Məhkəmə qərarları › İş №2(006)-647/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-647/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-647/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «müqavilə öhdəliklərinin icrasına məcbur etmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı «müqavilə öhdəliklərinin icrasına məcbur etmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa etdiyi binadan satın aldığı 227 saylı bir otaqlı, 2, 4, 226 saylı iki otaqlı, 1, 3 saylı üç otaqlı, 5, 70 saylı dörd otaqlı mənzillərin və 600 m2 qeyri-yaşayış sahəsinin ona təhvil verməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MTK ilə müqavilələr bağlayaraq həmin kooperativin Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa etdiyi binadakı 227 saylı bir otaqlı, 2, 4, 226 saylı iki otaqlı, 1, 3 saylı üç otaqlı, 5, 70 saylı dörd otaqlı mənzilləri və 600 m2 qeyriyaşayış sahəsini satın almışdır. Bununla bağlı onunla Cavabdeh MTK arasında 88, 89, 90, 91, 92, 93, 94, 95, 96 saylı 15 oktyabr 2010-cu il tarixli müqavilələr bağlanmışdır. O, sadalanan bütün daşınmaz əmlakların dəyərini tam ödəmişdir, bununla bağlı ona maliyyə arayışları verilmişdir, kooperativin payçısıdır. Lakin dəfələrlə müraciət etsə də, satın aldığı və dəyərini tam ödədiyi daşınmaz əmlaklar ona təhvil verilməmişdir. Sonradan, xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa etdiyi binadan satın aldığı 226, 227, 70 saylı mənzillərin və 600 m2 qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, X3 məxsus Bakı şəhəri Nəsimi rayonu S.Salayev 37a (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə) ünvanında inşa edilmiş binanın 1-ci blokundakı, 2-ci mərtəbəsindəki, 3 otaqlı, 3 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 2 saylı mənzilə, 1-ci blokdakı 2-ci mərtəbədəki, 3 otaqlı 1saylı mənzilə, 1-ci blokdakı, 2-ci mərtəbədəki, 4 otaqlı, 5 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 4 saylı mənzilə aid hissədən iddiasından imtina etdiyini bildirmişdir. 10 yanvar 2025-ci il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək X3 məxsus Bakı şəhəri Nəsimi rayonu S.Salayev 37a (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə) ünvanında inşa edilmiş binanın 1-ci blokundakı, 2-ci mərtəbəsindəki, 3 otaqlı, 3 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 2 saylı mənzilə, 1-ci blokdakı 2-ci mərtəbədəki, 3 otaqlı 1saylı mənzilə, 1-ci blokdakı, 2-ci mərtəbədəki, 4 otaqlı, 5 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 4 saylı mənzilə aid hissədən iddiasından imtina etdiyini bildirmişdir. Hazırki iş üzrə tərəf olaraq iddiaçının iddiadan imtina barədə ərizəsinin təmin olunmasını və X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev 37a (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə) ünvanında inşa edilmiş binanın 1-ci blokundakı, 2-ci mərtəbəsindəki, 3otaqlı, 3 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 2 saylı mənzilə , 1-ci blokdakı 2-ci mərtəbədəki, 3 otaqlı 1 saylı mənzilə, 1-ci blokdakı, 2-ci mərtəbədəki, 4 otaqlı, 5 saylı mənzilə; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 4 saylı mənzilə dair mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən hissəvi imtinasının qəbul edilməsi və iddia tələbinin Cavabdeh üzərinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev 37A (S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə) ünvanında inşa edilmiş binanın 1-ci blokdakı, 2-ci mərtəbədəki, 3 otaqlı, 3 saylı mənzilin; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 2 saylı mənzilin; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 3 otaqlı, 1 saylı mənzilin; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 4 otaqlı, 5 saylı mənzilin; 1-ci blokdakı, 2-ci mərtəbədəki, 2 otaqlı, 4 saylı mənzillərə aid hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həm iddianın özlüyündə əsassız olması, həmçinin də iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2010-cu il tarixli 88 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin (sahəsi 600 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin dəyəri olan 1.800.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 89 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 15-ci mərtəbədə yerləşən 4 otaqlı 70 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 185 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 15-ci mərtəbədə yerləşən 4 otaqlı 70 saylı mənzilin dəyəri olan 270.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 90 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 3 otaqlı 3 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 145 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 3 otaqlı 3 saylı mənzilin dəyəri olan 362.500 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 91 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 2 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 89 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 2 saylı mənzilin dəyəri olan 225.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 92 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 3 otaqlı 1 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 125 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 3 otaqlı 1 saylı mənzilin dəyəri olan 312.500 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 93 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 4 otaqlı 5 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 185 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 4 otaqlı 5 saylı mənzilin dəyəri olan 462.500 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 94 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 4 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 89,90 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 1-ci blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 4 saylı mənzilin dəyəri olan 224.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 95 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 2-ci mərtəbədə yerləşən 1 otaqlı 227 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 62 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 2-ci mərtəbədə yerləşən 1 otaqlı 227 saylı mənzilin dəyəri olan 62.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. xx.xx.2010-cu il tarixli 96 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 226 saylı mənzilin (tam sahəsi eyvan qarışıq 94 m2) payçı tərəfindən məbləği tam ödənilməklə müqavilədə nəzərdə tutulan vaxtda payçıya təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllədə inşa edilən binanın 4-cü blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 226 saylı mənzilin dəyəri olan 94.000 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. 05 dekabr 2023-cü il tarixli və 06 fevral 2024-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı Cavabdeh MTK-ya müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 88, 89, 90, 91, 92, 93, 94, 95 və 96 saylı müqavilələrə istinad etməklə, mənzillərin dəyərini ödədiyini, lakin mənzillərin ona təhvil verilmədiyini bildirmiş, mənzillərin dərhal ona təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 16 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu S.Salayev küçəsi 37A saylı binanın 4-cü blok, 1-ci mərtəbəsində 600 m2 qeyri-yaşayış sahəsinin, 4cü blok, 2-ci mərtəbədə 1 otaqlı 227 saylı mənzilin və 4-cü blok, 2-ci mərtəbədə 2 otaqlı 226 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 70 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1690 saylı reyestr kitabının 155134 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 22 iyun 2012-ci il tarixli 40 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 165.000 ABŞ dolları X8 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 22 iyun 2012-ci il tarixli 36 saylı protokolundan görünür ki, X5 kooperativin üzvü qəbul olunmaqla, yuxarıda qeyd edilən mənzilin payçısı olması təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1285 saylı reyestr kitabının 117144 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 27 dekabr 2010-cu il tarixli 157 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 72.150 ABŞ dolları X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 25 dekabr 2010-cu il tarixli 35 saylı protokolundan görünür ki, X1 üzvü qəbul olunmaqla, yuxarıda qeyd edilən mənzilin payçısı olması təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1285 saylı reyestr kitabının 117142 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 27 dekabr 2010-cu il tarixli 153 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 44.150 ABŞ dolları X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 25 dekabr 2010-cu il tarixli 34 saylı protokolundan görünür ki, X1 üzvü qəbul olunmaqla, yuxarıda qeyd edilən mənzilin payçısı olması təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1285 saylı reyestr kitabının 117143 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 27 dekabr 2010-cu il tarixli 155 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 62.400 ABŞ dolları X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Cavabdeh MTK üzvlərinin ümumi iclasının 25 dekabr 2010-cu il tarixli 33 saylı protokolundan görünür ki, X1 üzvü qəbul olunmaqla, yuxarıda qeyd edilən mənzilin payçısı olması təsdiq edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1267 saylı reyestr kitabının 115379 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 19 noyabr 2010-cu il tarixli 135 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 90.000 ABŞ dolları X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 23 aprel 2007-ci il tarixli 019133 saylı orderdən görünür ki, yuxarıda qeyd edilən mənzilə dair X4 adına 09 aprel 2007-ci il tarixli 134 saylı sərəncama əsasən order təqdim olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev küçəsi 37A saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1267 saylı reyestr kitabının 115380 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh MTK tərəfindən verilmiş 19 noyabr 2010-cu il tarixli 134 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən mənzilin dəyəri olan 44.250 ABŞ dolları X9 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və MTK-ya heç bir borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 23 aprel 2007-ci il tarixli 019132 saylı orderdən görünür ki, yuxarıda qeyd edilən mənzilə dair X4 adına 09 aprel 2007-ci il tarixli 134 saylı sərəncama əsasən order təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh MTK-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddiaçının iddia tələbinə münasibətdə 6 illik iddia müddətini buraxmağına görə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranması iddia edilən müqavilə münasibətləri 2010-cu ilə aiddir və iddiaçı bu müddət ərzində həqiqətən də ödənişini həyata keçirdiyi mənzillərin ona verilməsi tələbini irəli sürməmişdir. İddiaçı tərəfindən təqdim edilən müqavilələr və maliyyə arayışları surət olduğundan onların həqiqiliyi və bunun da əsasında iddianın əsaslılığı ilə bağlı məsələyə qiymət verilməsi mümkün olmamışdır. İddiaçı tərəf iddianın əsaslılığına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin hər bir halda məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının eyni MTK-dan kifayət qədər çox sayda daşınmaz əmlak əldə edə bilməsi ehtimalı inandırıcı olsa da, şəxsin hətta ümumi iddia müddətini də ötürmüş hesab edilən 14 ildən artıq müddətdə əvəzi ödənilməklə əldə etdiyini irəli sürdüyü əmlakların aqibəti ilə maraqlanmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «müqavilə öhdəliklərinin icrasına məcbur etmə» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «müqavilə öhdəliklərinin icrasına məcbur etmə» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar