Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6658/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Nail qızının maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “qeydiyyat aktının ləğv olunması öhdəliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Nail qızı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “qeydiyyat aktının ləğv olunması öhdəliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim etdi və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin qaytarılması barədə ərizə verildiyindən, Ərizəçi Nail qızının maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “qeydiyyat aktının ləğv olunması öhdəliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması”na dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Nail qızının maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “qeydiyyat aktının ləğv olunması öhdəliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması”na dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-6658/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6658/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver