Məhkəmə qərarları › İş №2(006)-5626/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5626/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5626/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “kredit, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “ghdəliyin yerinə yetirilmiş hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə İddiaçı arasında ikinciyə illik 20,45 faizlə 36 ay müddətinə 12500 (on iki min beş yüz) ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi üzrə chdəliklərin tam yerinə yetirilmiş hesab edilərək onun adının sistemdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, öz izahatında bildirmişdir ki, TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə İddiaçı arasında ikinciyə illik 20,45 faizlə 36 ay müddətinə 12500 (on iki min beş yüz) ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi imzalanmışdır. Tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında borcum yaranmış və aralarında mübahisənin həlli ilə bağlı aparılan danışıqların nəticəsində ona təklif olunmuşdur ki, 2019-ci ilin yanvar ayının sonuna kimi 7059 ABŞ dolları və növbəti aydan başlayaraq hər ayın sonuna kimi 176,5 ABŞ dolları 10 (on ay) müddətində hər ay ödəmək şərti ilə 2019-ci ilin noyabr ayının sonuna kimi vaxtında ödəniş edərsə, ümumilikdə 8823 (səkkiz min səkkiz yüz iyirmi üç) ABŞ dolları məbləği ödəməlidir.Bildirir ki, razılaşmanın tələblərinə tam və vaxtında əməl etmiş və bunun müqabilində "xxxx" MMC tərəfindən 09 oktyabr 2019-cu il tarixli 1427/HO-OUT saylı arayış təqdim edilərək bildirilmişdir ki, 25.12.2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi üzrə heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürülməyəcəkdir.Lakin sonradan yəni, 2021 -ci ilin iyul ayında başqa bankdan kredit götürmək istəyərkən məlum olmuşdur ki, "xxxx" MMC onun adını borclu kimi kompyuter sistemindən silməmişdir. Belə olan halda o həmin təşkilata müraciət edərək, aralarında mübahisə həll olunduğundan adının sistemdən silinməsini xahiş etmiş, cavabında ona bildirilmişdir ki, bunu yalnız məhkəmə qaydasında həll edə bilər. Odur ki, adımın borclular sırasından silinməsi üçün mübahisənin məhkəmə qaydasında araşdırılaraq həll edilməsinə zərurət yaranmışdır. Ona görə də iddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 10.01.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə X2 arasında ikinciyə illik 20,45 faizlə 36 ay müddətinə 12500 (on iki min beş yüz) ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün onun "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında borcu yaranmışdır.Tərəflər arasında mübahisənin həlli ilə bağlı aparılan danışıqların nəticəsində borcalana təklif olunmuşdur ki, o, 2019-ci ilin yanvar ayının sonuna kimi 7059 ABŞ dolları və növbəti aydan başlayaraq hər ayın sonuna kimi 176,5 ABŞ dolları 10 (on ay) müddətində hər ay ödəmək şərti ilə 2019-ci ilin noyabr ayının sonuna kimi vaxtında ödəniş edərsə, ümumilikdə 8823(səkkiz min səkkiz yüz iyirmi üç) ABŞ dolları məbləği ödəməlidir.Bunun müqabilində, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti, öz növbəsində, bildirir ki, borcalan tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə yuxarıda müəyyən edilmiş qaydada ödənişlər yerinə yetirildiyi halda, yerdə qalan ümumi borc məbləği ilə bağlı "xxxx" BOKT MMC heç bir iddia tələbi irəli sürməyəcək. Lakin yuxanda müəyyən edilmiş qaydada ödənişlər həyata keçirilməzsə, bu təklif qüvvədən düşmüş hesab olunacaq və borcun istənilməsi qanuna müvafiq qaydada davam etdiriləcək. İş materiallarında olan 09.10.2019-cu il tarixli 1427 saylı məktubdan görünür ki, 25.12.2014-cü il tarixli BAKÜ0-2872- 11597 saylı Kredit Müqaviləsi üzrə verilmiş kredit üzrə qalıq borcla bağlı heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürməyəcəkdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC verdiyi çıxarışdan iddiaçının "xxxx" BOKT MMC-də 3,028.49 manat əsas, 1,381.04 manat faiz borcu qaldığı göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə xatırladır ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə İddiaçı arasında ikinciyə illik 20,45 faizlə 36 ay müddətinə 12500 (on iki min beş yüz) ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi imzalanmışdır. Tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti qarşısında borcum yaranmış və aralarında mübahisənin həlli ilə bağlı aparılan danışıqların nəticəsində ona təklif olunmuşdur ki, 2019-ci ilin yanvar ayının sonuna kimi 7059 ABŞ dolları və növbəti aydan başlayaraq hər ayın sonuna kimi 176,5 ABŞ dolları 10 (on ay) müddətində hər ay ödəmək şərti ilə 2019-ci ilin noyabr ayının sonuna kimi vaxtında ödəniş edərsə, ümumilikdə 8823 (səkkiz min səkkiz yüz iyirmi üç) ABŞ dolları məbləği ödəməlidir.Bildirir ki, razılaşmanın tələblərinə tam və vaxtında əməl etmiş və bunun müqabilində "xxxx" MMC tərəfindən 09 oktyabr 2019-cu il tarixli 1427/HO-OUT saylı arayış təqdim edilərək bildirilmişdir ki, 25.12.2014-cü il tarixli BAKUO-2872-11597 saylı kredit müqaviləsi üzrə heç bir iddia və tələb yoxdur və gələcəkdə də irəli sürülməyəcəkdir.Lakin sonradan yəni, 2021 -ci ilin iyul ayında başqa bankdan kredit götürmək istəyərkən məlum olmuşdur ki, "xxxx" MMC onun adını borclu kimi kompyuter sistemindən silməmişdir. Belə olan halda o həmin təşkilata müraciət edərək, aralarında mübahisə həll olunduğundan adının sistemdən silinməsini xahiş etmiş, cavabında ona bildirilmişdir ki, bunu yalnız məhkəmə qaydasında həll edə bilər. Kredit Bürosu MMC AKB-də onun adına olan borc ödənilməmiş kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında ikinciyə 20,45 faizlə 36 ay müddətinə 12,500 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş hesab edilməli və İddiaçı adı sistemdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında ikinciyə 20,45 faizlə 36 ay müddətinə 12,500 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 25 dekabr 2014-cü il tarixli BAKUO-2872-11597 saylı Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş hesab edilsin və İddiaçı adı sistemdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar