Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-593/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ maraqlı şəxs qismində cəlb edilməklə “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ maraqlı şəxs qismində cəlb edilməklə “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair (JN-136F KQD ********) şəhadətnamədə qeyd edilən “Namiq” adlı şəxsin Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair (JN-136F KOD ********) şəhadətnaməyə əsasən Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Ərizəçi Xızı rayonu Altıağac qəsəbəsində 0.19 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair (JN-136F KOD ********) şəhadətnamədə soyad və ata adı qeyd edilməyərək yalnız Namiq adı qeyd edilmişdir. Əslində Xızı rayon Aqrar İslahat Komissiyasının 12.08 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 0.19 hektar torpaq sahəsi ərizəçiyə, yəni Ərizəçi məxsusdur. Bundan başqa bildirilir ki, qeyd edilən torpaq sahəsində mövcud olan yaşıyış evi Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə (reyestr kitabı 941 “B”, inventar işi 370) əsasən həyat yoldaşı X11 məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla JN-136F KOD 30602018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçinin ata adı və soyadı göstərilmədiyindən həmin sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi üçun məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Xızı rayonu Altıağac qəsəbəsində 0.19 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması ve reyestrdən çıxarışın verilməsi üçün qeyd edilən sənədlərin ərizəçiyə məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət yaranmışdır.
3. Ərizəçi daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsasən Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Xızı rayonu Altıağac qəsəbəsində yerləşən ümumi sahəsi 0.19 ha torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-136F, kod ********) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Torpaq sahəsinin ilkin olaraq onun adına alınması nəzərdə tutulmuşdur. Daha sonra onlar olmadığı üçün sənədləşmə işləri gecikmiş, bu zaman əməkdaşlar qonşulardan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, onlar isə Namiqə məxsus olmasını demişlər. Ona görə də ərizəçinin adı bu formada qeyd olunmuşdur. Hazırda bu səbəbə görə sənədləşmə işlərində problemlər yaranır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Hər ilin yay fəslində yoldaşı ilə birlikdə həmin torpaq sahəsində yerləşən evə gəlirlər.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Torpaq sahəsinin yerləşdiyi ev ərizəçiyə məxsusdur və orada yaşadığı barədə məlumatlıdır.
Əsaslandırıcı hissə: a) İş materialları:
10. Torpağın mülkiyyətə verilməsinə dair (JN-136F KOD ********) şəhadətnamədən görünür ki, Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə 0.19 hektar torpaq sahəsi Namiq adlı şəxsin mülkiyyətinə verilmiş və 133 nömrə ilə kitabda qeydə alınmışdır.
11. Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən (reyestr kitabı 941 “B”, inventar işi 370) görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşviq küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi- 28,4 kv.m, köməkçi sahəsi 20,1 kv.m olan, fərdi fonda aid yaşayış evi Xızı Rayon XDS-nin 28 fevral 1991-ci il tarixli, 17 nömrəli qərarı əsasında X8 adına qeydə alınmışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti“ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC tərəfindən Ərizəçi sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, X9 adına şəhadətnamənin işlənilməsi barədə məlumat aşkar edilməmiş və Xızı rayonu, Altıağac qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısının 136-cı sırasında yalnız “Namiq” adı qeyd edilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Ərizəçi müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.
14. SSRİ MSİ-nin xx.xx.1985-ci il tarixli, 386 nömrəli əmri ilə təsdiq edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Xızı rayonu, Altıağac kəndində yerləşən ev Xızı Rayon dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X2, bununla bağlı xx.xx.1997-ci il tarixli, 3-M-22 reyestr nömrəli qeydiyyat aparılmış və ev sahibi olaraq X15 göstərilmişdir.
15. Xızı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli iclasının protokolundan görünür ki, Altıağac YAİK-in xx.xx.1996-cı il tarixli, 8 saylı qərarı təsdiq edilmişdir.
16. Xızı Rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Xızı rayonun Altıağac kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, “ailə başçılarının və ailə üzvlərinin soyadı, adı və atasının adı” qrafasında “Namiq” adı qeyd olunmuşdur.
17. X5 ilə X15 arasında bağlanmış xx.xx.1997-ci il tarixli müqavilədən görünür ki, X4 rayonu, Altıağac qəsəbəsi, M.Müşviq küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi-28,4 kv.m, köməkçi sahəsi 20,1 kv.m olan, fərdi fonda aid yaşayış evini əldə etmişdir.
18. “Azəriqaz” İB tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixdən görünür ki, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsi, ev 0, mənzil 179 ünvanındakı qaz istehlakçısı (abonent kodu **********01790) X13r.
19. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanındakı elektrik enerjisi istehlakçısı (abonent kodu: **********00085) X13r.
20. Nikah haqqında şəhadətnamədən görünür ki, X15 və Ərizəçi xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşdur.
21. “Azəriqaz” İB X20 İstismarı İdarəsi tərəfindən Məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-2-8/2-12-1203/2024 saylı cavabdan görünür ki, Xızı xidmət sahəsinin abonent məlumat bazasında Ərizəçi adına qaz hesab kodu qeydiyyat alınmamış, X9 adına **********01790 nömrəli qaz hesab kodu mövcuddur.
22. Azərbaycan Dövlət Su X7 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi tərəfindən Məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli, 3-53-2/2-2821/24 nömrəli cavabdan görünür ki, X8 adına Xızı rayonu, Altıağac qəsəbəsində su təchizatı sistemindən istifadəyə görə xx.xx.2020-ci il tarixində ********* nömrəli müqavilə bağlanılmış və 17063147 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Ərizəçi ilə bağlı “MİS” məlumat bazasında qeydiyyatının olmadığı müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə müəyyən etdi ki, X15 və Ərizəçi xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuş, X15 xx.xx.1997-ci il tarixli müqavilə əsasında qızı Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşviq küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsini əldə etmiş, eləcə də fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda Xızı rayonu, Altıağac kəndində yerləşən evin Xızı rayon dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1 ilə bağlı xx.xx.1997-ci il tarixli, 3-M-22 reyestr nömrəli qeydiyyat aparılmış, bu zaman ev sahibi olaraq X15 göstərilmişdir. Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə (reyestr kitabı 941 “B”, inventar işi 370) Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşviq küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi-28,4 kv.m, köməkçi sahəsi 20,1 kv.m olan, fərdi fonda aid yaşayış evi X8 adına qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair (JN-136F KOD ********) şəhadətnamə ilə Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə 0.19 hektar torpaq sahəsi “Namiq” adlı şəxsin mülkiyyətinə verilmiş və 133 nömrə ilə kitabda qeydə alınmışdır. Torpaq sahəsində yerləşən yaşayış sahəsində qaz, su və elektrik enerjisi istehlak edilməklə bununla bağlı müvafiq təbii inhisar subyektlərində X9 adına qeydiyyat aparılmışdır.
24. Hazırda ərizəçi həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəsə də, şəhadətnamədə adının tam və düzgün göstərilməməsi ona mane olur. Buna görə də müvafiq şəhadətnamənin Ərizəçi məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki məsələ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparmağa səlahiyyətli olan orqan onun müvafiq müraciətinə imtina vermişdir.
c) Məhkəmənin mövqeyi:
25. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin üzərində yerləşən yaşayış sahəsi (ev) Ərizəçi ilə yoldaşı X9 birgə nikahda olduqları dövrdə X9 bağladığı müqavilə əsasında əldə edildiyi, bununla bağlı yaşayış sahəsi (ev) üzərində mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərdə müvafiq qeydlər aparıldığı, eləcə də həmin sənədlərdə torpaq sahəsinə aidiyyəti olan subyekt kimi ərizəçinin adı qeyd edildiyi, iş materialları və şahid ifadələri ilə torpaq sahəsinin Ərizəçi və X9 birgə mülkiyyətinin tərkib hissəsi olduğu, onların torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsində (ev) birgə təsərrüfatlarını həyata keçirdikləri öz təsdiqini tapdığı üçün hazırkı ərizə təmin edilməli, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən ümumi sahəsi 0.19 ha. olan torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-136F, kod ********) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 307.1-ci maddə. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.5-ci maddə. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddə. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddə. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddə. Hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur; 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi); 6 və 6.1-ci bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1, 139-1.1.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 33daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən ümumi sahəsi 0.19 ha. olan torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-136F, kod ********) xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
30. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
Nəticə:
31. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən ümumi sahəsi 0.19 ha. olan torpaq sahəsi üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN-136F, kod ********) xx.xx.1947-ci i təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova