Məhkəmə qərarları › İş №2(006)-5852/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5852/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5852/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Tağıyeva Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 İB və "xxxx" ASC-yə qarşı «hava elektrik xəttinin və qaz sayğaclarının mülkiyyətdə olan torpaq sahəsindən kənara çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 İB və "xxxx" ASC-yə qarşı «hava elektrik xəttinin və qaz sayğaclarının mülkiyyətdə olan torpaq sahəsindən kənara çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan (03.11.2021-ci il tarixdə) iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə “işin ərazi aidiyyəti üzrə göndərilməsi” barədə vəsatət göndərmiş, və qeyd olunan mülki işin ərazi aidiyyəti üzrə Astara rayon Məhkəməsinə göndərilməsi barədə qərardada qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X6 və X4 ayrı-ayrılıqda izahat verərək, vəsatətin təmin edilməsi və işin ərazi aidiyyəti üzrə Astara rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 etibarnamə nümayəndəsi X5 izahat verərək, vəsatətin təmin edilməsi və işin ərazi aidiyyəti üzrə Astara rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi mülkiyyət hüququnu həyata keçirilməsinə maneələrin aradan qaldırılması (hava elektrik xətlərinin torpaq sahəsindən kənara çıxarılması) halları ilə bağlı olduğu üçün işə torpaq sahəsinin və qurğunun olduğu (Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən 60 kv. metr torpaq sahəsi) yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə tələblərinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 39.1, 44.2.2, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 İB və "xxxx" ASC-yə qarşı «hava elektrik xəttinin və qaz sayğaclarının mülkiyyətdə olan torpaq sahəsindən kənara çıxarılması» tələbinə dair mülki üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilsin, iş ərazi aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar