Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6409/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən evi, 1988-ci ildə Ermənistan Respublikasından köçərkən, dəyişdirilmə yolu ilə almışdır. Bununla bağlı 13.05.1993-cü il tarixdə 30/12201 saylı qeydiyyat şəhadətnaməsi əldə etmişdir. Həmin tarixdən etibarən həmin mənzil onun xüsusi mülkiyyətindədir. 08.01.1998-ci il tarixdən Cavabdeh Haşim qızı qeyd etdiyi ünvanda qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh Haşim qızı arasında olan nikah pozulmuşdur. Əvvəla qeyd etmək istəyir ki, o cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onun qarşısında heç bir öhdəliyi yoxdur ki, onun xüsusi mülkiyyətində olan evində qeydiyyatda qalmasına razılaşmışdır. Üçüncüsü cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənili ipoteka ilə yüklü etmək istədikdə, özgəninkiləşdirmək istədikdə, cavabdehdən notarial qaydada razılığın alınması onun üçün əlavə çətinliklər yarada bilər. Yuxarıda qeyd etdiyi səbəblərə görə cavabdehin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatından çıxarılması çox zəruridir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********* nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən verilmiş 19.08.2021-ci il tarixli arayış forma 2-dən görünür ki, ünvan 1 ünvanında yerləşın mənzil X4 oğlu tərəfindən özəlləşdirilmiş və X2 22.11.88-ci il tarixdən, X3 isə 08.01.98-ci il tarıxdən ünvan 1 ünvanında pasport qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-(006)2954/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, X2 ilə Cavabdeh arasında 17 may 1997-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında tarixdə 280 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X2 ilə Cavabdeh arasında 17 may 1997-ci il tarixdə bağlanmış və həmin vaxtdan cavabdeh mübahisəli mənzildə iddiaçı ilə yaşamış və birgə təsərrüfat aparmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdı. ünvan 1 ünvanında yerləşın mənzil cavabdehin adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Hazırda cavabdeh həmin mənzildə yaşamağa davan edir, iddiaçı isə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmasın xahiş edir, cavabdeh isə iddianı etiraf etmir, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər 17 may 1997-ci il tarixdə nikaha daxil olmuşlar və iddiaçı həmin tarixdə mübahisəli evə köçmüşdür. Ona görə də məhkəmə hesab edir ki, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığı üçün 8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (8 iyul 1982-ci il tarixli) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6409/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6409/2021
29.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver