Məhkəmə qərarları › İş №2(006)-63/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-63/2023

11.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-63/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, ilkin iddia üzrə İddiaçı1, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzillərin natura qaydasında bölünməsi, mümkün olmadıqda isə açıq hərracdan satılması” tələbinə dair iddia ərisəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzillərin natura qaydasında bölünməsi, mümkün olmadıqda isə açıq hərracdan satılması” tələbinə dair iddia ərisəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ev 48-də yerləşən 71 nömrəli mənzilin və eləcə də ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakların məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 48 saylı evin 71 saylı mənzili və Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı küçəsi 4 saylı ev 1/3 hissədə paylara uyğun olaraq natura qaydasında bölünməsi, bu mümkün olmadığı təqdirdə mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı1 (eyni zamanda İddiaçı2 nümayəndəsi) məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 hər ikisinə birlikdə olaraq ümumi məbləğ 50000 (əlli min) manat pul verir. Bundan başqa və Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı küçəsi 4 saylı evin iddiaçı Cavabdeh 1/3 hissəsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə xüsusi mülkiyyətindən imtina edir.

2. Bunun qarşılığında cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48-də yerləşən 71 nömrəli mənzilin 1/3 hissədə paylarından, (yəni həmin mənzil üzrə hər iki cavabdeh İddiaçı1 və İddiaçı2 bütünlükdə həmin mənzildən) Cavabdeh xeyrinə imtina edirlər.

3. Bununla da Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı heç bir şikayəti və tələbi olmayacaqdır.

4. Eyni zamanda, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı hər iki mənzillə bağlı heç bir şikayəti və tələbi olmayacaqdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzillərin natura qaydasında bölünməsi, mümkün olmadıqda isə açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə tərəflər – üzrə iddiaçı Cavabdeh və cavabdehlər İddiaçı1 və İddiaçı2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 hər ikisinə birlikdə olaraq ümumi məbləğ 50000 (əlli min) manat pul verir. Bundan başqa və Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı küçəsi 4 saylı evin iddiaçı Cavabdeh 1/3 hissəsindən cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə xüsusi mülkiyyətindən imtina edir.

2. Bunun qarşılığında cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinin xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48-də yerləşən 71 nömrəli mənzilin 1/3 hissədə paylarından, (yəni həmin mənzil üzrə hər iki cavabdeh İddiaçı1 və İddiaçı2 bütünlükdə həmin mənzildən) Cavabdeh xeyrinə imtina edirlər.

3. Bununla da Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı heç bir şikayəti və tələbi olmayacaqdır.

4. Eyni zamanda, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı hər iki mənzillə bağlı heç bir şikayəti və tələbi olmayacaqdır.

İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzillərin natura qaydasında bölünməsi, mümkün olmadıqda isə açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar