Məhkəmə qərarları › İş №2(105)-890/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-890/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-890/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(012)-446/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızının və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)-150/2021 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 08 avqust 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 26 noyabr 2014-cü il tarixli arayışdan göründüyü kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2də Cavabdeh1, Cavabdeh3 və X6 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(012)-446/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X3 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2ə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, həmin evin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və X1 (hər birindən 33,3 manat olmaqla) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(012)-446/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 26 noyabr 2014-cü il tarixli arayışdan göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəi, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 2də o və digər cavabdehlər yaşayırlar. Həmin qətnamədə onlar məhkəməyə çağırılsalar da iştirak etmədikləri göstərilmişdir. Lakin yaşadıqları və qeydiyyatda olduqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 5 məhkəmə tərəfindən qətnamədən öncə heç bir poçt qəbzi daxil olmamış və onların həmin məktubu qəbul edib imzalamamışlar. Onun və ailəsinin həmin mənzildən başqa yaşamaq üçün yerləri yoxdur. Həmin mənzildə ahıl yaşlı insanlar və körpə nəvələri yaşayır. Çox çarəsiz və çıxılmaz vəziyyətdədirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 150/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X7 8092.45 manat əsas borc, 3998.86 manat faiz borcu, 260 manat cərimə, 790.85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13142,16 (on üç min yüz qırx iki manat on altı qəpik) manat borc, habelə məhkəmə xərci üçün 20 manat (iyirmi manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 36000 manat müəyyən edilməsi, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, məhkəmə xərci olaraq İddiaçı ASC-dən 100 manat və X7 100 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Hacıyev X13 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4cü küçə, dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Daimi qeydiyyatda olanlar - Cavabdeh1, Cavabdeh3 və X4r. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 136/22 №-li X12 barədə protokoldan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında istifadəsində olan 0.006 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi 22950 (iyirmi iki min doqquz yüz əlli) manata İddiaçı ASC tərəfindən alınmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1, ev 25 ünvanında yerləşən ümumi sahəsi 52.40 kv.m olan əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-yə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı ASC tərəfindən əldə edilmişdir. Cavabdehlərin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onların həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı ASC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşadığı ünvana məhkəmə prosesinin keçirilməsinin yeri və vaxtı barədə bildiriş göndərilmiş, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmişlər, növbəti yəni xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının yeri vaxtı barədə məhkəmə bildirişini qəbzə imza etməklə qəbul etmişlər, lakin növbəti məhkəmə iclasında iştirak etməmişlər (i/v 67-71, 84- 89, 102-106, 110-113). Belə ki, bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, dalan 1 ünvanında yerləşən 25 nömrəli (yeni ünvan ünvan 7n onların yeganə yaşayış yeri olması ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 4-cü küçə dalan 1 ünvanında yerləşən, 2 otaqlı, 25.8 kv.m. yaşayış, 26.6 kv.m. yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-150/2021 saylı qətnaməsi mövcuddur, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2431/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın qeyd hissəsində göstərilir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2(012)-446/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar