Məhkəmə qərarları › İş №2(102)-4803/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4803/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4803/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və q. qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5018/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-c i il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)5620/21 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 7500 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5620/21 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair “cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi” hissədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) 2(103)1737/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5620/21 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) 2(103)-5018/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunveric iliklə müəyyən edilmiş müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 128, 130, 363, 364, 366-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın tamamilə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən, gəldiyi qənaət üzrə tam və obyektiv araşdırma aparmamış, nəticədə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilm əsi barədə əsassız qərardad qəbul etməklə, cavabdehlərin qanunla müəyyən edilmiş qaydada işlərinə məhkəmədə baxılması və ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası qətnamənin rəsmi alındığı tarix kimi işdə olan poçt xəbərnaməsindəki xx.xx.2021-ci il tarixi götürmüşdür. Lakin bu zaman məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən və mühüm əhəmiyyət kəsb edən dəlillərə münasibət bildirməmişdir. Bundan əlavə məhkəmə kollegiyasının cavabdehin imzası kimi istinad etdiyi imza cavabdehə məxsus deyildir. Məhkəmə bu halı da araşdırmamışdır. Cavabdehin müstəqil qaydada həmin sübutu əldə etməsi mümkün deyildir. Ona görə də cavabdeh bu məsələni apellyasiya şikayətində qaldırmış və müvafiq məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir. Lakin mə hkəmə kollegiyası apellyasiya şikayətinin bu arqumentini yoxlamamış, müvafiq ekspertiza təyin etməmiş, təyin etmədiyi halda əsaslandırılmış qərardad qəbul etməmiş, tərəfin müstəqil qaydada əldə etmək imkanının olmadığı sübutun əldə olunmasını təmin etməmiş, cavadehin həqiqiliyini şübhə altına aldığı imzasını əsassız olaraq həqiqi qəbul edərək, apellyasiya şikayətini geri qaytarmış, bununla da cavabdehin ədalətli məhkəmə araşdırma hüququnu pozmuşdur. Mübahisələndirilən qərardadda göstərilən “iddiaçının şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarının keçirilməsinə dair bildirişlərin cavabdehlərin ünvanına göndərilmiş olması və Cavabdeh4 müvafiq mobil nömrəsinə sms-bildirişin çatdırılmış olması”, MPM-in 135-ci maddəsində müəyyən edilmiş rəsmi qaydada verilmə hərək ətləri hesab olunmadığından, həmin halların olması birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin cavabdehlərə rəsmi qaydada verilməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

12. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

13. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Kassasiya baxışının hədləri

15. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə tərkibi iş materiallarını və kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təm in olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qətnamənin surəti cavabdehlərin iş materiallarında olan və rəsmi qeydə alındıqları eyni ünvana göndərilmiş, xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə Cavabdeh4 tərəfindən şəxsən qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə daxil olmuşdur. Bundan əlavə, iddiaçının şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarının keçirilməsinə dair bildirişlər cavabdehlərin ünvanına göndərilmiş, Cavabdeh4 müvafiq mobil nömrəsinə sms-bildiriş çatdırılmışdır. Beləliklə, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilm iş müddət ötürülməklə verilmiş, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

20. Cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir.

21. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

22. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

23. Göstərilən Məcəllənin 133.1-ci maddəsinə görə məhkəm ə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. İşdə apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizə olmadığından, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.

25. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5018/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar