, sahəsi 84.7 m2 olan 36 nömrəli, 2 otaqlı mənzil X5 tərəfindən alınmışdır. Mənzilin ümumi məbləği 43.680 manat təşkil edir. Onun 33.300 manatı X5 tərəfindən ödənilmişdir. 15 oktyabr 2021-ci ildə həmin mənzili qardaşı İddiaçı Vaqif oğlunun adına keçirmişdir. Mənzilin qalan məbləğinin 9.100 manatı İddiaçı Vaqif oğlu tərəfindən ödənilmiş, 1280 manatı isə borc qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2001/2024 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, mənzilin dəyəri üzrə ödənilməmiş 1280 manat pulun iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında ½ hissədə paylara mütənasib olaraq bölünməsi, mülki iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1504/2025 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2001/2024 saylı qətnaməsinin Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil (ümumi ahəsi 84 kv.m olan) üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, "xxxx" MTK ilə İddiaçı arasında Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzilə (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış 15 oktyabr 2021ci il tarixli, 07 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. AZ-İ seriyalı, 513484 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-146.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 213.1-213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli, 1/2024 №-li Qərarının 4.13, 4.15-ci bəndlərində qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ərarvad arasındakı bölgünün predmeti olur. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddianın predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzil hələki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, çünki iş üzrə "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli, 28/31A saylı arayışı ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin həmin mənzilə görə MTK-ya 1280 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, bu öhdəlik də hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış məhkəmə aktı ilə tərəflərin ½ hissədə ödəməli olduğu borc öhdəliyi kimi qiymətləndirilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, 3 nömrəli binanın, 36 nömrəli, 2 otaqlı mənzilin tərəflər arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, qeyd edilən əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, yəni, tərəflərin yalnız mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payları müəyyən edilməsinə baxmayaraq, onların mənzilə mülkiyyət hüququ yaranmadığından, həmçinin, mənzilin açıq hərraca çıxarılaraq satılması barədə məhkəmə qətnaməsi icrasız qalacağından (mənzilin mövcud təcrübəyə əsasən naturada bölgüsünün mümkün olmaması nəzərə alınmaqla), iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, tələbin təmin edilməməsi gələcəkdə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra tərəflərin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmaqdıqda açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5600/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5600/2025
06.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver