Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-589/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 60-da qeydiyyatdadır. Ərizəçi 1998-ci ildə X4 adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladları-03.05.2002-ci il təvəllüdlü X9 və 15.11.2003-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ərizəçi T.Nurəliyev adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurduqdan sonra onlar birlikdə ünvan 1 ünvanında yaşayırlar. Ərizəçi imkansızlıqdan övladlarını evdə dünyaya gətirmişdir. Eyni zamanda, uşaqları üçün doğum haqqında şəhadətnamə də ala bilməmişdir. Ərizəçi həyat yoldaşından 2005-ci ildə ayrılmışdır. Ərizəçi övladlarını 12 nömrəli şəhər poliklinikasında qeydiyyata aldırmışdır. Ərizəçinin övladları təhsil almaq istəyirlər. Göstərilənlərə əsasən 03.05.2002-ci il təvəllüdlü X9 və 15.11.2003-cü il təvəllüdlü X3 Bakı şəhərində doğulduğu üçün doğumun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin ata qrafasında ata adının X7, ana qrafasında ana adı Ərizəçi yazılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 03.02.2002-ci il təvəllüdlü X5 və 15.11.2003-cü il təvəllüdlü X6 Bakı şəhərində doğulduğu üçün doğumun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin ata qrafasında ata adının X7, ana qrafasında ana adı Ərizəçi, soyad qrafasında Əliyeva yazılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşu olmuşlar. Əliyeva X1 adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Həmin nikahdan iki övladları-03.05.2002-ci il təvəllüdlü X9 və 15.11.2003-cü il təvəllüdlü X5 anadan olmuşlar. Məhkəmə iclasında dindirilmiş 03.05.2002-ci il təvəllüdlü X9 ifadəsində bildirmişdir ki, o, 03 may 2002-ci ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. X2, anası isə Ərizəçidır. Məhkəmə iclasında dindirilmiş 15.11.2003-cü il təvəllüdlü X5 ifadəsində bildirmişdir ki, o, 15 noyabr 2003-cü ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. X2, anası isə Ərizəçidır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş TQS № 086 saylı tibbi arayışlardan görünür ki, 03.05.2002-ci il təvəllüdlü X9 və 15.11.2003-cü il təvəllüdlü X5 praktiki sağlamdırlar. İşin materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 09.10.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladları 03.02.2002-ci il təvəllüdlü X5 və 15.11.2003-cü il təvəllüdlü X9 19.07.2013-cü il tarixdən 05.04.2020-ci il tarixə qədər ünvan 2 ünvanında yaşayıblar və 12 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olublar. İşin materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 23.10.2021-ci il tarixli məktubdan görünür ki, tibbi şəhadətnamə olmadığından hazırda uşaqların doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X4 ilə faktiki nikahlarından X9 və X5 adlı övladları olmuşdur. Hazırda ərizəçi övladlarının doğum haqqında şəhadətnamələrini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamələrin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi övladlarının doğum haqqında şəhadətnamələrini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Eyni Məcəllənin 45.1-ci maddəsinə görə uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Eyni Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin övladları faktiki nikah münasibətlərindən, eyni zamanda ev şəraitində doğulmuşlar, ərizəçi bu faktı müəyyən edən müvafiq sənədləri Qeydiyyat Şöbəsinə təqdim edə bilməmiş, ona görə də həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməli, 03.02.2002-ci il təvəllüdlü X3 və 15.11.2003-cü il təvəllüdlü X6 Bakı şəhərində doğulduqları fakt müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında ərizəçinin övladının soyadı “Əliyeva”, adı “Svetlana”, ata adı “Telman”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında akt qeydləri kitabında ərizəçinin övladının soyadı “Əliyeva”, adı “Arzu”, ata adı “Telman”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında müvafiq şəhadətnamələr verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 03.02.2002-ci il təvəllüdlü X3 və 15.11.2003-cü il təvəllüdlü X6 Bakı şəhərində doğulduqları fakt müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında ərizəçinin övladının soyadı “Əliyeva”, adı “Svetlana”, ata adı “Telman”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında akt qeydləri kitabında ərizəçinin övladının soyadı “Əliyeva”, adı “Arzu”, ata adı “Telman”, ata qrafasında “X7”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-589/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-589/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver