Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-66/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pilot İnşaat-A" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli 1/95 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 23281,5 (iyirmi üç min iki yüz səksən bir manat 50 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, İddiaçı elektron formada (elektron poçt vasitəsi ilə) müraciət edərək bildirmişdir ki, e-2(006)-744/2023 saylı mülki iş üzrə analoji iddia tələbi ilə bağlı bacısı X2 məhkəməyə müraciət etmiş və subyektiv hüququnun olmaması əsası ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və qeyd olunan iş üzə ekspertiza təyin olunmaqla hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. X1 iddia tələbinə dair yekun məhkəmə aktının mahiyyəti iddiaçının iddia tələbinin həlli baxımından əhəmiyyətlidir. Buna göstərilənlərə əsasən icraatda olan iş dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-744/2023 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair 2(103)- 968/2023 saylı mülki işə baxılıb qurtaranadək, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-744/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. 23 aprel 2024-cü il tarixdə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə daxil olmuş 17 aprel 2024-cü il, 3-6/2-3558-1/2024 saylı məlumata əsasən, iddiaçı X1 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-968/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1834/2022 saylı, 05 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia yenidən başqa əsasla təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Qeyd olunan iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 160 manat məbləğində (xx.xx.2022-ci il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olmaqla Cavabdehnə qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 160 manat məbləğində (xx.xx.2022-ci il tarixli, ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-66/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-66/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver