Məhkəmə qərarları › İş №2(006)-5644/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5644/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5644/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X1 xx.xx.1949-cu il tarixində atası X6 ilə rəsmi nikah münasibətinə daxil olmuş və nikah haqqında 148 №-li akt qeydi tərtib olunmuşdur. Birgə nikahdan o, 15 09.1954-cü il təvəllüdlü Ərizəçi, qardaşı 29 04.1963-cü il təvəllüdlü X7 (xx.xx.2025-ci il tarixində vəfat etmişdir), qardaşları xx.xx.1960-cı il təvəllüdlü X5, xx.xx.1952-ci il təvəllüdü X8 və xx.xx.1956-cı il təvəllüdlü X9 anadan olmuşdur. Bildirir ki, qardaşı X9 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Qeyd edir ki, mərhum qardaşı X2 doğum aktına dair məlumatlar itirildiyindən, bu barədə məlumat əldə olunması üçün Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edilmişdir. Qeydiyyat şöbəsindən təqdim olunan arayışda bildirilmişdir ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 08 10.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Buna görə də doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Göndərilən cavab məktubunda qardaşının doğum haqqıda akt qeydinin bərpasının mümkün olmaması əsas gətirilərək müraciətinin icrası mümkün olmamışdır. Odur ki, xx.xx.1956-cı il təvəllüdlü X3 doğumumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydində "uşaq adı qrafasında "X9", "doğulduğu yer" qrafasında "Azərbaycar Respublikası, Bakı şəhəri”, "doğum tarixi" qrafasında “xx.xx.1956-cı il", “ata adı” qrafasında “ X6“, "ana adı" qrafasında “X1", "milliyyət" qrafasında "azərbaycanlı" kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Ərizəçi qardaşı Elxan Əliyevin doğumunun qeyd edilmə faktının təsdiq olunmasını xahiş etsə də, ərizəsində həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi, Əliyev Elxanın iki uşağının olduğunu, hazırkı iddianın sonuncunun vərəsəlik məsələsi üçün deyil, digər qardaşı Elşad Əliyevin vərəsəlik işinin rəsmiləşdirilməsi üçün lazım olduğunu, Elşad Əliyevin arvadı və uşaqları olmadığından hazırkı ərizənin onun tərəfindən verilməli olduğunu bildirmişdir. Lakin göstərilən halların heç biri ərizədə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. İş materiallarından görünür ki, ərizəçi hüquqi əhəmiyyətli faktın onun üçün hansı hüquqi nəticə yaratdığını əsaslandırmamışdır. Ona görə də məhkəmə ərizənin baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar