Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6090/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC (KATV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 59 manat 70 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 230 manat 10 qəpik məbləğində çulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə “AG Telekom" MMC ilə "xxxx" hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011 -ci il, 01.10.2014-cü il. 29.03.2015-ci il və 04.01 2018-ci il larixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 31 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 24.07.2009-cu il tarixdə həmin ünvanda yaşayan Qəhrəmanov İlham ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.09.2011-ci il tarixinədək etmiş və həmin ünvan 22.09.2011-ci il tarixdə 6 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 07.03.2012-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0552 К saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 28.09.2011-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 07.03.2012-ci il tarixə qədər olan müddət 199 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 59 manat 70 qəpik təşik edir. Bundan əlavə, İddiaçı MMC "Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 07.03.2012-ci il tarixli, 0552 K saylı aktın təsdiq olunmuş surətindən görünür ki, 07.03.2012-ci il tarixində "xxxx" hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 10 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 15.03.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, 5-ci mkr., Cavadxan küçəsi, 23 saylı evin 10 nömrəli mənzilində mənzilində qeydiyyatsız yaşayır, mənzilin sahibidir. İddiaçı KATV1 kabel televiziyasının 19.07.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan Qəhrəmanov İlham arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 24.07.2009cu il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01.09.2011-ci il tarixinədək isə son ödəməsini etmiş, 22.09.2011-ci il tarixində 06 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 07.07.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət haqqı olaraq "xxxx" MMC-yə 150 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat dövlət rüsumu və 0,40 qəpik bankın rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 23 saykın evin, 10 saylı mənzili arasında bağlanmış müqavilə əsasında həmin mənzilə “KATV1” tərəfindən kabel xətti çəkilmiş, 01.09.2011-ci il tarixində son ödəniş edilmiş, 22.09.2011-ci il tarixində 6 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 07.03.2012-ci il tarixində "xxxx" hüquq firması, “KATV1” kabel televiziyasının və İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 23 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 10 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, 0552 K saylı akt tərtib olunmuşdur. Cavabdehə 59,70 manat maddi zərər hesablanmışdır. Beləliklə, iddiaçının təqdim etdiyi arayışda cavabdehə məxsus mənzilin 22.09.2011-ci il tarixdə 06 manat 60 qəpik borcla şəbəkədən ayrıldığı qeyd edilmişdir, yəni tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmişdir. Lakin cavabdehə məxsus evin hər hansı sakininin hərəkəti nəticəsində, evin, iddiaçıya məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan, ödəniş etmədən qoşulması və beləliklə, kabel xidmətlərindən yararlanma, iddiaçının hesabına heç bir hüquqi əsas olmadan (konkret halda sonradan aradan qalmış əsas), cavabdehin varlanmasına gətirib çıxarmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə "xxxx" MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğundan, məhkəmə xərcləri (hüquqi yardımın göstərilməsi üçün ödənilən xərclər və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilən dövlət rüsumu) tam şəkildə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərər olaraq 59,70 manat, göstərilən hüquqi xidmət xərcinə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat, cəmi 230 manat 10 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Zərər olaraq 59,70 manat, göstərilən hüquqi xidmət xərcinə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat, cəmi 230,10 (iki yüz otuz manat on qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6090/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6090/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver