Məhkəmə qərarları › İş №2(006)-634/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-634/2024

08.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-634/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızının Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13500 (on üç min beş yüz) manat məbləğində vurulmuş zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2000 (iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti ilə baglı xx.xx.2021-ci ildə "xxxx" MMCnin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. İş fəaliyyətinə başladığı bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdirməyini, iş vaxti avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmağını, sonra isə evə geri gətirməyini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyətiylə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin ona yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyatı orqana şikayətlər etmiş və Əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən işdən azad olunmağım barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin № 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-iX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, Hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X15 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin, məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləm Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2022-ci ildə çıxsa da indiyədək icra olunmumamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMCdə işə bərpa olunduğunu öyrənsə də, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmışdır. Orada ona hədəqorxu gəlmiş, problemlər yaradaçağını və burada işləməyinin mümkün olmayacağını bildirmişdirlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparıldı və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Məzuniyyət haqqı ödənilməməsi və 2 ay 11 gün gecikən əmək haqqının ödənilməməsi ilə bağlı cavabdeh qurum 2 dəfə cərimələnmişdir. Sözügedən məktub ona təqdim edilən kimi iş materiallarına əlavə ediləcəkdir. Cavabdehin xx.xx.2023cü il tarixli, 52/K-A nömrəli xitam əmrinin ləğv edilməsi və digər tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatında cavabdeh xx.xx.2023-cü il tarixdə onu işə bərpa etdiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-3492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2023cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bütün bu hadisələrdən dərs çıxarmayan cavabdeh 3-cü dəfə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə onu işdən azad etmişdir. xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrlə əmək müqaviləmə xitam verilmişdir. Bu dəfə də cavabdehin verdiyi əmr kobud hüquq pozuntuları ilə müşayiət edilmişdir. Sonradan Nəsimi rayon Məhkəməsinə 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməyə izah verilməsinə dair mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən ərizə daxil olmuş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadı ilə (hakim Əfsanə Heydərova) cavabdeh "xxxx" MMC- nin qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə şikayətlə müraciət olunaraq Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4705/2021 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) şikayət təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün- xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cü il tarixədək müddət üçün ona əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəfindən şikayət verilsə də Nəsimi rayon Məhkəməsinin 2(006)- 4705/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ciil tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. Həmin qərardaddan tərəflərindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir: "Göründüyü kimi, əmək qanunvericiliyi məhkəmə qətnaməsi ilə məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı ilə işçiyə dəymiş zərəri fərqləndirir. Zərərin ödənilməsi ilə bağlı işçinin iddiası olduğu təqdirdə məhkəmə qətnamə çıxarır. Həmin zərərə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı da aid edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək yalnız məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir, iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra işləmədiyi müddətin orta əmək haqqının zərər kimi cavabdehdən tutulması ilə bağlı isə qətnamə qəbul edilməmişdir." Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında da vurulmuş zərərlə bağlı ayrı iddia qaldırılmalı olduğu qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdehin qanunsuz əməlləri nəticəsində işsiz qalmış və zərərə məruz qalmışdır. Həmin tarixlər üçün yığılmış əmək haqqının məbləği 13500 (on üç min beş yüz) manatdır. Həmin məbləğ cavabdeh tərəfindən ona vurulan ziyandır. Sonradan, cavabdehlər Buta Traidinq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin vəkili Vəkil etiraz ilə məhkəməyə müraciət etmişdirlər. Etiraz onunla əsaslandırılmışlar ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 13500 manat məbləğində vurulmuş zərərin, 2000 manat məzuniyyət pulunun və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbləri tamamilə əsassızdır. Belə ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin əmrinin mübahisələndirilməsi ilə bağlı tələbi məhkəmədə baxılmış və qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə görə onun işə bərpa tələbi ilə bağlı məhkəmə prosesi əsassız olaraq 2 ilə yaxın müddətə uzadılmış və həmin müddətdə iddiaçı işsiz qalmışdır. Bununla bağlı bildirmək istəyirlər ki, iddiaçı özü də əmək müqaviləsinin iştirakçısı kimi bilirdi ki onunla bağlanılmış əmək müqaviləsi müddətlidir və işə bərpa olunması mümkün olacağı təqdirdə də onunla bağlanacaq əmək müqaviləsinin müddəti qısa zaman sonra bitəcəkdi, əlavə olaraq apelyasiya və kassasiya şikayəti vermək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır, tərəflər iddia üzrə tələbin təmin edilib-edilməməsi, apellyasiya və kassasiya şikayətlərinin təmin edilib-edilməməsini əvvəlcədən bilə bilməzlər və tərəflərin məhkəmə qərarından apelyasiya və kassasiya şikayəti verməsi onların qarşı tərəfə zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd etmək istəyirlər ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinin getdiyi zaman iddiaçının qüvvədə olan əmək müqaviləsi mövcud deyildi və o rahatlıqla digər bir işəgötürənlə əmək münasibətlərinə girə bilərdi. İddiaçı həmçinin 2 illik müddət üçün məzuniyyət pulunun ödənilməsi tələbini də irəli sürmüşdür. Bununla bağlı bildirmək istəyirlər ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən cavabdeh tərəfindən iddiaçıya buraxılmış əmək haqqı və müvafiq olaraq hesablanmış məzuniyyət pulu onunla son haqq hesab aparılarkən nəzərə alınmış və iddiaçının hesabına köçürülmüşdür. Nəticə etibarilə iddiaçının hazırkı iddia ərizəsində irəli sürmüş olduğu tələb “vurulmuş zərər” kimi qeyd olunsa da, bir mənalı şəkildə faktiki olaraq buraxılmış əmək haqqıdır və iddiaçının bu tələbinə başqa məhkəmə işində baxılmış və həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə ki, iddiaçı cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında yalnız müqavilə müddəti olaraq müəyyən edilmiş üç aylıq müddət ərzində ödənilməli olan əmək haqqından məhrum olmuş və həmin vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı üç aylıq müddət ərzində əsassız olaraq işsiz qalması səbəbindən cavabdehdən həmin müddət ərzində məcburi olaraq çəkmiş olduğu digər xərcləri (işsiz qaldığı üçün götürmüş olduğu kredit vəsaitini, məhkəmə iclaslarına gəlmək üçün çəkmiş olduğu nəqliyyat xərclərini, hüquqi yardım üçün ödənilmiş xidmət haqlarını və s. bu qəbildən olan xərclər) çəkdiyini sübut etmiş olsaydı həmin vəsaitləri vurulmuş zərər tələbi əsasında irəli sürə bilərdi. Halbuki iddiaçının hazırkı iddia ərizəsində irəli sürmüş olduğu tələblərin heç biri vurulmuş zərər deyil, buraxılmış əmək haqqı və ona birbaşa bağlı digər tələblərdir ki, həmin iddia tələblərinə əvvəlki məhkəmə işlərində baxılaraq hüquqi qiymət verilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddia tələbi əsassız olduğundan İddiaçı Cavabdeh MMCyə qarşı 13500 manat məbləğində vurulmuş zərərin, 2000 manat məzuniyyət pulunun və dövlət rüsumu üçün ödənilmiş 136.90 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, 17942 (on yeddi min doqquz yüz qırx iki) manat məbləğində vurulmuş maddi zərər, 15000 (on beş min) manat məbləğində mənəvi zərər, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2000 (iki min) manat və dövlət rüsumu üçün ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində pulun Cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin qanunsuz əməllərinə görə səbəb olduğu məhkəmə mübahisələrinə görə onun əlavə xərcləri də olmuşdur. Belə ki, bu məhkəmə mübahisələri zamanı onun yol xərci, poçt xərci, kağız və çap işlərinə görə xərc, vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc, telefon danışıqları üçün xərclər də düşünür ki, cavabdehdən tələb edilməlidir. Eyni zamanda bildirmək istərdir ki, "xxxx" MMC tərəfindən onun əmək müqaviləsi saxtalaşdırıldığı üçün bununla bağlı Nəsimi rayon Polis İdarəsinə və müvafiq Prokurorluğa müraciət etmişdir. Göründüyü kimi bütün bu hüquq mübahisələri zamanı onun kifayət qədər əlavə xərcləri olmuşdur. Belə ki, vəkillər və atası üçün verdiyi etibarnamələr, poçt xərcləri ilə bağlı müəyyən qəbzləri saxlasa da yol xərci və telefon danışıqları üçün edilən xərclərin qəbzlərini saxlamaq mümkün olmamışdır. Əlavə xərclərin siyahısı aşağıdakılardır: 1. Yol xərci- 2500 manat; 2. Poçt xərci- 600 manat; 3. Telefon danışıqları xərci- 700 manat; 4. Vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc- 42 manat; 5. Kağız və çap işlərinə görə xərc- 600 manat. Bununla yanaşı bildirmək istəyir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 4 ilə yaxın müddətdir ki, yollardadır və mənəəvi zərərə məruz qalmıdır. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onsa mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Bütün bu proseslərin içində onunla yanaşı mübarizə aparan atası Vəlizadə Tahir xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, atasının vəfat etməsinin əsas səbəbi cavabdehin qanunsuz əməlləri nəticəsində dərin stres və mənəvi sarsıntı keçirməsidir. Atasının hər dəfə ona dediyi "hələ mən həyattayam bunlar belə edirlər mən olmasam Allah bilir nələr edərlər" cümlələr onun məhz bu stres və mənəvi sarsıntıdan rəhmətə getməsinin göstəricisidir. İş materiallarında olan xx.xx.2023cü il tarixli X19 Xidmətinin verdiyi sənəd də bu nüansı bir daha təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixində o, atası və digər ailə üzvləriylə birgə "xxxx" MMC-də olmuş və MMC-nin rəhbərliyi və əməkdaşlarının onlarla saymazyana danışması və hədə qorxu gəlməsi nəticəsində atası özünü pis hiss etmiş və onlar məcbur qalıb X19 çağırmışdırlar. Ona dəyən mənəvi zərərin həcmi 15000 (on beş min) manatdır. Əvvəlki məhkəmə iclasında iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X14 izahat verərək bildirdi ki, hazırki işlə bağlı AR ƏƏSM X10 Xidməti deyil, Dövlət Sosial Müdafiə Fondu ilə Vergilər İdarəsi 3-cü şəxs kimi cəlb edilməlidirlər. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən qismində Cavabdeh MMC ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay, aylıq əmək haqqı 549,16 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli, AR-İİ seriyalı, 401836 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən vəkil X6 etibarnamə verilmiş və 11,5 manat haqq tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli, AR-İİ seriyalı, 672442 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən X3 etibarnamə verilmiş və 11,5 manat haqq tutulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5682/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Mərkəzi X4 Şöbəsinin xx.xx.2023-cü il tarixli siqnal vərəqəsinin surətindən görünür ki, X3 “arterial hipertenziya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli, AR-İİ seriyalı, 918309 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən vəkil X11 etibarnamə verilmiş və 17,25 manat haqq tutulmuşdur. İş materiallarında olan İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, vətəndaş İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtardığı halda xx.xx.2023cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verildiyindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X1 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdeh "xxxx" MMC-nin qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsininin "ona məcburi işburaxma müddəti üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadından verdiyi şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(006)- 4705/2021 saylı qərardadının dəyişdirilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi və vəkili X8 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadından verdiyi şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(006)-4705/2021 saylı qərardadının dəyişdirilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı "ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin" hissəsinin "ona məcburi işburaxma müddəti üçün - xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin" kimi izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 6689/2023 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün -xx.xx-2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin” kimi izah olunması qərara alınmış və bu qərardaddan verilmiş şikayət təmin edilməyərək, qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMCyə qarşı “məcburi işburaxma üçün əmək haqqı və sairə” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də insan resursları şöbəsinin kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, BT- İX-049 saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5682/2022 saylı qərarı əsasında xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı xitam əmri etibarsız hesab edilmiş, xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmiş, AR ƏƏSM Nazirliyi yanında DƏMX Bakı Şəhər İdarəsinin 17 iyul 2023-cü il tarixli, 3-17-5- 512-26228/2023 saylı qərarı əsasında xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli xitam əmri etibarsız hesab edilmiş, xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN №1291165 saylı qərarın surətindən görünür ki, Cavabdeh MMC-də X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətinin verilməsinə baxmayaraq, məzuniyyət haqqı xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verilmişdir. X2 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4989/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 61 manat, vurulmuş mənəvi zərərin əvəzi 15000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və sair qaimələr iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 195 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin "xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin "d" (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X13 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.” Bütün yuxarıda sadalanan məsələlər "xxxx" MMC-nin qanunsuz olaraq onun amək müqaviləsinə xitam verildiyini göstərir və nəticə olaraq ona zərər vurulduğunun təkzibedilməz dəlillərini təşkil edir. Etirazda qeyd edilmişdir: "qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən, cavabdeh tərəfindən iddiaçıya buraxılmış əmək haqqı və müvafiq olaraq hesablanmış məzuniyyət pulu onunla son haqq hesab aparılarkən nəzərə alınmış və iddiaçının hesabına köçürülmüşdür." Bununla bağlı bildirir ki, məhz hazırki iddianın predmeti vurulmuş zərərlə bağlıdır və cavabdehin təqsirli əməlləri nəticəsində iki ilə yaxın müddətdə işsiz qalmışdır və nəticə olaraq zərərə məruz qalmışdır. Bu qanunsuz əməllər nəticəsində eyni zamanda ona çatası olan məzuniyyət pulları da ödənilməmiş olaraq qalmaqdadır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymətləndirmə verməzdən əvvəl ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4705/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni quvvəsini almış qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə, iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı maddi ziyan tələbinin “xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il üçün yığılmış əmək haqqının məbləği, yəni 13500 manat” hissəsinin əsassızlığı ilə bağlı iki məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə görə onun işə bərpa tələbi ilə bağlı məhkəmə prosesi əsassız olaraq 2 ilə yaxın müddətə uzadılmış. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, ........, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Beləliklə məhkəmə qeyd edir ki, iş üzrə apelyasiya və kassasiya şikayətləri vermək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır və cavabdehin hüquqdan istifadə edərək məhkəmə qərarlarından apelyasiya və kassasiya şikayətləri verməsi iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızına zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz. İkincisi, iddiaçı tələbində qeyd edir ki, məhkəmə prosesi əsassız olaraq 2 ilə yaxın müddətə uzadıldığına görə iddiaçı işsiz qalmışdır. Məhkəmə bununla bağlı isə onu qeyd edir ki, Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı məhkəmə iclası zamanı bir çox yerə iş üçün müraciət etdiyini, lakin heç bir müəssisə tərəfindən işə qəbul edilmədiyini bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə vurulmuş maddi ziyanın ödənilməsi tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hüquq mübahisələri zamanı onun kifayət qədər əlavə xərcləri olduğunu bildirərək, əlavə olaraq Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən 4442 manat (yol xərci- 2500 manat; poçt xərci- 600 manat; telefon danışıqları xərci- 700 manat; vəkillər və atasına verdiyi etibarnamələr üçün xərc- 42 manat; kağız və çap işlərinə görə xərc- 600 manat) tələb etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı, yol, telefon danışıqları və kağız və çap işlərinə görə xərcləri ilə bağlı qəbzləri, yəni hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, iddia bu hissələrdə rədd edilməlidir. Daha sonra məhkəmə, iş materiallarına əlavə edilmiş poçt xərcləri ilə bağlı qəbzləri bir-bir tədqiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı fərqli müəssisələrə və dövlət orqanlarına müraciət edərək, sadəcə Azərbaycan Respublikası ilə müəyyən edilmiş hüququndan istifadə etmişdir. (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.) Həmin qəbzlər hazırki mülki iş üzrə sübut kimi dəyərləndirilə bilməz. Məhkəmə iddiaçının vəkillər və atasına verdiyi etibarnamələr üçün 42 manat məbləğində xərcləri ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələri ilə Vəlı̇ yeva Elnurə Tahı̇ r qızının iddiası qismən təmin edildiyindən, o, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən alınıb xeyrinə ödənilməsi hüququna malikdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edildiyindən, iddia bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən 2022-ci ildə atası X3 verdiyi etibarnamə üzrə 11,5 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının “xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək düşən məzuniyyət haqqı 2000 (iki min) manat” tələbi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan, yuxarıda qeyd olunmuş Nəsimi Rayon Məhkəməsinin qətnamələri ilə cavabdeh tərəfindən iddiaçıya buraxılmış əmək haqqı və müvafiq olaraq hesablanmış məzuniyyət pulunun ona ödənilməsi qət edilmişdir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında yalnız müqavilə müddəti olaraq müəyyən edilmiş üç aylıq müddət ərzində ödənilməli olan əmək haqqından məhrum olmuş və həmin vəsaitlərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məsələləri artıq məhkəmənin qanuni qüvvəsini almış qətnamələri ilə həll edilmişdirlər. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona düşən məzuniyyət haqqını tələb edərkən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız olaraq 2 ilə yaxın müddətə işsiz qaldığına əsaslansa da, iş üçün müraciətlər etdiyini, lakin heç bir müəssisə tərəfindən işə qəbul edilmədiyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iddianın vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hazırki işdə Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı əvvəl işlədiyi Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı iddia qaldıraraq mənəvi zərərə görə kompensasiya tələb etmişdir. İddiasını isə onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 4 ilə yaxın müddətdir ki, yollardadır, məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bütün bu proseslərin içində onunla yanaşı mübarizə aparan atası Vəlizadə Tahir xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, atasının vəfat etməsinin əsas səbəbi cavabdehin qanunsuz əməlləri nəticəsində dərin stres və mənəvi sarsıntı keçirməsidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə vurulmuş mənəvi zərərin əvəzi 500 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4989/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə vurulmuş mənəvi zərərin əvəzi 15000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiasının isə rədd edilməsi qət edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş qanuni qüvvəyə minmiş qətnamələr həmin vaxta qədər mövcud olmuş maddi zərər tələblərin həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Bu halda, iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Beləliklə məhkəmə sonda qeyd edir ki, iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(006)- 3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrin qanuni qüvvəyə mindikdən sonra ona vurulmuş zərərin nədən ibarət olduğu barədə sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, nümayəndənin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 11,5 manat məbləğində pul Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən tutularaq iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızının xeyrinə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddianın qaldırılması üçün ödədiyi 195 manat dövlət rüsumunun 0,06 manatı cavabdehdən onun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən nümayəndənin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 11,5 (on bir manat, əlli qəpik) manat məbləğində pul və 0,06 (altı qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq iddiaçı Vəlı̇ yeva Elnurə Tahı̇ r qızının xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar