Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6610/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdehlər Cavabdeh2, X1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, X1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, İddiaçı tərəfindən verilmiş iddia Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid olduğundan həmin iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılan işlərə aid olduğundan həmin iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hesab edirəm ki, iddiaçının ərizəsinə ümumi (rayon, şəhər) məhkəməsində məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, X1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan on gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6610/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6610/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver