Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-607/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi Yaqubova (Ələkbərova) Hüsnüzər Cəfər qızının iştirakı ilə Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «doğumun qeyd edilmə faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Yaqubova (Ələkbərova) Hüsnüzər Cəfər qızı xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuşdur. Doğumun qeyd etdiyi yer Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndidir. X3, anası X8r. Onlar, yəni valideynləri nikahlarını rəsmi qaydada qeyd etdirmədən ailə qurduqlarına görə ərizəçiyə anasının soyadı, yəni Ələkbərova soyadı verilmişdir. Lakin onlar sonradan nikahlarını rəsmiləşdirmişlər. Evləndikdən sonra anası atasının soyadını, yəni Abbasova soyadını qəbul etmişdir. 26.08.1961-ci il təvəllüdlü Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuş X15 ilə ailə quraraq nikahlarını 02.08.1985-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonunun Sarvanlar kəndində rəsmi qaydada qeyd etdirmişlər. Evləndikdən sonra ərizəçi ərinin soyadını, yəni Yaqubova soyadını daşıyır. 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycan Respublikasına gəlmişlər. Həmin vaxtdan Bakı şəhərində yaşayırlar. Doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum qeydi bərpa aktının müəyyən olunması barədə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi ərizəçiyə cavab olaraq bildirmişdir ki, «ərizənizdə doğum yeri «Ermənistan, Masis rayonu» olduğunu qeyd etmisiniz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktları itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra olunur.İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir». Doğum haqqında şəhadətnamənin verilməsi bəzi sənəd işləri, o cümlədən xəstəliyi ilə əlaqədar olaraq Əliliyin təyin olunması üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixindən çıxarışdan görünür ki, əsas diaqnoz C50.4-Süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yeni törəməsi pT2N3M0 mərhələ 3C G2. Bununla əlaqədar olaraq 21.01.2021-ci il tarixdə cərrahi əməliyyat və 6 kurs polikimyaterapiyadan sonrakı vəziyyət. Buna görə də əmək qabiliyyətini əsas itirdiyi üçün əlillik müəyyən edilməlidir ki, buna görə də doğum şəhadətnaməsi tələb olunur. Atası və anası vəfat etmişlər. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 18.08.2001-ci ildə vəfat etmişdir. X6 20.09.2011-ci il tarixdə vəfat etmişdir. X4 13.02.1973-cü ildə Ermənistan SSR-nin Masis rayonun Sarvanlar kəndində anadan olmuşdur. X1 25.01.1972-ci ildə Ermənistanın Eçtimadzin rayonunda anadan olmuşdur. Göstərilənlərə əsasən Yaqubova (Ələkbərova) Hüsnüzər Cəfər qızının xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, X5 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyad «Ələkbərova», adı «Hüsnüzər», ata adı «Cəfər», doğum tarixi «xx xxxxxx 1966-cı il», doğum yeri «Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndi», ata qrafasında atası «X10», milliyəti «azərbaycanlı», ana qrafasında anası «X11», milliyəti «azərbaycanlı» kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. 5.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuşdur. X3, anası X8r. Valideynləri nikahlarını rəsmi qaydada qeyd etdirmədən ailə qurduqlarına görə bacısına anasının soyadı, yəni Ələkbərova soyadı verilmişdir. Lakin onlar sonradan nikahlarını rəsmiləşdirmişlər. Evləndikdən sonra anaları atalarının soyadını, yəni Abbasova soyadını qəbul etmişdir. Sonradan bacısı X15 ilə ailə qurmuşdur. Evləndikdən sonra ərizəçi yoldaşının soyadını, yəni Yaqubova soyadını daşımışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuşdur. X3, anası X8r. Valideynləri nikahlarını rəsmi qaydada qeyd etdirmədən ailə qurduqlarına görə ona anasının soyadı, yəni Ələkbərova soyadı verilmişdir. Lakin onlar sonradan nikahlarını rəsmiləşdirmişlər. Evləndikdən sonra anası atasının soyadını, yəni Abbasova soyadını qəbul etmişdir. Sonradan onlar ailə qurmuşlar. Evləndikdən sonra ərizəçi onun soyadını, yəni Yaqubova soyadını daşımışdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Pespublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur.
9. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 13.02.1973-cü ildə Ermənistan SSR, Masis rayonu, Sarvanlar kəndində anadan olmuş, X3, X6dır.
10. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.01.1962-ci ildə Ermənistan Respublikası, Eçmiadzin rayonunda anadan olmuş, X6dır.
11. İş üzrə nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Yaqubov Hüseyn İslam oğlu ilə X7 arasında 02.08.1985-ci il tarixdə nikah bağlanılmış, nikahdan sonra arvada Yaqubova soyadı verilmişdir.
12. İş üzrə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18.08.2001ci ildə Bakı şəhərində ölmüşdür.
13. İş üzrə ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 20.09.2011ci ildə Bakı şəhərində ölmüşdür.
14. İş üzrə Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışın (epikrizin) surətindən görünür ki, Ərizəçi əsas diaqnozu: «C50.4-Süd vəzisinin yuxarı-bayır kvadrantının bədxassəli yenitörəməsi pT2N3M0 mərhələ İİİC G2».
15. İş üzrə Nəsimi rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 27.10.2021-ci il tarixli 05/Q-345/68 №-li məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.
16. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10.01.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı ildə Ermənistan Respublikasında anadan olmuş Ərizəçi ilk dəfə 15.10.2005ci il tarixdə Nəsimi RPİ tərəfindən AZE 04820367 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin sənədi 08.07.2017-ci il tarixdə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə dəyişdirmişdir. Ərizəçi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
17. İş üzrə Ərizəçi 16.05.1989-cu il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş XXİİİ-JQ 592563 nömrəli keçmiş SSRİ nümunəli pasportun verilməsinə əsasən olmuş 1 nömrəli ərizə formasının (forma 1), eləcə də həmin İdarə tərəfindən verilmiş AZE 04820367 nömrəli şəxsiyyət vəsiqəsinə dair fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1966cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Sarvanlar kəndində anadan olmuşdur, əri X15, Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur, yaşayış yeri: Bakı şəhəri, M.A.Əliyev küçəsi, ev 244, mənzil 21.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, Yaqubova ( qızlıq soyadı Ələkbərova) Hüsnüzər Cəfər qızı xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Masis rayonu, Sarvanlar kəndində doğulmuşdur, X3, X6dır. Ərizəçinin valideynləri nikahlarını rəsmi qaydada qeyd etdirmədən ailə qurduqlarına görə ona anasının soyadı - «Ələkbərova» soyadı verilmişdir. Sonradan ərizəçinin valideynləri nikahlarını rəsmiləşdirmişlər. 1985-ci ildə ərizəçi X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və hazırda ərinin soyadını daşıyır. Ərizəçi doğum haqqında şəhadətnaməsini naməlum səbəbdən itirmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyində və onu verən orqan Ermənistan Respublikasında yerləşdiyindən və hazırda məlum səbəblərdən ərizəçinin həmin sənədi verən orqandan dublikatını almaq imkanı olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 21.Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 22.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 23.Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 24.«Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 25.Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 26.Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. 27.Həmin Qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 28.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 29.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. 30.Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Masis rayonu, Sarvanlar kəndində doğulması, atasının X10, atasının milliyəti - azərbaycanlı, anasının X11 olması, anasının milliyyəti azərbaycanlı olması olan doğum aktının qeydiyyat faktını müəyyən etməklə müvafiq doğum qeydinin bərpa edilməsi barədə öhdəlik Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
33. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 307-308, 311-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X2 xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Masis rayonu, Sarvanlar kəndində doğulması, atasının X10, atasının milliyəti - azərbaycanlı, anasının X11 olması, anasının milliyyəti - azərbaycanlı olması olan doğum aktının qeydiyyat faktını müəyyən etməklə müvafiq doğum qeydinin bərpa edilməsi barədə öhdəlik Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov