Məhkəmə qərarları › İş №2(006)-6166/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6166/2020

03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6166/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktların təsdiqinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktların təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14-cü notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1989-cu il tarixli etibarnamənin təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən evin ona məxsus faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizəçi tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən halları isə iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmçinin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, ərizənin verilməsi zamanı MPM-in tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktların təsdiqinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar