Məhkəmə qərarları › İş №2(006)-6156/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6156/2021

02.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6156/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh X1rşı “əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin 02.11.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh X2 nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 02.11.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən mülki iş üzrə cavabdeh "xxxx" MMC iddianı qismən qəbul edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 31.07.2020-ci il tarixli 110 N°-li əmrin dəyişdirilməsini, iddaçı İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndi ilə işdən azad olunması barədə yeni əmrin çıxarılmasını təmin etməklə, iddiaçının həm əmək kitabçasında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlə qeydiyyatdan keçirilməsini cavabdeh öz öhdəsinə götürür, iddiaçı isə iddia ərizəsi ilə cavabdehə qarşı olan iş üzrə iddia tələbindən tam imtina edir, tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birlərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər, barışıq sazişinin şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək, bu Barışıq sazişi məhkəmə iclas protokoluna qeyd edilməklə məhkəmə qərardadı ilə təsdiq edilir, bu Barışıq sazişi üç nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə hər bir tərəfdə bir nüsxə qalmaq şərti ilə. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X1rşı “əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi tələbi”nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 02.11.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1) Mülki iş üzrə cavabdeh "xxxx" MMC iddianı qismən qəbul edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 31.07.2020-ci il tarixli 110 N°-li əmrin dəyişdirilməsini, iddaçı İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndi ilə işdən azad olunması barədə yeni əmrin çıxarılmasını təmin etməklə, iddiaçının həm əmək kitabçasında qeyd edilməsini, həm də əmək müqavilələri üzrə elektron hökumət portalında müvafiq bildirişlə qeydiyyatdan keçirilməsini cavabdeh öz öhdəsinə götürür; 2) İddiaçı isə iddia ərizəsi ilə cavabdehə qarşı olan iş üzrə iddia tələbindən tam imtina edir; 3) Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birlərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər; 4) Barışıq sazişinin şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək; 5) Bu Barışıq sazişi məhkəmə iclas protokoluna qeyd edilməklə məhkəmə qərardadı ilə təsdiq edilir; 6) Bu Barışıq sazişi üç nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə hər bir tərəfdə bir nüsxə qalmaq şərti ilə. İddiaçı cavabdeh X1rşı “əmək müqaviləsinə xitam verilmə səbəbinin dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar