Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5929/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «itirilmiş akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd etməklə, «itirilmiş akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.10.1988-ci il tarixdə onunla X1 arasında Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndində bağlanmış nikah akt qeydinin bərpa edilməsi; nikah haqqında akt qeydində arvadının adının X2 (doğum yeri Gürcüstan Respublikası Dmanisi rayonu Hamamlı kəndi, 04.09.1972), onun adının Ərizəçi (doğum yeri Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndi), nikahın bağlandığı yer Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndi, nikahın bağlanması tarixi 05.10.1988-ci il, nikahdan sonrakı soyadlarının «Sofiyev» və «Sofiyeva» kimi göstərilməsi və çıxarılacaq qətnamənin yeni nikah haqqında şəhadətnamə verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndində doğulmuşdur. 1988-ci ildə məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. O, 05.10.1988-ci il tarixdə X1 (04.09.1972-ci il təvəllüdlü) ilə nikaha daxil olmuşdur. Məlum hadisələrlə bağlı Azərbaycana köçərkən nikah haqqında şəhadətnaməni özüləri ilə gətirmişdir və Bakı şəhərində şəxsiyyət vəsiqəsini alarkən orada «ailə vəziyyəti» qrafasında olan qeyd «ailəli» kimi qeyd olunmuşdur. Bu hal onu təsdiq edir ki, o, nikahdadır. Lakin sonradan nikah haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Hazırda hüquqi nəticələr doğuran digər sənədlərin alınması üçün nikah haqqında şəhadətnamə zəruridir. Digər tərəfdən isə məlum hadisələrlə əlaqədar o, nikahı bağladığı yerə gedib, həmin şəhadətnamənin dublikatını ala bilmir. Nikah haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, müvafiq qeydiyyatda olduğu yerin, yəni Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsində ona bu barədə məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Göstərilənlərdən aydın olduğu kimi, onun itirdiyi nikah haqqında şəhadətnaməni başqa qaydada alması mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin hüquqi fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizədə yazılanlarla oxşar məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X2 ifadə verərək bildirdi ki, Ərizəçi onun əridir. Ərizəçi ilə 1988-ci ildə Qərbi Azərbaycanda, o vaxtkı Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndində evlənmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmək məcburiyyətində qalmışlar. Belə ki, onları deportasiya etmişlər. Birgə nikahdan doğulmuş 12.09.1990-cı il təvəllüdlü X5, 25.01.1992-ci il təvəllüdlü X3, 16.09.1994-cü il təvəllüdlü X7 adlı övladları var. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Kalinin rayonunda doğulmuşdur; Sofiyeva Şərqiyə (bəzi sənədlərdə Şərqiyyə, şəxsiyyət vəsiqəsində Şərqiyə) Yusif qızı 04.09.1972-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Amamlo (Hamamlı) kəndində doğulmuşdur; Ərizəçi ilə qızlıq soyadı X4 Ermənistan SSR Kalinin rayonu Qızıldaş kənd sovetliyində 05 oktyabr 1988-ci il tarixdə 10 saylı akt qeydi ilə bağlanmışdır; arvada nikah bağlanandan sonra Sofiyeva soyadı verilmişdir; nikah bağlanandan az sonra ərizəçi və ailəsi on minlərlə azərbaycanlı kimi Qərbi Azərbaycan ərazisindən deportasiya olunmuşdur; ərizəçinin Azərbaycan Respublikasına pənah gətirəndən sonra 3 övladı doğulmuşdur. Ərizəçi şəxsiyyət vəsiqəsi alarkən nikah haqqında şəhadətnaməni təqdim etməklə şəxsiyyət vəsiqəsi almış, həmin şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti ailəli kimi göstərilmişdir. Sonradan nikah haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs 25.09.2020-ci il tarixli 05/Q- 344/68 saylı məktubundan görünür ki, Ərizəçi nikah akt qeydinin bərpa olunması haqqında Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılaraq, ona qanunvericiliyin tələbləri izah edilmiş, müraciətinin icrasının mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Sofiyeva (qızlıq soyadı Rüstəmova) Şərqiyyə Yusif qızı arasında 05.10.1988-ci il tarixdə Ermənistan SSR Kalinin rayonunda (Qızıldaş kənd sovetliyində) nikah bağlanması faktı öz təsdiqini tapdığından, ərizə təmin edilməli və nikah haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Sofiyeva (qızlıq soyadı Rüstəmova) Şərqiyyə Yusif qızı arasında 05.10.1988-ci il tarixdə Ermənistan SSR Kalinin rayonunda (Qızıldaş kənd sovetliyində) nikah bağlanması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Həmin nikah akt qeydi bərpa edilsin. Nikah haqqında akt qeydində arvadın adı X2 (doğum yeri Gürcüstan Respublikası Dmanisi rayonu Hamamlı (Amamlo) kəndi, 04.09.1972), ərin adı Ərizəçi (doğum yeri Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndi), nikahın bağlandığı yer Ermənistan SSR Kalinin rayonu Qızıldaş kəndi, nikahın bağlanması tarixi 05.10.1988-ci il, nikahdan sonrakı soyadlar müvafiq olaraq ərdə «Sofiyev» və arvadda «Sofiyeva» kimi göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5929/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5929/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver