Məhkəmə qərarları › İş №2(006)-5951/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5951/2021

01.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5951/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilərək və iflas proseduruna başlandığı üçün onun ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondundan "xxxx" ASC-tərəfindən adına verilmiş 6772 6444 1233 5307 saylı plastik karta köçürülmüş və kartımda qalıq qalmış lakin bu günə qədər ala bilmədiyi 336 manat əmək haqqının və 11 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizə verərək “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.03.2020-ci il tarixdən 10.04.2020-ci il tarixə kimi “X2” idarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər işləmişdir. Sonradan “Covid 19” pondemiyası ilə bağlı olaraq işlər dayandırıldı. Lakin əmək haqqları hesablanmışdır. Əmək haqqımı "xxxx" ASC-tərəfindən adına verilmiş 6772 6444 1233 5307 saylı plastik kart vasitəsi ilə almışdır. İş yerilərindən ona bildirilmişdir ki, pandemiya ilə bağlı hər yer karantinə bağlanacaqdır. Ona görə də onlara 2 aylıq əmək haqqı məbləğində kompensasiya verilməklə əmək müqavilələlərinə xitam veriləcəkdir. İddiaçı da ümumi hamıya karantin edildiyinə görə razılaşmaqdan başqa çarəsi qalmamışdır. X3 üçün nəzərdə tutulmuş 100 manat bayram pulu ilə birlikdə 2 aylıq əmək haqqı 540 x 2=1.080 + 100 manat bayram pulu = 1.180 (min yüz səksən) Azn manat pul alacağı olmuşdur. Ondan 540 manat "xxxx" ASC-tərəfindən adına verilmiş 6772 6444 1233 5307 saylı plastik karta köçürülmüşdür. Sonrakı alacağı pulu isə Azərbaycan Beynəlxalq Bankına köçürtmə etdilər və iddiaçı o pulu gedib Beynəlxalq bankdan almışdır. Lakin "xxxx" ASC-tərəfindən adına verilmiş 6772 6444 1233 5307 saylı plastik karta köçürülmüş 540 (beş yüz qırx) manat pulu həmin kartında qalmışdır. Həmin 540 manat puldan Kapital Bank ASC -nin Səlyan rayonunun Qarabağlı kəndində yerləşən Bankomatdan 200 manat çıxardarkən pulundan 4 manat başqa bankomatdan pul çıxartdığına görə faiz tutulmuşdur. Beləliklə onun 336 manat əmək haqım kartında qalmışdır. Azərbaycan Beynəlxalq Bankına gedərək həmin qalıq pulları da almaq istədikdə ona bildirilmişdir ki, artıq "xxxx" ASC müflis elan edilmiş, ona görə Gəncə şəhərinə getməlidir. Həmin ərəfələr sərt karantin rejimi olduğu üçün o heç bir yerə gedib gələ bilməmişdir. Sonradan isə atası və anası hər ikisi xəstə olduqları üçün onları qoyub Gəncə şəhərinə gedə bilməmişdir. Bundan başqa onun yaşayış yeri Səlyan rayonu olduğundan oradan Gəncə şəhərinə gedib gələ bilmək üçün nəqliyyat vasitəsi olmadığından taksi ilə getməli idi. Taksi isə 120 manata gedib gəlirdi deyə maddi imkanı buna çatmırdı.Məcbur qalaraq 2021 -ci ilin iyul ayında "xxxx" ASC-yə ərizə ilə müraciət edərək kartında qalmış pulunu ala bilməyi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətiniə baxılaraq 29.07.2021-ci il tarixdə **********293 saylı məktub ilə aşağıdakı məzmunda cavab verilmişdir. Məktubda qeyd edilir: Yusifov X1 məbləğinin ödənilməsinə dair müraciətinizə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı yazılı ərizə ilə mürəciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə işə Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəmədə baxılmalı olduğunu bildirirək icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki prosesual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfdən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosesual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, o pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar