Məhkəmə qərarları › İş №2(006)-647/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-647/2023

07.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-647/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasına dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və son haqq-hesabın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Həmin barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: “1. Cavabdeh iddiaçının iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 1.1. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 81 nömrəli, 01 iyun 2022-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2-ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 1.2. Cavabdeh iddiaçıya ödənilməmiş son haqq-hesaba görə cəmi 1483,45 AZN (bir min dörd yüz səksən üç manat, qırx beş qəpik) pul vəsaitini ödəyir.

2. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 81 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.

3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir.

4. Bu barışıq sazişinin 1-3-cü bəndindəki öhdəliklərin icrası ilə tərəflərin tələbləri tam təmin edilir, tərəflər bir-birlərinə qarşı vurulmuş maddi zərərin, məcburi iş buraxma müddəti üçün əmək haqqının, əmək münasibətləri ilə bağlı istənilən digər pul vəsaitinin ödənilməsi də daxil olmaqla hər hansı əlavə tələb(lər) irəli sürmürlər və gələcəkdə də müvafiq tələbləri irəli sürməyəcəklər.

5. Tərəflərdən hər hansı birinin barışıq sazişi üzrə öhdəliyini 15 (on beş) iş günü ərzində yerinə yetirməməsi barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və bu hal məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Bu saziş tərəflərin imzaları ilə, məhkəməyə təqdim edildikdə isə məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

8. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu sazişi imzalamışlar.

9. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, digəri isə təsdiq edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunur.” Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək, tərəflərin məhkəməyə təqdim etdiyi 07 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil ərizə təqdim edərək, tərəflərin məhkəməyə təqdim etdiyi 07 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim edilən barışıq sazişini, ərizələri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış 07 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Cavabdeh iddiaçının iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 1.1. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 81 nömrəli, 01 iyun 2022-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2-ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 1.2. Cavabdeh iddiaçıya ödənilməmiş son haqq-hesaba görə cəmi 1483,45 AZN (bir min dörd yüz səksən üç manat, qırx beş qəpik) pul vəsaitini ödəyir.

2. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 81 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.

3. İddiaçı cavabdehin 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir.

4. Bu barışıq sazişinin 1-3-cü bəndindəki öhdəliklərin icrası ilə tərəflərin tələbləri tam təmin edilir, tərəflər bir-birlərinə qarşı vurulmuş maddi zərərin, məcburi iş buraxma müddəti üçün əmək haqqının, əmək münasibətləri ilə bağlı istənilən digər pul vəsaitinin ödənilməsi də daxil olmaqla hər hansı əlavə tələb(lər) irəli sürmürlər və gələcəkdə də müvafiq tələbləri irəli sürməyəcəklər.

5. Tərəflərdən hər hansı birinin barışıq sazişi üzrə öhdəliyini 15 (on beş) iş günü ərzində yerinə yetirməməsi barışıq sazişi üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və bu hal məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Bu saziş tərəflərin imzaları ilə, məhkəməyə təqdim edildikdə isə məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.

8. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu sazişi imzalamışlar.

9. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, digəri isə təsdiq edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunur”. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar