Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6545/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Rasim Bəgülovun, X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “məbləğindən artıq ödənilmiş bank kreditin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Atəşgah Həyat” Sığorta Şirkəti ASC-yə qarşı “məbləğindən artıq ödənilmiş bank kreditin qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 06 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən bankdan 5000 manat məbləğində kredit götürmüş, bu zaman iş yoldaşı olan hərbçi X3 ona zamin durmuşdur. Həmin vaxt eyni zamanda ondan və zamindən də pul tutulubdur və kredit ödənilmişdir. Lakin bundan sonra zamin ona qarşı banka ödədiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmə iddiasını təmin etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir, o da ondan həmin məbləği tələb edir. Faktiki olaraq bank onlardan artıq pul tutmuşdur, beləki bankdan 5000 manat kredit götürmüş bununla faizi 1781,20 təşkil edir əsas məbləğlə faiz borcun üstə gələndə 6781, 20 manat ödənilməli kredit borcudur. O isə zaminlə birlikdə ümumilikdə banka 7798.71 manat məbləğində pul ödəmişdir. (7798. 71 - 6781.20 = 11.71 ) əlavə ondan pul tutulmuşdur və bu məbləği bankdan geri almaq üçün banka dəfələrlə müraciət etmişdir, hətta pretenziya məktubuda yazmış, lakin cavabsız qalmışdır. Eyni zamanda “Atəşgah" sığortaya pulunun ödənilməsi müraciət etsə də buna məhəl qoymadılar. Halbuki Azərbaycan Respublikasının MM-nin 933.1-ci maddəsində deyilir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunan və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi əsasında həyata keçirilir. Odur kiu, İddiaçı iddia ərizəsinin təmin olunması və cavabdehlər "xxxx" ASC və Atəşgah Həyat” Sığorta Şirkəti ASC-dən artıq ödənilmiş 1011.71 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rasim Bəgülov iddia ərizəsini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iddia tələbin qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iş materiallarından görünür ki, iddiaçı “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də LAP- 93-06.10.2015-SM12-BB09 saylı “Həyat Sığorta Şəhadətnaməsi" üzrə 06 oktyabr 2015-ci il tarixindən 06 oktyabr 2018-ci il tarixinədək sığorta olunmuşdur. Sığorta müqaviləsi üzrə sığorta riskləri kimi aşağıdakılar qeyd olunmuşdur: 1.Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin ölməsi; 2.Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi. Yəni yalnız yuxarıda qeyd olunan risklərin baş verməsi sığorta müqaviləsi üzrə sığorta hadisəsi və sığorta ödənişi üçün əsas yaradacaqdır. Mövcud sənədlərdən aydın olur ki, iddiaçı 08 noyabr 2016-cı il tarixində Hərbi Həkim Komissiyasında müayinədən keçmiş və ona “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində: onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası. Öd kisəsinin polipozu. Vegetativ damar distoniyası. Hər iki gözün sadə miopik astiqmatizmi. Hər iki gözdə EM və M. 1.0 nəticəsində görmə itiliyin 0.5-ə qədər azalması, korreksiya ailə 1.0 olmaqla, ikincili hissəvi adentiya" diaqnozu qoyulmuşdur. Baxılan halda, iddiaçı yuxarıda qeyd olunan xəstəliklərə tutulmuş, lakin həmin xəstəliklər əliliyə gətirib çıxarmamış, nəticə olaraq ona əlillik təyin edilməmişdir. Nəzərinizə çatdırılır ki, Sığorta müqaviləsi üzrə sığorta riskləri kimi ölüm halından başqa, Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin fərdi qəza nəticəsindəmüddətsiz 1-ci və va 2-ci qrup əlilliyinin müəyyən edilməsi (TSEK-in rəyi əsasında) qevd olunmuşdur. Baxılan halda, iddiaçıya yuxarıda sadalanan xəstəliklər nəticəsində Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində əlillik təyin edilmədiyi üçün sığorta hadisəsi bas verməmiş, nəticədə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin sığorta ödənişi etmək öhdəliyi yaranmamışdır. Yuxarıda qeyd olunanlar barədə “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-tərəfindən iddiaçıya 13 noyabr 2018-ci il tarixli H967/18 saylı məktub ünvanlanmış və imtinanın səbəbləri izah olunmuşdur. Qanunvericiliyin göstərilən normalarının tələblərindən aydın olur ki, sığorta hadisəsi hesab edilən hadisələr və hallar könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir və baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi Sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəstəlik haqqında 65 №-li 08 noyabr 2016-çı il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində: onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası. Öd kisəsinin polipozu. Vegetativ damar distoniyası. Hər iki gözün sadə miopik astiqmatizmi. Hər iki gözdə EM və M. 1.0 nəticəsində görmə itiliyin 0.5-ə qədər azalması, korreksiy ailə 1.0 olmaqla, ikincili hissəvi adentiya" diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan Cavabdeh2 Sığorta Şirkəti ASC-nin 06.10.2015-ci il tarixli Həyat Sığortası Şəhadətnaməsindən görünür ki, Sıgorta olunan şəxsİddiaçıdur. Sığorta riskləri: 1. Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin ölümü; 2. Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin fərdi qəza nəticəsində 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 885.1-ci maddəsinə əsasən sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür; 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 935.1, 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçının sığorta ödənişinin verilməsindən imtina etdiyi hallardan biri də baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, 06 oktyabr 2015-ci il tarixdə kredit müqaviləsinə əsasən bankdan 5000 manat məbləğində kredit götürmüş, bu zaman iş yoldaşı olan hərbçi X3 ona zamin durmuşdur. Həmin vaxt eyni zamanda ondan və zamindən də pul tutulubdur və kredit ödənilmişdir. Lakin bundan sonra zamin ona qarşı banka ödədiyi pulun geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmə iddiasını təmin etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. Həmcinin müəyyən edilmişdir ki, İddiaçı “Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də LAP-93-06.10.2015-SM12-BB09 saylı “Həyat Sığorta Şəhadətnaməsi" üzrə 06 oktyabr 2015-ci il tarixindən 06 oktyabr 2018-ci il tarixinədək sığorta olunmuşdur. Sığorta müqaviləsi üzrə sığorta riskləri kimi aşağıdakılar qeyd olunmuşdur: 1.Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin ölməsi; 2.Sığorta Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunan şəxsin fərdi qəza nəticəsində müddətsiz 1-ci və ya 2-ci qrup əlilliyinin müəyyən edilməsi. Yəni yalnız yuxarıda qeyd olunan risklərin baş verməsi sığorta müqaviləsi üzrə sığorta hadisəsi və sığorta ödənişi üçün əsas yaradacaqdır. Mövcud sənədlərdən aydın olur ki, iddiaçı 08 noyabr 2016-cı il tarixində Hərbi Həkim Komissiyasında müayinədən keçmiş və ona “Xora xəstəliyi, tez-tez residiv gedişli, natamam remissiya mərhələsində: onikibarmaq bağırsağın soğanağının çapıqlaşmış xorasından sonrakı xora-çapıq deformasiyası. Öd kisəsinin polipozu. Vegetativ damar distoniyası. Hər iki gözün sadə miopik astiqmatizmi. Hər iki gözdə EM və M. 1.0 nəticəsində görmə itiliyin 0.5-ə qədər azalması, korreksiy ailə 1.0 olmaqla, ikincili hissəvi adentiya" diaqnozu qoyulmuşdur. Baxılan halda, iddiaçı yuxarıda qeyd olunan xəstəliklərə tutulmuş, lakin həmin xəstəliklər əliliyə gətirib çıxarmamış, nəticə olaraq ona əlillik təyin edilməmişdir. Эюрцндцйц кими, baş vermiş hadisə «Иъбари сыьорталар щаггында» Азярбайъан Республикасы Ганунуна ясасян sığorta hadisəsi hesab edilmир вя bu da sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Atəşgah Həyat” Sığorta Şirkəti ASCyə qarşı “məbləğindən artıq ödənilmiş bank kreditin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Atəşgah Həyat” Sığorta Şirkəti ASC-yə qarşı “məbləğindən artıq ödənilmiş bank kreditin qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6545/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6545/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver