Məhkəmə qərarları › İş №2(006)-577/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-577/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-577/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC (KATV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 30 manat 70 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, ümumilikdə 201 manat 10 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxxxxx 2011-ci il tarixli, TR 0645 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 81 saylı MKİS arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 3, mənzil 57 ünvanında yerləşən mənzil cavabdehə məxsusdur. Belə ki, xx.xx.2011-ci il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında “KATV1” xidmətlərinin göstərilməsinə dair bağlanmış müqaviləyə əsasən mənzil “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cu il tarixinədək etmiş, xx.xx.2013-cü il tarixdə 28 manat 20 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4511 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 4511 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2015-ci tarixdə baxış keçirilmişdir. Habelə, iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən göründüyü kimi, qanunsuz qoşulma faktı baş verən zaman Cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olmuş və həmin mənzili xx.xx.2017-ci il tarixdə başqa şəxsə satmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxış keçirildiyi xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-cu il tarixə qədər olan müddət 93 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaqla, cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 30 manat 70 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya təqdim edilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, 4511 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixində “Ədalət-A” hüquq firması, “KATV1” kabel televiziyasının və RYTN-nin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 57 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamışdır. İş materiallarında olan İddiaçı KATV1 kabel televiziyasının xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 3, mənzil 57 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2013-cü il tarixinədək isə son ödəmə etmiş, xx.xx.2013-cü il tarixində 28 manat 20 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət haqqı olaraq və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə “xxxx” MMC-yə 150 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, A-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 3, mənzil 57 ünvanında yerləşən mənzilini 30000 manat qiymətinə Ömərova Könül İsaak qızına satmışdır. İş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu və 40 qəpik bankın xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 3 saylı evin 57 nömrəli mənzilində “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuş, İddiaçı MMC-nin əməkdaşları və həmin MMC-yə hüquqi xidmət göstərən “xxxx” hüquq firmasının əməkdaşları tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə həyata keçirilmiş baxış zamanı həmin qanunsuz qoşulma faktı aşkar olunaraq bu barədə müvafiq akt tərtib olunmuşdur. Sözügüdən ünvana son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2015-ci il tarixinədək olan müddət 93 gün üçün 30 manat 70 qəpik (hər gün üçün 0,33 manat hesablanmaqla) maddi zərər hesablanmışdır. Göründüyü kimi, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə İddiaçı MMC arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra və mənzilin yeni mülkiyyətçisi qeydə alınanadək baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş Cavabdeh yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına (nümayəndənin göstərdiyi yardım) görə 150 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ iddia üzrə cavabdehdən ağlabatan məbləğdə - 20 manat məbləğində alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 05 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 30 manat 70 qəpik, hüquqi xidmətlərə görə nümayəndəyə ödənilmiş 20 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 05 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 30 manat 70 qəpik (otuz manat, yetmiş qəpik), hüquqi xidmətlərə görə nümayəndəyə ödənilmiş 20 (iyirmi) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 05 (beş) manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” MMCyə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar