Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-645/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh İddiaçı Hüseynağa qızına məxsus Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzilindən iddia ərizəsində sadalanan cehiz əşyalar ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2i rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39 126 saylı 2 otaqlı olan mənzil onun xüsusi mülkiyyətindədir. Oğlu, X5 2009-cu ilin iyun ayının 20-də Cavabdeh ilə nikaha daxil olmuşdur və o, da öz növbəsində ona məxsus ünvan 2i rayonu, 20 Yanvar küçəsində yerləşən, ev 39, 126 saylı 2 otaqlı olan mənzilini onların birgə yaşaması üçün müvəqqəti (öz hesablarına mənzil alınana qədər) istifadələrinə vermişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin №2(006)-2240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların nikahına xitam verilmiş və oğlu ona məxsus mənzildən köçüb getmişdir. Cavabdeh onlarla bütün münasibətləri kəsdiyinə görə onun cehiz əşyaları ilə birlikdə ona məxsus mənzildən çıxarılması qərarına gəlmişdir. Cehiz əşyaları aşağıdakılardan ibarətdir: yataq mebeli dəsti - 1 ədəd yataq, 1- ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa; qonaq otağı mebeli - 2 ədəd dolab və 1 divan; mətbəx mebeli, mətbəx masası, soyuducu və paltaryuyan maşın. Cavabdeh İddiaçı Hüseynağayevya qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- X3 və X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış sahəsindən istiladə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 20 iyun 2009-cu il tarixində İddiaçı Hüseynağa qızının oğlu X5 ilə rəsmi nikaha girmiş, nikahları Nəsimi rayon qeydiyyat şöbəsində bağlanılmış və 444 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 01 aprel 2010-cu ildə X3 və 30 noyabr 2013-cü ildə X4 doğulmuşdur. Nikahları sonradan xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2240/2024 saylı qətnaməsinə əsasən pozulmuş, 7 saylı X9 tərəfindən 13 oktyabr 2024-cü il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının təsdiq etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə uyğun olaraq tərəflər- (Cavabdeh və X5) nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqların-X3 və X1 ananın yanında saxlanılması və X2 hər bir uşaq üçün ayda 500 manat ananın xeyrinə aliment ödənilməsi, ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 minik” markalı avtomaşının 10 gün ərzində ananın istifadəsinə verilməsi ilə bağlı üzərlərinə öhdəlik götürmüşlər. Qeyd etmişdir ki, 20 iyun 2009-cu il tarixində nikah bağlanandan sonra o, cehiz əşyaları ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçmüş, yaşayış yeri üzrə rəsmi qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almış və həmin vaxtdan bu günə kimi bu mənzildə uşaqları ilə birgə yaşayır. Uşaqları da burada doğulmuş, yaşayış yeri üzrə qeydiyyata alınmaqla müvafiq şəxsiyyət vəsiqələri alınmış və hazırda onunla birgə yaşayırlar. Uşaqlar hazırda orta məktbdə təhsil alırlar. O, özü hazırda işləmir, adına hər hansı ev və ya mənzil yoxdur. İddiaçı Hüseynağa qızı burada qeydiyyatda olmuş olsa da, burada heç vaxt yaşamayıb, çünki onların bu mənzildən başqa 2 əlavə mənzilləri də vardır. Birində özləri yaşayır, digərini isə kirayəyə veriblər. Məhkəmədə İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilk iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 078172 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 4-cü mkr 20 Yanvar küçəsi 39 saylı evin 126 mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə 31 №li reyestr kitabında 4596 səhifədə qeydə alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə İddiaçı ailə üzvü X5 ilə rəsmi nikah qeyd etdirməklə ünvan 2i rayonu, 20 Yanvar küçəsində yerləşən 39 saylı mənzil ünvanına gəlin köçmüş, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-224/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, nikah pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, ilk öncə Cavabdeh həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmaması halı, onun əsasları və tətbiq ediləcək qanunvericilik normaları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Həmin Məcəllənin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra və eyni zamanda 2009-cu il oktyabrın 1dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh ilə İddiaçı arasında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamış, tərəflər aralarında hər hansı razılaşmanın olmadığını bildirmişlər. Beləliklə məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildə olan əmlakı çıxarılmalı, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdəiştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh məxsus yataq, qonaq və mətbəx mebelləri, mətbəx masası, soyuducu və paltaryuyandan ibarət əmlaklar ünvan 2i trayonu, 20 Yanvar küçəsi 39 saylı evin 126 saylı mənzilindən çıxarılmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. Cavabdeh məxsus yataq (1 ədəd yataq, 1 ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa), qonaq (2 ədəd dolab və 1 ədəd divan) və mətbəx mebelləri, mətbəx masası, soyuducu və paltaryuyandan ibarət əmlaklar ünvan 2i trayonu, 20 Yanvar küçəsi 39 saylı evin 126 saylı mənzilindən çıxarılsın. Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-645/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-645/2025
28.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver