Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-594/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "yararsız vəziyyətə salınmış yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün kompensasiya ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "yararsız vəziyyətə salınmış yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün kompensasiya ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobil Azərbaycan Dövlət Sığorta Şirkətinin Oğuz filialı tərəfindən sığorta olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülla Gəncəvi küçəsi ilə hərəkət edən zaman ünvan 7 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə zərər vurmuşdur. Həmin evin bərpa edilməsi üçün tərəfindən 1114 manat məbləğində pul vəsaiti xərclənmişdir. Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən ünvan 7 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə çöldən baxış keçirilərək evin daxilində baş vermiş dağıntılara, sıradan çıxmış ev əşyalarına, qırılmış qab-qacağa və mebelə baxış keçirilmədən, xx.xx.2017-ci il tarixli xx-xx/3388 saylı sərəncamına əsasən cəmi 302 manat məbləğində pul vəsaiti ayırmışdır. Bu məbləğ isə iddiaçını heç cürə qane etmir. Bununla əlaqədar iddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkətinə tələb barədə dəfələrlə şifahi və rəsmi qaydada müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən ünvan 3 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə vurulmuş zərərin əvəzinin, həmin evin bərpa edilməsi üçün iddiaçı tərəfindən xərclənmiş 1114 (bir min bir yüz on dörd) manat məbləğində pul vəsaitinin iddiaçıya kompensasiya şəklində ödənilməsinə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, Bakı şəhərinə gedib-gəlmə xərci 100 (bir yüz) manat, aldığı hüquqi yardıma və ərizənin tərtibi ilə əlaqədar olaraq ödənilmiş 100 (bir yüz) manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Gəncə şəhərində, Natavan qəsəbəsində yaşayırlar. Elbrus idarə etdiyi avtomobillə evin içərisinə daxil oldu və ev dağıldı. Sığorta Şirkəti evin dağınıqlı vəziyyətini görsə də, evin içərisinə baxmadı. Həmin evdə təmir işlərinin aparılması üçün 150-200 manat məbləğində zəhmət haqqı almışdır. Ondan başqa evin təmiri ilə məşğul olan digər ustalar da var idi. Evə çox zərər dəymişdir. İş materiallarında olan X3 notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 1952-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Mets Məzrə kəndində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhərində yaşayır. O, ailəsi ilə birlikdə ünvan 6 saylı fərdi yaşayış evi mülkiyyətində olmaqla, həmin evdə yaşayırlar. İddiaçı xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülüla ünvan 5 saylı ünvanda yerləşən ona məxsus yaşayış evinə zərər vurmuş, evin divarını, döşəməsini, evdə yerləşən mebeli, qab-qacağı qırıb dağıdaraq ona xeyli ziyan vurmuşdur. Belə ki, evin divarı dağıdılaraq avtomobil evin içinə girərək, evin içində olan mebeli, qab-qacağı qıraraq, döşəməni və tavanı dağıdaraq ona təqribən 1300 manata yaxın ziyan vurmuşdur. İddiaçı öz şəxsi vəsaiti hesabına evi bərpa etməklə qırılmış qab-qacağı almaqla bərabər tutduğu fəhlə və ustalara əl muzdu və mal-material almağı öz öhdəsinə götürmüşdür. O, evin bərpası üçün ümumilikdə təqribən 1300-1400 manat məbləğində pul vəsaiti xərcləmişdir. İş materiallarında olan X6 notarial qaydada təsdiqlənmiş ərizəsindən xx.xx.2018-ci il tarixli görünür ki, o, 1966-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Axburadzor kəndində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhərində yaşayır. O, fərdi əməklə məşğul olur. İddiaçı ona müraciət edərək bildirdi ki, xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülüla Gəncəvi küçəsi ilə hərəkət edən zaman ünvan 6 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə zərər vurmuş, evin divarına, döşəməsinə, evdə yerləşən mebeli, qab-qacağı qırıb dağıdaraq xeyli ziyan vurduğunu bildirmişdir. Həmin evin bərpa edilməsi üçün tərəfindən uçqunun altında qalmış mebel əşyalarını və döşəmənin dağılmış hissələrini bərpa etmiş və evi zir-zibildən təmizləyərək yük maşınına yükləmişdir. İddiaçı ona əl muzdu və mal-material almaq üçün ümumilikdə 325 manat məbləğində pul vəsaiti xərclənmişdir. İş materiallarında olan X1 notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda həmin şəhərdə yaşayır. O, fərdi əməklə məşğul olur. İddiaçı Çavanşir oğlu ona müraciət edərək bildirdi ki, xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülüla Gəncəvi küçəsi ilə hərəkət edən zaman ünvan 6 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə zərər vurmuş, evin divarına, döşəməsinə, evdə yerləşən mebeli, qab-qacağı qırıb dağıdaraq xeyli ziyan vurduğunu bildirmişdir. Həmin evin bərpa edilməsi üçün tərəfindən rəngsaz və bənna işlərini görmüş və İddiaçı Gavanşir oğlu ona əl muzdu və mal-material almaq üçün ümumilikdə 650 manat məbləğində pul vəsaiti xərclənmişdir. İş materiallarında olan X2 notarial qaydada təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 1953-cü ildə Goranboy rayonunda anadan olmuşdur. Hal- hazırda Gəncə şəhərində yaşayır. O, fərdi əməklə məşğul olur. İddiaçı Gavanşir oğlu ona müraciət edərək bildirdi ki, xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülüla Bəncəvi küçəsi ilə hərəkət edən zaman ünvan 6 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə zərər vurmuş evin divarına, döşəməsinə, evdə yerləşən mebeli qab qacağı qırıb dağıdaraq xeyli ziyan vurduğunu bildirdi. Həmin evin bərpa edilməsi üçün tərəfindən qaynaq işləri və sement suvağı vurulmuşdur və İddiaçı ona əl muzdu və mal-material almaq üçün ümumilikdə 270 manat məbləğində pul vəsaiti xərclənmişdir. İş materiallarında olan “Azərsığorta” tərəfindən verilmiş qüsur aktından görünür ki, yaşayış evinə 302 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə xidmət haqqı olaraq 100 (bir yüz) manat pul ödənilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 1919 №-li məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış evinin birinci mərtəbəsində 3,55 x 4,95m ölçüdə olan otağın xarici divarı zədələnmiş və bununla əlaqədar yaşayış evində aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1334,4 manat məbləğində müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mitsubişi-Pajero” markalı, ** BB *** saylı dövlət nişan nömrəli avtomobillə Gəncə şəhəri, Əbülla Gəncəvi küçəsi ilə hərəkət edən zaman ünvan 7 saylı ünvanda yerləşən Gəncə şəhər sakini X4 məxsus yaşayış evinə zərər vurmuş, həmin avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. İddiaçı vurduğu zərərə görə 1114 manat pul ödəmiş və həmin pulun əvəzinin ödənilməsini tələb edir. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı sığortalanmış avtomobili ilə yaşayış evinə ziyan vurmuş, bununla əlaqədar 1114 manat pul ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış evinin birinci mərtəbəsində 3,55 x 4,95m ölçüdə olan otağın xarici divarı zədələnmiş və bununla əlaqədar yaşayış evində aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 1334,4 manat məbləğində müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə, yəni 1114 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin “Bakı şəhərinə gedib-gəlmə xərci 100 (bir yüz) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddianın bu hissəsi ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddianın hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1114 (bir min yüz on dörd) manat məbləğində maddi ziyanın, hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1244 (bir min iki yüz qırx dörd) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1114 (bir min yüz on dörd) manat məbləğində maddi ziyanın, hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1244 (bir min iki yüz qırx dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-594/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-594/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver