Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6117/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2018-ci il tarixində AL-529 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 19 iyun 2017-ci il tarixli, AL-529 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA542151 ban, 211133262DFCX0157 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(006)-1036/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) İddiaçı ASC-nin iddası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 3012.55 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X4 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş protokolların surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir: 07.04.2018-ci il tarixli, İXP ******* saylı protokola görə 240 manat; 26.02.2018-ci il tarixli İXP ******* saylı protokola görə 160 manat, 19.02.2018-ci il tarixli, İXP ******* saylı protokola görə 96 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 496 manat məbləğində ödəniş edilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Göstərilənlərə əsasən, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 496 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinəödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin direktoru Adıgözəlov R.R. məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada göndərilmiş bildiriş cavabdeh qeydiyyatda olduğu bina söküldüyündən məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 19 iyun 2017-ci il tarixli, AL-529 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 16000 manat təşkil edir. İş materiallarında olan 09 yanvar 2018-ci il tarixli, AL-529 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 19 iyun 2017-ci il tarixli, AL-529 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İşin materiallarında olan DİN Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş 19.02.2018-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin materiallarında olan DİN Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş 26.02.2018-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin materiallarında olan DİN Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş 07.04.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 23.07.2018-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, Daxili İşlər Nazirliyinin hesabına Cavabdeh cəriməsinə görə 96 manat, 240 manat və 160 manat olmaqla, cəmi 496 manat pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1036/2019 saylı, 24.09.2019-cu il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 19 iyun 2017-ci il tarixli, AL-529 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, 1216,60 manat əsas, 550,95 manat mükafat və 10 manat dəbbə pulu, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 1807,55 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 120 manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1036/2019 saylı, 05.12.2019-cu il tarixli əlavə qətnaməsinə əsasən avtomobilə dəymiş ziyana görə 1205 manat pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 25.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, işin materialları ilə müəyyən olundu ki, 09 yanvar 2018-ci il tarixli, AL-529 (3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 19 iyun 2017-ci il tarixli, AL-529 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş, həmin müqavilənin qüvvədə olduğu müddətdə Cavabdeh “Daewoo Gentra” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalara yol vermiş və bununla əlaqədar inzibati qaydada cərimələnmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən inzibati xəta protokolları ilə əlaqədar 496 manat cərimə ödənilmişdir. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əvəzindən ödədiyi cərimənin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əvəzindən inzibati xəta protokolları ilə əlaqədar 496 manat ödədiyi cərimənin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh inzibati xəta protokollarına əsasən ödənilmiş 496 (dörd yüz doxsan altı) manat pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh inzibati xəta protokollarına əsasən ödənilmiş 496 (dörd yüz doxsan altı) manat pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6117/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6117/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver