Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5733/2025 05.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi Qüdrət oğlunun iştirakı ilə, Ərizəçi Qüdrət oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Qüdrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X6 xx.xx.1940-cı il tarixində Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuşdur. Onun atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün bir sıra sənədləşdirmə işlərini həll edə bilmir. Buna görə də atası X2 doğum haqqında şəhadətnaməsi tələb edilir. Çox təəssüf ki, atası Zəngilan rayonundan qaçqın düşmüş şəxslərin siyahısında olmuşdur. O, qaçqın düşdükdən sonra ona aid olan bir çox sənədlər o cümlədən doğum haqqında şəhadətnaməni də özü ilə götürmüşdür. Lakin, qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəblərdən də yaşayış yerini bir neçə dəfə dəyişmək məcburiyyətində olduqda, bir sıra sənədlərini o cümlədən doğum haqqında şəhadətnaməsini harda itirdiyi məlum deyildir. Atasının doğum haqqında şəhadətnaməsini əldə etmək məqsədilə, o, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivinə müraciət etmişdir. Müvafiq qurum tərəfindən ona ünvanlanmış 26 sentyabr 2025ci il tarixli, 14 nömrəli məktubdan qeyd olunmuşdur ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. xx.xx.2025-ci il tarixində göndərilən sorğuya cavab olaraq Zəngilan rayon Qeydiyyat idarəsinin 1940-cı ilə aid sənədləri arxivə daxil olmadığı üçün Ərizəçi atası X3 doğum şəhadətnaməsi haqqında sorğuya cavab verə bilmirlər. Bundan sonra o, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı "Asan Xidmət" X1 müraciət etmişdir. Qeydiyyat Şöbəsinin ona ünvanladığı xx.xx.2015-ci il tarixli,3-5/8-4699/2025 saylı məktubda qeyd olunmuşdur ki, doğumunun bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş müraciətə baxılmışdır. Atası-X3 doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasım təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarım müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Doğum haqqında şəhadətnamədə atasının adı Qürbət soyadı Əliyev, atasının adı X8, ana adı Əliyeva güllü və doğulduğu gün, ay, il isə xx.xx.1940-cı il kimi qeyd edilməlidir. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının xx.xx.1940-cı il tarixdə Zəngilan rayonunda doğulması, atasının “Rüstəm Əliyev”, milliyətinin “Azərbaycanlı”, anasının “Güllü Əliyeva”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktı müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, ərizəçi şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi atasının doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, mərhum onun xalasının yoldaşı olmuşdur. O, 1940-cı il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Onun atasının adı Rüstəm, anasının adı Güllü olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Qüdrət oğluna xx.xx.2025ci il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Qüdrət oğlu xx.xx.1965-ci il tarixdə Ermənistan SSR-nin Mehri rayonu, Aldərə kəndində doğulmuşdur. Onun atası X6-azərbaycanlı, anası X9-azərbaycanlıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1940-cı il tarixdə Zəngilan rayonunda doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ürəyin kəskin işemik xəstəliyinin digər formaları diqanozu ilə ölmüşdür. İş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyəti Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 14 saylı məktubunda göstərilmişdir ki, Zəngilan rayon Qeydiyyat idarəsinin 1940-cı ilə aid sənədləri arxivə daxil olmadığı üçün Ərizəçi atası X3 doğum şəhadətnaməsi haqqında sorğuya cavab verə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, 1940-cı ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında (Zəngilan rayon Qeydiyyat şöbəsi, Mincivan, Ağalı. Bartaz, Məmmodbəyli icra nümayəndəlik əri) X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. 1940-ci ilə dair Zəngilan rayonu Dəlləkli kəndinin doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə təhvil verilməyib. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə X2 xx.xx.1940-cı il tarixində Zəngilan rayonunda anadan olması, atasının Rüstəm Əliyev, anasının Güllü Əliyeva olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin atasının şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi Qüdrət oğlunun atasının doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1940-cı il tarixində Zəngilan rayonunda doğulması, atasının Rüstəm Əliyev-milliyyətinin azərbaycanlı, anasının Güllü Əliyeva-milliyyətinin azərbaycanlı olması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə Ərizəçi Qüdrət oğluna atasının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1940-cı il tarixdə Zəngilan rayonunda doğulması, atasının “Rüstəm Əliyev”, milliyətinin “Azərbaycanlı”, anasının “Güllü Əliyeva”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-5733/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5733/2025
05.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver