Məhkəmə qərarları › İş №2(102)-3891/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3891/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3891/2023 12.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-890/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızının və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4- cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(012)-446/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, həmin evin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cava bdeh1, Cavabdeh3 qızı və X1 (hər birindən 33,3 manat olmaqla) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-890/2023 saylı mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (Vəkil kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyun 2023-cü il tarixli, 2(105)-890/2023 nömrəli qətnaməsi Cavabdeh1 iştirakı ilə elan olunmuş və qətnamə 16 iyun 2023-cü il tarixdə Cavabdeh1 “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə yerləşdirilmişdir. Sonuncunun tərtib etdiyi kassasiya şikayəti isə 24 avqust 2023-cü il tarixdə həmin İnformasiya Sistemində yerləşdirilmişdir. Müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 16 iyun 2023-cü il tarixdə aldığı halda, kassasiya şikayətini MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddəti pozmaqla 24 avqust 2023-cü il tarixdə vermiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. - 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 135.6-cı maddəsinə əs asən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. - 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. - 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyy ən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.4 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh1 (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-890/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qaytar ılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar