Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5620/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 saylı qətnaməsi olduğuna görə hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi və əmlakından bu günə qədər qanunsuz istifadəyə görə aylıq 1000 manat olmaqla, cəmi 15000 manat əldən çıxmış faydanın, habelə göstərilən məcburi köçkünlərin gələcəkdə faktiki olaraq həmin yaşayış sahəsindən çıxarılacağı günə qədər əldə çıxmış faydanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Vaqif prospekti, 5 saylı evin 26 saylı mənzilinə mülkiyyət hüquqları bərpa edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Vaqif prospekti, 5 saylı evin 26 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-cı maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı hazırda eyni predmet barəsində eyni əsaslarla, yəni “cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi” hissədə qüvvədə olan Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2013-cü il tarixli 2(006)-58/2013 saylı qətnaməsini nəzərə almamış və yenidən məhkəməyə iddia vermişdir. Odur ki, İddiaçı “cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi” hissədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən “iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır”. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən “iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264; 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair “cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi” hissədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5620/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5620/2021
24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver