Məhkəmə qərarları › İş №2(006)-6369/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6369/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6369/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “pul və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən əsas borc olaraq 64.064,70 ABŞ dolları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən hesablanmış faiz borcu olaraq 13.500 ABŞ dolları, cəmi isə 77.564,70 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin 08.12.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 08.12.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC bu Sazişi imzalamaqla təsdiq edirlər ki, İddiaçı əsas borc üzrə 55.830 ABŞ dolları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən hesablanmış faiz borcu üzrə 13.500 ABŞ dolları olmaqla, cəmi 69.330 ABŞ dolları məbləğində borcları vardır, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC öz öhdələrinə götürürlər ki, 55.830 ABŞ dolları məbləğində borcu 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 12-dək, (ilkin ödəniş 12 yanvar 2022-ci ilədək ödənilməsi şərtilə) aylıq minimum 2.000 manat olmaqla 18 ay müddətində İddiaçı ödəyəcəklər, Cavabdeh1 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 58,8 kv.m olan qeyri-yaşayış sahəsini (hazırda Zəfəran Aptek qismində fəaliyyət göstərir) 69.330 ABŞ dolları məbləğində borcun təminatı olaraq İddiaçı xeyrinə 31 dekabr 2021 -ci ilədək ipoteka ilə yüklü etməyi öz öhdəsinə götürür, Cavabdeh1 və "xxxx" MMC hazırki barışıq sazişi üzrə öz üzərlərinə götürdükləri 55.830 ABŞ dolları məbləğində əsas borcu tam və vaxtında İddiaçı ödədikləri təqdirdə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən əsas borca hesablanmış 13.500 ABŞ dolları məbləğində faiz borcundan imtina etməyi öz üzərinə götürür, hazırki barışıq sazişi tam və vaxtında icra olunmadıqda və ya icrası Cavabdeh1 və "xxxx" MMC tərəfindən gecikdirildikdə, barışıq sazişinin şərtləri pozulduqda 55.830 ABŞ dolları məbləğində əsas borcla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən hesablanmış 13.500 ABŞ dolları məbləğində faiz borcunu da İddiaçı ödəməyi öz öhdələrinə götürürlər, tərəflər yuxarıda qeyd olunan məsələlər barədə gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə mübahisələndirilə bilməz, tərəflər hazırkı 08 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər, tərəflər hazırkı 08 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar, tərəflər razılığa gəlirlər ki, barışıq sazişi tam və vaxtında icra edilmədikdə, şərtləri cavabdeh tərəfindən pozulduğu halda, iddiaçının həmin saziş üzrə qəbul edilən məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul və s. tələbi”nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 08.12.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1) Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC bu Sazişi imzalamaqla təsdiq edirlər ki, İddiaçı əsas borc üzrə 55.830 ABŞ dolları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən hesablanmış faiz borcu üzrə 13.500 ABŞ dolları olmaqla, cəmi 69.330 ABŞ dolları məbləğində borcları vardır; 2) Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC öz öhdələrinə götürürlər ki, 55.830 ABŞ dolları məbləğində borcu 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 12-dək, (ilkin ödəniş 12 yanvar 2022-ci ilədək ödənilməsi şərtilə) aylıq minimum 2.000 manat olmaqla 18 ay müddətində İddiaçı ödəyəcəklər; 3) Cavabdeh1 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 58,8 kv.m olan qeyriyaşayış sahəsini (hazırda Zəfəran Aptek qismində fəaliyyət göstərir) 69.330 ABŞ dolları məbləğində borcun təminatı olaraq İddiaçı xeyrinə 31 dekabr 2021 -ci ilədək ipoteka ilə yüklü etməyi öz öhdəsinə götürür; 4) Cavabdeh1 və "xxxx" MMC hazırki barışıq sazişi üzrə öz üzərlərinə götürdükləri 55.830 ABŞ dolları məbləğində əsas borcu tam və vaxtında İddiaçı ödədikləri təqdirdə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən əsas borca hesablanmış 13.500 ABŞ dolları məbləğində faiz borcundan imtina etməyi öz üzərinə götürür; 5) Hazırki barışıq sazişi tam və vaxtında icra olunmadıqda və ya icrası Cavabdeh1 və "xxxx" MMC tərəfindən gecikdirildikdə, barışıq sazişinin şərtləri pozulduqda 55.830 ABŞ dolları məbləğində əsas borcla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsasən hesablanmış 13.500 ABŞ dolları məbləğində faiz borcunu da İddiaçı ödəməyi öz öhdələrinə götürürlər; 6) Tərəflər yuxarıda qeyd olunan məsələlər barədə gələcəkdə heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə mübahisələndirilə bilməz; 7) Tərəflər hazırkı 08 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər; 8) Tərəflər hazırkı 08 dekabr 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar; 9) Tərəflər razılığa gəlirlər ki, barışıq sazişi tam və vaxtında icra edilmədikdə, şərtləri cavabdeh tərəfindən pozulduğu halda, iddiaçının həmin saziş üzrə qəbul edilən məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etmək hüququ vardır. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “pul və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar