Məhkəmə qərarları › İş №2(102)-1870/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1870/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X14 ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) -324/2023 saylı iş üzrə 23 yanvar 2023-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 22 may 2023-cü il tarixində Ali Məhkəmənin İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" MMC və "xxxx" KB ASC (bundan sonra bank) arasında bağlanmış 09 avqust 2018-ci il tarixli, Y-275 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(060)-5875/2016 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh1 (bundan sonra cavabdeh 1) məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) yerləşən 25 saylı evin 43 saylı mənzili (mübahis əli mübahisəli) hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 207000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" KB ASC əmlakı 131962,50 manata almışdır.

2. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 25, mənzil 43 (mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ ilə "xxxx" Kommersiya Bankı ASC-nin adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmışdır. 3. “Elektron notariat” X1 Çıxarış dan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, X16 və Mansurlu Zeynəb Şahmar qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 25 saylı evin 43 saylı mənzilində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X8 və Mansurlu Zeynəb Şahmar qızının mübahisəli mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank hərrac vasitəsi ilə mübahisəli mənzili almışdır. Mübahisəli mənzilində iş üzrə cavabdehlər qeyd iyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları bankın mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Həmin əmlakın özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan bank ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri olan cavabdehlər arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, cavabdehlərin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi və onun ailə üzvləri olan cavabdehlərin bankın mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları və orada yaşamaları qanunsüzdür.

6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-8/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: A.Süleymanova) iddianın təmin olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil ipoteka predmeti olmaqla, icra sənədinə əsasən mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş, həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil vermə mişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir.

8. Məhkəmə onuda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsi nin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Cavabdehlər X8 və Mansurlu Zeynəb Şahmar qızı mənzildən çıxarılmaqla mənzil boşaldılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.5, 178.1 və 203.1-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş e tmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, işin mahiyyəti üzrə əvvəllər iddiaçı X6 mülkiyyətin dəyərinə görə kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti qismən təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib, təkrar işə baxmaq üçün işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi prosessual qaydalarını pozaraq işi yerli məhkəməyə qaytarmışdır. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətində Ələkbərov Roman mənzilin qiymətini mübahisələndirmişdir. Bu mənzillərdən biri kassasiya şikayəti verilənə qədər X15 tərəfindən bank ilə razılaşaraq satılmışdır. Ali Məhkəmə tərəfindən göstərilən iradları Sumqayıt Apellyas iya Məhkəməsi araşdırmamışdır. Apellyasiya Məhkəməsi girovda əmlakı olmayan X9 məhkəməyə dəvət edib, onun izahını qəbul etmişdir. X2 Respublikasında ürək əməliyyatı keçirib müalicədə olduğu zaman, iddiaçının xəbəri, iştirakı və məlumatı olmadan məhkəmə prosesi bir tərəfli qaydada keçirilmiş, X15 məhkəməyə dəvət edilərək qətnamə ilə maraqlarına toxunan şəxs kimi dəvət edilərək izahatın ı almışdır. X15 da bankın xeyrinə izahat verməklə onun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Halbuki, Ali Məhkəmə qərar qəbul edilənə kimi X15 üzrə özünə məxsus ünvan 2 ünvanını ipoteka yüklülüyündən çıxarmışdır. Belə olan halda X7 məhkəmə prosesində prosessual tərəf kimi iştirak etməsi qanunsuzdur. Bundan başqa iddiaçının Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılarkən məhkəmədə X1 5 prosessual tərəf olmamışdır. Baxmayaraq ki, X10 əmlakı bankın girovundan çıxdığını nəzərə almamışdır. Əhmədov Rəhimdilin xahişi əsasında Ali Məhkəmədən qayıdan Apellyasiya Məhkəməsinin təmin olunmaması və işin yerli məhkəməyə qayıtmasını hakimdən xahiş etmişdir. Həmin vaxtda Sumqayıt Şəhər Məhkəməsində 2 mənzilin istifadə hüququna xitam verilməsi barədə bank tərəfindən müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Mahiyyəti üzrə təkrarən Ali Məhkəmə prosesi getdiyi üçün məhkəmə mənzilin istifadə hüququna xitam verilməsini dayandırmalı idi.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-324/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X20 (sədrlik edən və məruzəçi), X4 və X21) apellyasiya şikayəti təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, bank mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlər hal-hazırda həmin mənzildən istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola b ilməz. Belə ki, apelyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

15. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, və 178.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh X11 (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni çıxcarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehin yaşayış yerinin olmaması, əmlakının ucuz qiymətləndirilməsi nəzərə alınmamışdır.

18. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu və Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmişdir. b)

19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi.

21. Hər bir fiziki və hüquqi şəx s öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gə lir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Cavabdeh1 kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri apellyasi ya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-324/2023 saylı iş üzrə 23 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar