Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6579/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı X5 iddiaçının nümayəndəsi (vəkili) X6, cavabdehin nümayəndələri X7, X2, X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi”nə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X13 izahatında bildirmişdir ki, o, İddiaçı Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləyərkən səhhətində yaranmış problemlə bağlı məzuniyyətə buraxılmışdır. Bundan sonra müalicələr davam etmişdir və tam olaraq səhhəti bərpa olunduğu üçün rəsmi ərizədə "xxxx" ASC-nin "Qərb RHSİ-nn rəisi Elmar Mahmudova müraciət etmişdir. Həmin ərizəsində səhhətinin tam bərpa oldunduğunu və işinə davam etmək istədiyini bildirdi, bundan sonrada əvvəlki iş yerininə getmişdir, lakin ora gedərkən onun əvəzinə başqa bir işçinin işlədiyini gördü. Oradan ona bildirdilər ki, artıq onun səlahiyyətlərini başqa bir şəxs icra edir, burada onun işləməyin yer yoxdur. Ona görə də o, məcbur olub oradan geri qayıtmışdır. Bundan sonra ikinci ərizə ilə müraciət etmiş, həmin ərizə ilə xahişi ondan ibarət olmuşdur ki, uzun müddət müalicə olunduqdan sonra iş qabiliyyəti tam bərpa olunub və 01.04.2021-ci il tarixdən Göygöl EŞ-nin rəis kimi vəzifə fəaliyyətinə başlamaq üçün lazimi köməklik göstərməyini xahiş etmişdir. Buna baxmayaraq bugünə qədər bu haqda heçbir tədbir görülməmişdir. Ona görə də bir daha xahiş edir ki, bu məsələnin həllinin tapması üçün lazimi tədbirlər görülməsinə köməklik istəyirə İkinci müraciətidən sonra Elmar Mahmudov 21.06.2021-ci il tarixli, 1/366 saylı məktubla cavab vermişdir ki, onun "xxxx" ASC-nin təsis etdiyi Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı eyni məzmunlu müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar o, Qərb RETSİ-yə dəvət olunmuşdur. Şəmkir rayonunda yaşadığını, Göygöl rayonu yaşadığı yeri bir-birində aralı olduğunu, həmçinin səhhətilə bağlı ona X4 aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. Göründüyü kimi mən "xxxx" ASC tərəfindən işimdən azad edilmişdir, buna görə də onu işinə buraxmırlar, eyni zamanda başqa bir aşağı vəzifədə işləməyi təklif elmişlər. Lakin bugünə qədər ona hər hansısa bir əmr verilməmişdir ki, bilərki işdən azad edilməyinin səbəbi nədir və buna görə də tam əsaslandırılmış ərizə ilə aidiyyatı üzrə məhkəməyə müraciət edir. Nədə ki, onun əmək kitabçasını verməmişlər. Ona görə də ona verilmiş cavab məktubu üzrə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X14 iddianı müdafiyə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 izahatında bildirmişdir ki, İddiaçı Azərişıq” ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsindən azad etməmişlər. İddiaçı xəstə olduğu üçün işə gəlməmiş, bületen də təqdim etməmişdir. Bu zaman onun yerinə müvəqqəti olaraq başqa adam götürmüş, İddiaçı da öz növbəsində başqa vəzifə təklif etmişlər. Əvvəlcə razılaşsa da, sonradan həmin işə getməmişdir. İddiaçı yenidən Azərişıq” ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləməsinə etiraz etmirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri X9, X10 digər nümayəndəsi X7 dediklərini təsdiq etdilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X22 Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, Qərb RETSİ-yə dəvət olunmusunuz. Şəmkir rayonunda yaşadıqları Göygöl rayonu ilə yaşayış yerinizin bir-birindən aralı olduğunu, həmçinin səhhətinizlə bağlı X23 Şəbəkəsində aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərişıq” ASC-nin k/20-04456 saylı 02 oktyabr 2020-ci il tarixli Əmrdən görünür ki, X1 RETSİ-nin Enerji Satış şöbəsinin aparıcı mühəndisə 02.10.2020-ci il tarixindən müvəqqəti olaraq (İddiaçı xəstəlik müddətinə) QƏRB RETSİ-nin X12 rəis vəzifəsinin icrası əmək haqqı fərqi ödənilməklə həvalə edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləmiş, işləyərkən səhhətində yaranmış problemlə bağlı məzuniyyətə buraxılmışdır. Bundan sonra müalicələr davam etmişdir və tam olaraq səhhəti bərpa olunduğu üçün rəsmi ərizədə "xxxx" ASC-nin "Qərb RHSİ-nn rəisi Elmar Mahmudova müraciət etmişdir. Həmin ərizəsində səhhətinin tam bərpa oldunduğunu və işinə davam etmək istədiyini bildirdi, bundan sonrada əvvəlki iş yerininə getmişdir, lakin ora gedərkən onun əvəzinə başqa bir işçinin işlədiyini gördü. Oradan ona bildirdilər ki, artıq onun səlahiyyətlərini başqa bir şəxs icra edir, burada onun işləməyin yer yoxdur. Ona görə də o, məcbur olub oradan geri qayıtmışdır. İddiaçı Azərişıq” ASCnin Göygöl rayon EŞ-nin rəisi vəzifəsindən azad edilməsi barədə əmr qəbul edilməmiş, İddiaçı tutduğu vəzifədən kənarlaşdırılmamışdır. İddiaçı yenidən Azərişıq” ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləməsinə etiraz etmirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilmədiyinə görə, Azərişıq” ASC ona həmin aylar üzrə əmək haqqını məhkəmədənkənar hesablıyıb ödəməlidir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6579/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6579/2021
18.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver