Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-662/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon qeydiyyat şöbəsini cəlb etməklə Maraqlı şəxs1, Maraqlı şəxs2 qarşı «atalıq faktının müəyyən edilməsi tələbi»nə dair dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon qeydiyyat şöbəsini cəlb etməklə Maraqlı şəxs1, Maraqlı şəxs2 qarşı «atalıq faktının müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasındakı nikah 2018-ci ildə pozulmuş, Maraqlı şəxs1 daha sonra iddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. Uzun müddət aralarında olan ailə münasibətlərindən 21.11.2018-ci il tarixində Hüseyn adlı oğlu anadan olmuşdur. Nəsimi rayon qeydiyyat şöbəsi şəhadətnaməni verməkdən ona görə imtina etmişdir ki, 21.11.2018-ci il təvəllüdlü Hüseyn adlı oğlu Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasındakı nikah pozulduğu vaxtdan 300 gün ərzində doğulmuş və Maraqlı şəxs1 Maraqlı şəxs2 ilə nikahlarının pozulması 10.04.2018-ci il tarixində rəsmiləşdirilmişdir. Şöbə hesab etmişdir ki, Hüseyn Maraqlı şəxs2 oğludur. Lakin bu səhvdir, anlaşılmazlıqdır. 21.11.2018-ci il təvəllüdlü Hüseyn adlı oğlunun doğum haqqında şəhadətnaməsinin alınması məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2210/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, uşaq, həqiqətən, ev şəraitində, vaxtından əvvəl - 7 aylıq dünyaya gəlmişdir və həmin uşaq onun övladıdır. Lakin buna baxmayaraq, qeydiyyat şöbəsi yenədə uşağın doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adını “Elnur”, soyadını “Nəzərov” kimi qeydiyyata almışdır. Göstərilənlərə əsasən, 21.11.2018-ci il təvəllüdlü X1 Elmar Ənvər oğlunun övladı olması faktı müəyyən edilərək, uşağın yeni doğum haqqında şəhadətnaməsinin ata qrafasında Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 21.11.2018-ci il təvəllüdlü X2 atasının Ərizəçi olması faktının müəyyən edilməsi, X6 aid Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 27 oktyabr 2021-ci iil tarixində verilmiş doğum haqqında şəhadətnamədə düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni doğum haqqında şəhadətnamədə X2 21.11.2018-ci il tarixində Bakı şəhərində doğulması, atasının Ərizəçi, atasının milliyəti – azərbaycanlı, anasının Maraqlı şəxs1, milliyəti – azərbaycanlı olması müəyyən edilərək yeni şəhadətnamənin verilməsi öhdəliyi Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, cavabdeh Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasındakı nikah 2018-ci il tarixdə pozulmuş, Maraqlı şəxs1 sonradan onunla rəsmi nikaha daxil olmuşdur. Uzun müddət olan münasibətlərindən Hüseyn adlı övladları olmuşdur. Odur ki, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Maraqlı şəxs2 bildirmişdir ki, iddianı qəbul edir, uşağın atası o deyil, ölkədən kənarda – Türkiyədə olan zaman Maraqlı şəxs1 nikahın pozulması haqda ərizə vermişdir. O, qayıtdıqdan sonra nikah pozulmuş, uşaq da başqa şəxsin uşağıdır, onun uşağı deyil. Əvvəlki məhkəmə iclasında cavabdeh Maraqlı şəxs1 bildirmişdir ki, Elnur Türkiyəyə gedəndə onlar artıq faktiki olaraq ayrılmışlar, münasibətləri çoxdan pozulmuşdu. Sadəcə nikahın pozulmasını rəsmiləşdirməyi və məhkəmə prosesləri uzun çəkdiyi üçün onlar bu problemləri yaşamışlar. Uşaq yeddi aylıq dünyaya gəlmişdir. Uşağın atası Ərizəçidır. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi X7 bildirmişdir ki, onlar qeydi məhkəmə qətnaməsinin icraya yönəldilməsi nəticəsində aparmışılar. Uşaq nikah pozulandan sonrakı 300 gün ərzində doğulduğu üçün ata adı qrafasında Maraqlı şəxs2 adı getmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Maraqlı şəxs2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Maraqlı şəxs1 məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddiann təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X5 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 27.10.2021-ci il tarixində verilmiş AZ-İV № 647488 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X10 21 noyabr 2018-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli, 2(006)-1176/2018 saylı qətnamədən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs2 ilə X11 arasında bağlanmış və Abşeron rayon İHB-ninQobu qəsəbə nümayəndəliyi tərəfindən 21.07.2008-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabinda 46 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 29.07.2008-ci il təvəllüdlü X15, 03.01.2012-ci il təvəllüdlü X16 və 19.09.2013-cü il təvəllüdlü X12 anası X3 yanında saxlanılması və 29.07.2008-ci il təvəllüdlü X15, 03.01.2012-ci il təvəllüdlü X16 və 19.09.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X8 ödənilməsi, alimentin tutulmasının əvvəli 31.01.2018-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. İşin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2019-cu il tarixində verilmiş AZ-İİ № 330686 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X13 10 aprel 2019-cu ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 806 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(006)-2210/2020 saylı qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, 21 noyabr 2018-ci il tarixində Bakı şəhərində bir oğlan uşağının Maraqlı şəxs1 doğulması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan barışıq sazişindən görünür ki, tərəflər arasında barışıq sazişi bağlanmış və Mediasiya Şurasının 2020-ci il 23 sentyabr tarixli qərarı ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 faktiki nikah münasibətlərindən 21 noyabr 2018-ci il tarixində Hüseyn adlı övladları anadan olmuşdur. Uşaq Maraqlı şəxs2 ilə Maraqlı şəxs1 nikahları pozulduqdan sonrakı 300 gün ərzində doğulduğu üçün ata adı qrafasında Maraqlı şəxs2 adı qeyd olunmuşdur. Hazırda iddiaçı atalıq faktının müəyyən edilməsini tələb edir. Cavabdehlər isə iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Eyni Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmçinin, Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü və 5-ci maddələrinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdehlər məhkəmə iclasında iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə, iş materiallarını araşdırıb, hesab edir ki, Ərizəçi 21 noyabr 2018-ci il tarixində anadan olmuş X2 atası olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Ərizəçi 21 noyabr 2018-ci il tarixində anadan olmuş X2 atası olması faktı müəyyən edilməli, uşağın doğum haqqında akt qeydində dəyişiklik edilərək, doğum akt qeydində uşağın adı «Hüseyn», soyadı «Qədirov», ata adı «Elmar», doğum tarixi «21.11.2018-ci il», doğum yeri «Bakı şəhəri», ata qrafasında adı «Ərizəçi», milliyyəti «azərbaycanlı», ana qrafasında «Maraqlı şəxs1», milliyyəti «azərbaycanlı» yazılsın, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qətnamə 21 noyabr 2018-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon qeydiyyat şöbəsini cəlb etməklə Maraqlı şəxs1, Maraqlı şəxs2 qarşı «atalıq faktının müəyyən edilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilsin. Ərizəçi 21 noyabr 2018-ci il tarixində anadan olmuş X2 atası olması faktı müəyyən edilsin. Uşağın doğum haqqında akt qeydində dəyişiklik edilərək, doğum akt qeydində uşağın adı «Hüseyn», soyadı «Qədirov», ata adı «Elmar», doğum tarixi «21.11.2018-ci il», doğum yeri «Bakı şəhəri», ata qrafasında adı «Ərizəçi», milliyyəti «azərbaycanlı», ana qrafasında «Maraqlı şəxs1», milliyyəti «azərbaycanlı» yazılsın, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə 21 noyabr 2018-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-662/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-662/2022
06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver