Məhkəmə qərarları › İş №2(006)-66/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-66/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-66/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 026L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 026R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17506,53 manat ödəmiş, onun 9493,47 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 286 gün üçün hesablanmış faiz borcu 2003.45 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 286 gün üçün hesablanmış cərimə 2796,97 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2378,21 manat ödəmiş, onun 7621,79 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 1583,43 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 244 gün üçün hesablanmış cərimə 1856,48 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016cı il tarixli reyestrdə 3M-219 nömrəsi ilə qeyd edilmiş ipoteka müqaviləsi (Göyçay rayon notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Göyçay şəhəri, Nəsimi küçəsi 1-ci döngədə mülkiyyətində olan 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 1 №-li reyestr kitabının 173 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Göyçay şəhəri Nəsimi küçəsi 1-ci döngədə mülkiyyətində olan 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0668 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsinə əsasən İddiaçı QSC qarşısında yüklü edilərkən həmin evdə qeydiyyatda olan Cavabdeh4 notariat kontoruna ərizə təqdim edərək əmlakın İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 9493,47 manat kredit borcu, 2003,45 manat faiz borcu və 2796,97 manat cərimə olmaqla, cəmi 14293,89 manat, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 manat kredit borcu, 1583,43 manat faiz borcu və 1856,48 manat cərimə olmaqla, cəmi 11061,7 manat, hər iki müqavilə üzrə ümumilikdə 25.355,59 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0668 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1, onun vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026L**********07 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarındakı ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi öhdəliklərin təminatı kimi İddiaçı QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 27.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 27.000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026H**********01 saylı girov müqaviləsindən görünür ki, girov qoyan Cavabdeh1 İddiaçı QSC-nin “Göyçay” filialında Az10ACAB******************** №-li depozit hesabında saxladığı 2000 manatı (1151 ABŞ dolları 48 sent ekvivalentində) girov saxlayan qarşısında girov qoymuşdur. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 2,25 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 3 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin “Göyçay” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşin materiallarında olan İddiaçı QSC-nin Cavabdeh1 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 9493,47 manat əsas kredit borcu, 2003,45 manat faiz borcu, 2796,97 manat cərimə borcu, cəmi 14.293,89 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 7621,79 manat əsas kredit borcu, 1583,43 manat faiz borcu, 1856,48 manat cərimə borcu, cəmi 11061,7 manat məbləğində borcu vardır. «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 09/20 saylı ekspert rəyindən görünür ki, Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 3 nömrəli fərdi yaşayış evi hazırki dövrə olan bazar dəyəri 35.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 250 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026L**********07 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi öhdəliklərin təminatı kimi İddiaçı QSC-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 27.000 manat məbləğində qiymətləndirilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 2 faiz dərəcəsi ilə 27.000 manat məbləğində kredit verilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 2,25 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 026H**********01 saylı girov müqaviləsinə əsasən girov qoyan Cavabdeh1 İddiaçı QSC-nin “Göyçay” filialında AZ10ACAB******************** №-li depozit hesabında saxladığı 2000 manatı (1151 ABŞ dolları 48 sent ekvivalentində) girov saxlayan qarşısında girov qoymuş, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşması üzrə cərimə borcu 900 manat məbləğində, xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 700 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «mənzilə olan istifadə hüquqlarının itirilməsi» hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 9493,47 (doqquz min dörd yüz doxsan üç manat, qırx yeddi qəpik) manat əsas, 2003,45 (iki min üç manat, qırx beş qəpik) manat faiz, 900 (doqquz yüz) manat cərimə borcu, cəmi 12.396,92 (on iki min üç yüz doxsan altı manat, doxsan iki qəpik) manat, xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 (yeddi min altı yüz iyirmi bir manat, yetmiş doqquz qəpik) manat əsas, 1583,43 (bir min beş yüz səksən üç manat, qırx üç qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcu, cəmi 9905,22 (doqquz min doqquz yüz beş manat, iyirmi iki qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 22.362,14 (iyirmi iki min üç yüz altmış iki manat, on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSCyə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə olan kredit borcları ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq həmin MMC-nin “xxxx” ASC, Kodu 805540, Müxbir hesab AZE03NABZ********************, VÖEN **********, İBAN: AZ61İBAZ********************, SWİFT: İBAZAZ2X hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 9493,47 (doqquz min dörd yüz doxsan üç manat, qırx yeddi qəpik) manat əsas, 2003,45 (iki min üç manat, qırx beş qəpik) manat faiz, 900 (doqquz yüz) manat cərimə borcu, cəmi 12.396,92 (on iki min üç yüz doxsan altı manat, doxsan iki qəpik) manat, xx xxxxxx 2017-ci il tarixli, 026R********** saylı kredit razılaşması üzrə 7621,79 (yeddi min altı yüz iyirmi bir manat, yetmiş doqquz qəpik) manat əsas, 1583,43 (bir min beş yüz səksən üç manat, qırx üç qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcu, cəmi 9905,22 (doqquz min doqquz yüz beş manat, iyirmi iki qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 22.362,14 (iyirmi iki min üç yüz altmış iki manat, on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Nəsimi küçəsi, 1-ci döngədə yerləşən 0.0668 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 52 m2 yaşayış 80.5 m2 köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-yə olan kredit borcları ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq Cavabdeh1 qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun. İpoteka predmeti satıldıqdan bir ay sonra boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. «xxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq həmin MMC-nin “xxxx” ASC, Kodu 805540, Müxbir hesab AZE03NABZ********************, VÖEN **********, İBAN: AZ61İBAZ********************, SWİFT: İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar