Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-626/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh QSCnin mühafizəçi işinə qəbul edilmiş və iddiaçı ilə xx.xx.2021-ci il tarixli, 006/21 saylı əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqı 555.43 manat təşkil etmişdir. Cavabdeh QSCnin direktoru Kamran Məmmədovanın imzaladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu təqdim edilmiş və iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 006/21 saylı əmək müqaviləsinə xx.xx.2024- cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçı xəbərdarlıq məktubuna "Xəbərdarlığı qəbul etmirəm” sözünü yazmışdır. Bundan sonra isə, yəni Cavabdeh QSC-nin rəhbərinin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı işdən çıxarılmışdır. Lakin, işdən çıxarılmağının səbəbi iddiaçıya məlum deyildir və iddiaçıya işdən çıxarılma barədə əmr təqdim edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh QSC-nin rəhbərinə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətinin və işdən azad edilməyi barədə əmrin surətini təqdim edilməsini xahiş etmişdir. Lakin cavabdeh əmrin surətini iddiaçıya təqdim etsə də, əmək müqaviləsinin müqaviləsinin surətini təqdim etməmişdir. İddiaçı hesab edir ki, işdən qanunsuz olaraq azad edilmişdir. İddiaçı Cavabdeh QSC-nin nümayəndəsi ilə birlikdə X2 mediatorluğunda mediasiya sessiyasında iştirak etmiş, buna dair iddiaçıya xx.xx.2022-ci il tarixli İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı mediasiya sessiyasında iştiraka görə Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına 60 manat haqq ödəmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq işdən çıxarılmış və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əmək hüququ və yaşamaq hüququ pozulmuşdur. Hesab edir ki, Cavabdeh QSC-nin rəhbərinin xx.xx.2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçının əmək hüquqları təmin edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh QSC-nin rəhbərinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunmağı barədə Cavabdeh QSC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin istifadə olunmamış məzuniyyət haqlarının hesablanıb cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh QSC iddia ərizəsinə qarşı etirazını izahat formasında təqdim edərək, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən öncə qanuna müvafiq əmək məcəlləsinin tələblərinə uyğun öncədən xəbərdarlıq edilmiş, lakin iddiaçının özünün qeyd etdiyi kimi xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Digər tərəfdən, iddiaçını işdən azad etməmişdən öncə xx.xx.2024-cü il ona qanunvericiliyi izah edib və xəbərdarlığı özünə oxutdurub imzalamağı bildirmişlər, lakin xəbərdarlığın nə ilə bağlı olduğunu bilib anlaqlı şəkildə imzalamaqdan boyun qaçırmışdır. Etdiyi əməli həmin xəbərdarlığın alt hissəsinə öz sözləri ilə yazıb qeyd etmişdir ki, xəbərdarlığı qəbul etmirəm. Tərəflərindən həmin sənədin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya işdən azad olunma əmrinin surətini təqdim edib həmin sənədin aşağısına öz sözləri ilə sənədin surətinin qəbul etdim sözləri yazdırmışlar. Həmin sənədin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. Əmək müqaviləsi işəgötürən ilə işçi arasında əmək müqaviləsi bağlanan zaman təqdim edilmişdir. Lakin təkrar olaraq əmək müqaviləsinin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. İşəgötürən ilə işçi arasında bağlanan əmək müqaviləsi qanunvericiliyin tələblərinə, Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 Avqust 2024-cü il tarixdə xitam verilmiş, işçiyə 38.46 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hüquq normasının hazırkı işlə bağlı iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı istinad etmiş olduğu Əmək məcəlləsinin 69-cu maddəsi Əmək müqaviləsinin işçi tərəfindən pozulması qaydasından bəhs edir. Lakin iddiaçı iddia ərizəsini tərtib edərkən hüquq normalarını, yəni əmək müqaviləsinin 69-cu maddəsinin 1-ci bəndini öz xeyrinə dəyişərək bu cür qeyd etmişdir - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürənin yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edilə bilər. Əslində isə 69-cu maddənin 1-ci bəndi qanunvericilikdə belə yazılmışdır işçi bir təqvim ayı əvvəlcədən işə götürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edilənlərdən göründüyü kimi işçi İddiaçı Elburus oğlunun hüquqları pozulmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh müəssisədə rəsmi olaraq 2021-2024-cü illər tarixində işləmiş, 2018-ci ildən 2021-ci ilə qədər isə qeyri-rəsmi olaraq həmin iş yerində çalışmış, heç vaxt məzuniyyətə çıxmamışdır. Ona bir sənəd imzalatmışdılar ki, onu nə haqqında olduğunu bilmirdi. İşlədiyi müddətdə fəaliyyətində heç bir nöqsan bildirilmədiyi halda onu əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad etmişdilər. Odur ki, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, əlavə suallara cavab olaraq isə cavabdeh müəssisədə rəsmi olaraq 3 il işlədiyini, 2018-ci ildə cavabdehlə müqavilə bağlamadığını bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı işdən çıxarılmazdan əvvəl ona xəbərdarlıq edilmişdir, bu, iş materiallarında da öz əksini tapır. Burada heç bir qanun pozuntusu olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə əmək müqaviləsinin müddətli bağlandığını, müəssisədə bütün işçilərlə müqavilələrin müddətli bağlandığını, işdən çıxarma barədə əmrin 05 avqust 2024-cü il tarixində verildiyini bildirmişdir. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh QSC-də xx.xx.2021-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında aylıq əmək haqqının məbləği 555.43 manat müəyyən edilməklə xx.xx.2022-ci il tarixədək müddətə “mühafizəçi” vəzifəsinə işə qəbul edilmişdir. 9.Mülki işin materiallarında olan Cavabdeh QSC tərəfindən mühafizəçi vəzifəsində çalışan İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onunla xx.xx.2021-ci il tarixdə 006/21 saylı əmək müqaviləsinə əsasən 03 ay müddətinə bağlanmış olan müddətli əmək müqaviləsinə əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış olunması nəzərə alınaraq həmin müqavilənin 9.1-ci bəndinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndini rəhbər tutaraq (əmək müqaviləsinin qurtarması ilə əlaqədar olaraq) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir (“xx.xx.2024-cü il tarixində xəbərdarlığı qəbul etmirəm” qeydi qeyd edilmişdir). 10.Mülki işin materiallarında olan Cavabdeh QSC tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AMC-008-X/24 nömrəli Əmrə əsasən əsas iş yeri mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) 05 avqust 2024-cü il tarixdən xitam verilməsi, işçiyə “38.46” təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulmuş, əsas kimi İddiaçı xx.xx.2021-ci il tarixli, 006/21 saylı əmək müqaviləsi və işçiyə təqdim edilmiş 01 avqust 2024-cü il tarixli xəbərdarlıq qeyd edilmişdir (“xx.xx.2024-cü il tarixində sənədin surətini qəbul etdim” qeydi qeyd edilmişdir). 11.Mülki işin materiallarında olan Cavabdeh QSC-yə iddiaçı L.Kamal tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı işdən çıxarılma səbəbinin ona məlum olmadığını və işdən çıxarılma barədə əmrin, eləcə də əmək müqaviləsinin təqdim edilmədiyini bildirərək, əmək müqaviləsi və işdən azad edilməyi barədə əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. 12.Mülki işin materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00640 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin cavabdehin nümayəndəsi prosesin davam etdirilməsinə razılıq verməmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı L.Kamal tərəfindən Mediasiya təşkilatına 60 manat məbləğində xərc ödənilmişdir. 14.Mülki işin materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006/21 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq müddətli olaraq xx.xx.2021-ci il tarixədək 03 ay müddətinə mühafizəçi olaraq işə qəbul edilmişdir. 15.Mülki işin materiallarında olan iddiaçı tərəfindən Cavabdeh QSC-nin direktoruna ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəyə əsasən iddiaçı ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər məzuniyyətə çıxmağına və məzuniyyət ödənişini əmək haqqı ilə birlikdə almağına icazə verilməsini xahiş etmiş, həmin tarixli əmrə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 30 gün təqvim günü müddətinə, 2021/2022-ci iş ili üçün 21 təqvim günü və 2022/2023-cü iş ili üçün 9 təqvim günləri üzrə qismən əmək məzuniyyətinə buraxılması nəzərdə tutulmuşdur. 16.Mülki işin materiallarına həmçinin, ödəniş kartı üzrə çıxarış, iş vaxtının tabelləri, əmək haqqı cədvəlləri əlavə edilmişdir. 17.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2025-ci il tarixli, 9/1953 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat prosesinin hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Cavabdeh QSC-də işlədiyi dövrdə məzuniyyət haqqının və son haqq-hesabının hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək haqqı kart hesabına köçürüldüyü müəyyən olunur. 18.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, 9/1953 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2018-ci il tarixdən cavabdeh müəssisədə mühafizəçi olaraq çalışmış, 03 may 2021-ci il tarixdə tərəflər arasında bağlanılmış 006/21 saylı müddətli əmək müqaviləsinə əsasən iddiaçı rəsmi olaraq 03 ay müddətinə, xx.xx.2021-ci il tarixədək bağlanılmış, daha sonra iddiaçıya xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilərək xx.xx.2024-cü il tarixli, AMC-008-X/24 nömrəli Əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. 20.Hazırda iddiaçı cavabdeh tərəfindən verilən xx.xx.2024-cü il tarixli, AMC-008- X/24 nömrəli “əmək müqaviləsinə xitam verilməsi”nə dair Əmrin qanunsuz olduğunu iddia edərək, həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, eləcə də istifadə olunmamış məzuniyyət haqlarının hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə “əmək müqaviləsinə xitam verilməsi”nə dair Əmrin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini bildirərək, iddiaçının iddiasının əsassız olduğundan rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Azərbaycan Respublikası Konstitusiyasının: 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 22.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 23.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 24.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. 25.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 006/21 nömrəli Əmək Müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. 26.Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə 3 ay müddətinə bağlanmışdır. 27.Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər 28.Məhkəmə qeyd edilənlərdən çıxış edərək ilk növbədə iddia tələbinin “xx.xx.2024cü il tarixli, AMC-008-X/24 nömrəli əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin hissədə tələbi əsassızdır. 29.Belə ki, işin araşdırılan və müəyyən edilən hallarına əsasən tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitməli olmasına baxmayaraq, sonradan həmin əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən qanunla ona verilmiş səlahiyyət əsasında Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq uzadılmış, son olaraq tərəflər arasında yaranmış əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olma müddəti üzrə xx.xx.2024-cü il qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən müqaviləyə iddiaçıya edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq əsasında növbəti iş günü, yəni xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. 30.Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətlərinin əsası “müqavilə azadlığı” prinsipinə söykənir. İşəgötürən və işçi əmək münasibətlərinə daxil olduqda, onların məzmununu – əmək şəraiti, vəzifə və öhdəlikləri, hüquqları və, vacib məqamlardan biri olaraq, müqavilənin müddətini – özləri müəyyənləşdirirlər. Əmək qanunvericiliyi açıq şəkildə həm müddətsiz, həm də müəyyən müddətli müqavilələrin bağlanmasını nəzərdə tutur və bunlardan birinin seçilməsi işəgötürənin idarəetmə və təşkilati səlahiyyətinin bir hissəsidir. 31.Göründüyü kimi işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə qabaqcadan iddiaçını xəbərdar etməklə xitam verilməsi qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlilləri, yəni onun tərəfindən xəbərdarlıq məktubuna qəbul etmirəm sözlərinin yazılması, onun işdən çıxarılma səbəbinin ona məlum olmaması və s. əsassız hesab edir, belə ki, tərəflər arasında müqavilə bağlandığı zaman tam iradə sərbəstliyi əsasında bağlanmış və müqaviləni imzaladığı andan iddiaçıya onunla əmək münasibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən məlum olmuşdur. Belə ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətli bağlanıldığı göstərilmiş və iddiaçı həmin əmək müqaviləsini imzalamışdır. Beləliklə də, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2024-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir. 32.Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissələrinə münasibətdə qeyd edir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir. 33.Məhkəmə daha sonra tələbin “istifadə olunmamış məzuniyyət haqlarının hesablanıb ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı iddia tələbi üzrə işlədiyi müddət ərzində heç vaxt məzuniyyətə çıxmadığını iddia edərək istifadə edilməmiş məzuniyyət haqlarının ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya işdən çıxdığı zaman son haqq-hesabının cavabdeh tərəfindən düzgün hesablanıb-hesablanmadığının, hesablanmadığı təqdirdə həmin məbləğin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, təqdim edilən 17 iyul 2025-ci il tarixli, 9/1953 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövrdə məzuniyyət haqqı və son haqq-hesabının hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək haqqı kart hesabına köçürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsi). Odur ki, məhkəmə hazırki iş üzrə ekspert rəyinin mötəbərliliyini şübhə altına salan hansısa bir hal müəyyən edilmədiyi üçün həmin rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edir. 34.Daha sonra məhkəmə “60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi”nə münasibətdə isə qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi). Hazırki iş üzrə iddia tələbi bütövlükdə rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. 35.Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 36.Həmçinin, iddia tələbi rədd edildiyindən iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. 37.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-626/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-626/2025
09.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver