Məhkəmə qərarları › İş №2(103)-5018/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5018/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5018/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-5620/21) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 7500 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmənin eyni tarixli qərardadı ilə “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair işin “cavabdehlərin Bakı şəhəri, Vaqif prospektində yerləşən 5 saylı evin ona məxsus olan 26 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi” hissəsində işin icraatına xitam verilmişdir. İddiaçının apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir. Cavabdeh4 qətnamədən 13 iyun 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdə olan poçt xəbərnaməsindən məlum olur ki, qətnamənin surəti cavabdehlərin iş materiallarında olan və rəsmi qeydə alındıqları eyni ünvana göndərilmiş, xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə Cavabdeh4 tərəfindən şəxsən qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə daxil olmuşdur. Bundan əlavə, iddiaçının şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclaslarının keçirilməsinə dair bildirişlər cavabdehlərin ünvanına göndərilmiş, Cavabdeh4 müvafiq mobil nömrəsinə sms-bildiriş çatdırılmışdır. Beləliklə, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3.). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (360). Məhkəmə kollegiyası hesab edir ki, yaranmış vəziyyət işə cavabdehin şikayəti əsasında apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar