Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-595/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xalası- X6 doğumu haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xalası- X6 doğum haqqında qeydi yoxdur. Həmin qeydi əldə etmək məqsədi ilə, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin şöbədən onun ərizəsinə cavab olaraq bildirdilər ki, xalası- X12 1928-ci ildə anadan olmuş və bu tarixlərə aid doğum haqqında qeyd kitabları Xankəndi şəhərində qaldığından həmin arxivdəki sənədləri hal-hazırda obyektiv səbəblərdən (müəyyən müddətdə işğal altında olması ilə əlaqədar olaraq məhv edilmişdir) əldə etmək mümkün deyildir. Hazırda həmin qeydin müəyyən edilməsi onun üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, işğal altında olan torpaqlarıngeri qaytarılması nəticəsində xalası- X9 məxsus, Şuşa şəhərində yerləşən evin vərəsəlik qaydasında ona çatması üçün zəruri sənədləri müvafiq qurumlara təqdim etmək lazımdır. Məhz bu məqsədlə həmin doğumun qeyd edilmə faktının bərpa edilməsini istəyir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X4 05.08.1928-ci ildə Azərbaycan Respublikası, Şuşa şəhərində anadan olması və bu barədə doğumun qeyd olunma faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Süleymanova" adı "Xavər" ata adı "Məmməd" doğum tarixi "05 avqust 1928-cı il, milliyyəti "azərbaycanlı", doğum yeri "Azərbaycan Respublikası, Şuşa şəhəri", ata qrafasında "atası X7, milliyyəti azərbaycanlı", ana qrafasında "anası X5, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayənədəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.10.2021-ci il tarixli məktubdan görünür ki, 05.07.1928-ci ildə Şüşa şəhərində doğulmuş X6 doğum haqqında arayışın istənilməsi barədə ərizəyə baxılmışdır. Bildirilir ki, Maraqlı şəxs 1928-ci ilə aid doğum haqqında akt qeydi kitabları Xankəndi şəhərində qaldığı üçün X6 doğumu haqqında arayışın verilməsi mümkün olmamışdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təstiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında icra edilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpası barədə məhkəməyə müraciət etməyin məqsədəuyğundur. Azərbaycan Respublikaslnın Milli Arxiv İdarəsinin 22.12.2021-ci tarixli məhkəmənin sorğusuna cavabından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1922, 1928, 1931-ci illərə dair Şuşa şəhəri üzrə doğum haqqında kitabları dövlət mühafizəsinə verilməyib. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Bakı şəhəri, Voroşilov rayon qeydiyyat şöbəsi tərəfindən 16.04.1956-cı il tarixdə verilmiş İ-ИЕ seriyalı, 036896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25.10.1931-ci ildə Şuşa şəhərində anadan olmuş, atası X7, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlıdır. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 03.11.1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 388459 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 2 noyabr 1992-cı il tarixdə bağırsaq intoksikasiyası xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.11.1992-ci il tarixdə 1329 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri, Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən 28.06.1965-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, atası X21, anası X3r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin məhkmə sorğusuna cavab olaraq bildirilmiş 09.03.2022-ci il tarixli məktubundan görünür ki, 05.08.1928-ci ildə Şuşa şəhərində anadan olmuş X1 rayon Polis İdarəsi tərəfindən 25.10.1976-cı il tarixdə aldığı İİİ-JQ serialı, 541628 nömrəli keçmiş SSRİ pasportu ilə həmin tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum Xavər İsmayılova onun atasının anasının bacısıdır. Mərhum 05.08.1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Mərhumun uşağı olmayıb. Mərhum ölənədək Yasamal rayonundakı ona məxsus mənzildə yaşamışdır. Sonradan həmin mənzili onun atasına bağışlamışdır. Hazırda Şuşa şəhəri işğaldan azad olduğuna görə onların orada yerləşən mənzilləri ilə bağlı hüquqi sənədlər hazırlanmalıdır. Lakin mərhumun doğum haqqında şəhadətnaməsi olmadığı üçün həmin sənədlərin hazırlanması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mərhum Xavər Süleymanova onun atasının bibisi qızıdır. Ərizəçi mərhumun bacısı oğludur. Mərhum Şuşa şəhərində anadan olmuşdur. Onun uşağı olmayıb. Mərhum gilin evlərinə həmişə gedib-gəlmişdir, münasibətləri yaxşı idi. Mərhumun bacıları Ağgül və Rüxsarəni də tanıyırdı. Mərhumun anasının adı Diləfrüz, ata adı Məhəmməd idi. Xavər İsmayılova milliyətçə azərbaycanlıdır. Mərhum vəfat etdikdə onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, mərhum Xavər Süleymanova ilə qohumdular, eyni zamanda Şuşa şəhərində qonşu olmuşlar. Ərizəçi mərhumun bacısı oğludur. Mərhum Şuşa şəhərində anadan olmuşdur və onun uşağı olmayıb. Mərhumun bacıları Ağgül və Rüxsarəni də tanıyırdı. Xavər Süleymanova anasının adı Diləfrüz, ata adı Məhəmməd idi, milliyəti azərbaycanlıdır. Mərhum vəfat etdikdə onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, mərhum Xavər Süleymanova onun yerlisidir. Mərhumu 18-20 yaşlarından tanıyıbdır. Ərizəçi mərhumun bacısı oğludur. Mərhum Şuşa şəhərində anadan olmuşdur. Mərhum gilin həmişə evlərinə gedib-gəlmişdir. Mərhumun bacıları Ağgül və Rüxsarəni də tanıyırdı. Mərhumun anasının adı Diləfrüz idi, ata adı isə yadında deyildir. Mərhumun milliyyəti azərbaycanlıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ərizəçinin xalası 05.08.1928-ci il tarixdə Azərbaycan SSR, Şuşa şəhərində anadan olmuş, atası X7, anası isə X2r. Maraqlı şəxs 1928-ci ilə aid doğum haqqında akt qeydi kitabları Xankəndi şəhərində qaldığı üçün X6 doğumu haqqında arayışın verilməsi mümkün olmamışdır. Ərizəşi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Beləliklə işdə olan materiallara əsasən X6 05.08.1928-ci il tarixdə Azərbaycan SSR, Şuşa şəhərində anadan olması və Maraqlı şəxs tərəfindən X6 doğum haqqında akt qeydi aşkar edilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən onun doğum faktı ilə bağlı qeydlərin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 05.08.1928-ci il tarixdə Azərbaycan SSR, Şuşa şəhərində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı "Süleymanova", adı "Xavər", ata adı "Məmməd", doğum tarixi "05 avqust 1928-ci il, milliyyəti "azərbaycanlı", doğum yeri "Azərbaycan SSR, Şuşa şəhəri", ata qrafasında "atası X7, milliyyəti azərbaycanlı", ana qrafasında "anası X5, milliyyəti azərbaycanlı" kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-595/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-595/2022
11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver