Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6423/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdir ki, o, daimi olaraq, ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayır. Ondan başqa, mənzildə onun anası Cavabdeh və bacısı yaşayır. Mülkün sahibi Cavabdeh. Son vaxtlar, ailə mübahisəsi nəticəsində anası və bacısı onu yaşadığı evə buraxmırlar, onun istifadə hüququndan məhrum etməklə hədələyirlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 ərizə təqdim edərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(006)-972/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. 22.05.2021-ci il tarixdə qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunanları nəzərə alaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də iş üzrə icraata xitam verilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(006)-972/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi Rayonu Tbilisi prospekti 68 saylı evin, 32 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh İddiaçı Cavabdeh “evə köçürməyə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə cavabdeh İddiaçı Cavabdeh “evə köçürməyə dair” qarşılıqlı iddia ərizəsi rədd edilmişdi. Həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir, həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmədə yeni iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-cü eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4, 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6423/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6423/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver