Məhkəmə qərarları › İş №2(006)-5890/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5890/2021

23.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5890/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzil boşaldılması, ödənilmiş 20,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Bank "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2009-cu il tarixli 094/ZB saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 270 (iki yüz yetmiş) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 50000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 02.10.2009-cu il tarixdə "xxxx" ASC ilə və satıcı X5 ilə 094/ZB/l saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzili ipotekaya qoymuşdur. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31- 2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASCnin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank "xxxx" ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2009-cu il tarixli, 094/ZB saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 23.01.2018-ci il tarixinə olan 41661.2 manat əsas borc, 765.95 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 42427.15 manat və 60.40 manat məbləğin Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 02.10.2009-cu il tarixli, 094/ZB/l saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 115.97 m2 olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, həmin mənzildə qeydiyyatda olan X2, X4, X1, X6 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(006)- 2113/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 02.10.2009-cu il tarixli, 094/ZB saylı kredit müqaviləsi üzrə 41661.2 manat əsas borc, 765.95 manat faiz borcu, cəmi 42427.15 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın 02.10.2009-cu il tarixli 094/ZB nəmrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilinə yönəldilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilinin ilkin satış qiyməti 90000 doxsan min manat müəyyən edilməklə açıq hərracda satılması, iddia ərizəsinin verilməsi görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 40 qəpik bank xidmət haqqının Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(006)- 2113/2018 saylı qətnaməsinin nəticə hissəsində buraxılmış yalnışlıqların aradan qaldırılması, qətnamənin nəticə hissəsindəki "xxxx" ASC sözünün Bank "xxxx" ASC sözü kimi oxunması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 05 iyul 2018-ci tarixli qərardad çıxarılmışdır. Göstərilən qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(103)-1691/2019 saylı saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2(006)-2113/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48, 42 saylı mənzilin ilkin satış qiymətinin 180.000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 06.02.2020-ci il tarixli 09/01 nömrəli “Hərracın yekunları barədə” Protokola əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 48 saylı evin 22 saylı mənzili Bank "xxxx" ASC-nin balansına keçmişdir. Hərracın yekunları üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında 06.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin ********** nömrəli Çıxarışına əsasən ünvan 2 halhazırda "xxxx" ASC-nin mülkiyyətindədir. X3 həmin mənzildə qeydiyyatdadır. Bu isə bir mülkiyyətçi kimi "xxxx" ASC-nin hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçı Bank "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxilmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi гисмян tяmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 02.10.2009-cu il tarixli 094/ZB saylı kredit müqaviləsi üzrə 41661 (qırx bir min altı yüz altmış bir) manat 20 (iyirmi) qəpik əsas borc, 765 (yeddi yüz altmış beş) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, cəmi 42427 (qırx iki min dörd yüz iyirmi yeddi) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulmuş, tutma 02.10.2009-cu il tarixli 094/ZB nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilinə yönəldilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməklə açıq hərracda satılmış, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1691/2019 saylı, 22.05.2019cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış dəyəri müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 42 saylı mənzilin ilkin satış qiymətinin 180.000 manat məbləğində müəyyən edilmiş, qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2113/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsindən göründüyü kimi iddia tələbi гисмян tяmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 02.10.2009-cu il tarixli 094/ZB saylı kredit müqaviləsi üzrə 41661 (qırx bir min altı yüz altmış bir) manat 20 (iyirmi) qəpik əsas borc, 765 (yeddi yüz altmış beş) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, cəmi 42427 (qırx iki min dörd yüz iyirmi yeddi) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulmuş, tutma 02.10.2009-cu il tarixli 094/ZB nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilinə yönəldilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 22 saylı mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməklə açıq hərracda satılmış, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh iddiaçı Bank "xxxx" ASCnin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1691/2019 saylı, 22.05.2019-cu il tarixli qətnaməsindən göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2113/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış dəyəri müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ünvanında yerləşən 42 saylı mənzilin ilkin satış qiymətinin 180.000 manat məbləğində müəyyən edilmiş, qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan və iddiaçının həmin evə istifadə hüququ olduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzil boşaldılmalı, ödənilmiş 20,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzil boşaldılsın. Ödənilmiş 20,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar