Məhkəmə qərarları › İş №2(006)-613/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-613/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-613/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının iştirakı ilə Ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması»na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ağayeva (Əsədova) X13 rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması»na dair ərizə ilə məhkəməyə müraciət edərək, onun qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğum akt qeydinin bərpa edilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixində Ermənistanın Masis (Zəngibasar) rayonunun Dostluq (Qaraqışlaq) kəndində anadan olmuşdur. 1988-ci il tarixində məlum hadisələrdən sonra o və ailəsi öz ata-baba torpaqlarından qaçqın düşmüşlər. Həmin dövürdə baş vermiş hadisələr səbəbindən bir çox sənədləri itmiş və yaxud məhv olmuşdur. Həmçinin ona məxsus olan doğum şəhadətnamədə qaçqın düşdüyü dövrdə itmişdir. Bu səbəbdən onun xx.xx.1978-ci il tarixində Ermənistanın Masis (Zəngibasar) rayonu Uluxanlı (Qaraqışlaq) kəndində doğum akt qeydinin bərpa olunması ilə bağlı 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinə müraciət etmiş, lakin həmin qurum ona xx.xx.2023-cü il tarixli 3-16-5/8- 15-2666/2023 saylı məktubuna əsasən doğum akt qeydinin mövcud olmadığını və doğum akt qeydinin bərpası faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Ərizəçi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ağayeva (Əsədova) Aynur Arif qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X14, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilməsi, onu doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızı ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, çıxışını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. Ağayeva (Əsədova) Aynur Arif qızı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində anadan olmuşdur. 3 övladı var, qızının doğum şəhadətnaməsi olduğu üçün ona ümumivətəndaşlıq pasportu verilmişdir. X7 arvadıdır. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ağayeva (Əsədova) Aynur Arif qızı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində anadan olmuşdur. Özü də həmin kənddə doğulmuşdur. O və ailəsi 1988-ci il tarixində qaçqın düşüblər. X5, anası X4r. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, ərizəçinin bibisidir. Ağayeva (Əsədova) Aynur Arif qızı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində anadan olmuşdur. Özü də həmin kənddə doğulmuşdur. Ərizəçinin X5, anası X4r. Hər ikisi milliyətçə azərbaycanlıdır. Mülki işin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixində Ermənistan, Masis rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15/2668/2023 nömrəli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış müraciətə cavab məktubunda qeyd edilmişdir ki, ərizədə Ərizəçi doğum yeri barədə sənədlər təqdim edilməmişdir, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası üzrə qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizəni verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İtmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi X1 Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-8936/23 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğomu haqqında hər hansı məlumat aşkar olunmamış, həmçinin AR ƏN “AR Əhalisinin Dölət Reyestri”nə baxış keçirilərkən Ərizəçi doğum yerinin Ermənistan Respublikası, Zəngibasar (Masis rayonu) müəyyən edilmişdir. Eyni zamanda Ermənistan Respublikasında tərtib edilmiş X1 qeydləri AR ƏN-nin qeydiyyat şöbələrində, eləcə də X1 Reyestr Xidmətinin arxivində saxlanılmadığından Ərizəçi doğumuna dair məlumatların verilməsinin mümkün olmadığı bildirilmişdir. Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli 18/2-38953/23 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci ildə Ermənistan Respublikasında anadan olmuş Ağayeva (Əsədova) Aynur Arif qızı ilk dəfə xx.xx.2003-cü il tarixində Nəsimi RPİ tərəfindən AZE № 00873478 nömrəli şəxsiyyət vəsiqəsilə təmin edilmişdir. Vətəndaş Ərizəçi Nəsimi RPİ tərəfindən verilmiş XXVİ-JQ 525281 nömrəli keçmiş SSRİ nümunəli pasportun verilməsinə əsas olmuş 1 nömrəli ərizə forması, eləcə də həmin İdarə tərəfindən verilmiş AZE № 00873478 nömrəli şəxsiyyət vəsiqəsinə dair fərdi uçot kartoçkası məktuba əlavə edilmişdir. Mülki işin materiallarında olan sorğu vasitəsilə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli 18/2-38953/23 nömrəli məktubuna əlavə edilmiş fərdi uçot kartının təsdiqlənmiş surətindən görünür ki, Ağayeva (Əsədova) Aynur Arif qızı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Qaraqışlaq kəndində doğulduğu, atasının X14, anasının X6 olması qeyd edilmişdir. Ağayeva (Əsədova) Aynur Arif qızı ilk dəfə xx.xx.2003-cü il tarixində Nəsimi RPİ tərəfindən AZE № 00873478 nömrəli şəxsiyyət vəsiqəsilə təmin edilmişdir. Vətəndaş Ərizəçi Nəsimi RPİ tərəfindən verilmiş XXVİ-JQ 525281 nömrəli keçmiş SSRİ nümunəli pasportun verilməsinə əsas olmuş 1 nömrəli ərizə forması. Mülki işin materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Vİİ-ЖГ 392340 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X8 nikahı 15 yanvar 2000-ci il tarixdə 18 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan A № 033461 saylı Ali Təhsil Haqqında diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə X12 Azərbaycan Dövlət Dillər İnstitunun “Alman dili” ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ağayeva (Əsədova) Aynur Arif qızı tərəfindən 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızı xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində anadan olmuşdur doğulmuşdur. Ərizəçi hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəxsiyyət vəsiqəsində və təqdim edilmiş digər sənədlərdə atasının adı Arif qeyd edilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri aidiyyəti üzrə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildiyi, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi də məhkəməyə müraciət edərək, Ağayeva (Əsədova) Aynur Arif qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X14, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilməsi, onu doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14, X3 və X9 ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının X5, anası X6 olduğunu bildirdilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 1.6-cı bəndində isə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki-Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki-Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızı həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə bir çox sənəd işləri üçün, o cümlədən daşınmaz əmlak və s. sənədləşmə işlərinin həll edilməsi üçün lazımdır. Ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyyətcə azərbaycanlı olan X14, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X14, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilməli, ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının doğum haqqında akt qeydinin bərpa edilməli və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X14, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilsin. Ərizəçi Ağayeva (Əsədova) Aynur Arif qızının doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar