Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6670/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanuni təmsilçilik vəzifəsinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi" tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “əmək münasibətlərinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi, İddiaçı barəsində olan əmək münasibətlərinə xitam verilməsi və bu öhdəliklərin icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə İddiaçı barəsində qanuni təmsilçilik vəzifəsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4770/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək münasibətlərinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-4770/2025 saylı mülki işdən İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qanuni təmsilçilik vəzifəsinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4770/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin 05 noyabr 2020-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməsi və İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət ünvanlayaraq, 2(006)-6670/2025 saylı mülki iş materiallarını baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, iclasın cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab emişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin olunmalı, hazırki məsələ kommersiya məhkəməsinə aid olduğundan mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki işin materiallarından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq nizamnamə kapitali manata bərabər tutulan, hər birinin nominal dəyəri 100.00 manat olan 1 paydan ibarət yeni Cavabdeh1 yaradılması və nizamnaməsinin təsdiq edilməsi, yeni yaradılan Cavabdeh1 qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı (şəxsiyyət vəsiqəsi AZE № ********) təyin edilməsi, yeni yaradılan Cavabdeh1 dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlər, tərəflərin təqdim etdiyi məlumatlar, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmiş məlumatlar araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 MMC (VÖEN: **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsidir. Digər Cavabdeh2 (VÖEN: **********) da vergi uçotuna alınmış fiziki şəxs olmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyata alınmışdır. Elektron informasiya sistemindən və iş materiallarından görünür ki, hər iki cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi qismində uçota alınmışdır və onların vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi mövcuddur. Bu hal tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər olmasını və onların hüquqi münasibətlərinin iqtisadi fəaliyyət sahəsi ilə əlaqəli olduğunu göstərir. Bundan əlavə, iş materiallarından görünür ki, mübahisə Cavabdeh1 MMC-nin təsisçisi tərəfindən qəbul edilmiş 05 noyabr 2020-ci il tarixli qərar əsasında yaradılmış hüquqi şəxsin idarə olunması və həmin hüquqi şəxsin qanuni təmsilçisi kimi direktor vəzifəsinə təyin edilmiş şəxsin səlahiyyətləri ilə bağlıdır. Belə ki, qeyd edilən qərarla İddiaçı yeni yaradılmış Cavabdeh1 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. Hazırkı mübahisə isə həmin hüquqi şəxsin idarəetmə strukturu, qanuni təmsilçilik səlahiyyətləri və bu səlahiyyətlərin dayandırılması ilə bağlı hüquqi nəticələrin müəyyən edilməsinə yönəlmişdir. Beləliklə, mübahisənin predmeti yalnız əmək münasibətləri ilə məhdudlaşmır, eyni zamanda hüquqi şəxsin idarə olunması, onun qanuni təmsilçisinin statusu və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri əhatə edir. Bu isə mübahisənin mahiyyət etibarilə kommersiya fəaliyyəti sahəsində yaranmış hüquqi münasibətlərdən irəli gəldiyini göstərir. Mülki Prosessual Məcəllənin 403-1.1 maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdirlər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki məsələ kommersiya məhkəməsinə aid olduğundan İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanuni təmsilçilik vəzifəsinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.3, 32.5, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanuni təmsilçilik vəzifəsinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi" tələbinə dair 2(006)-6670/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-6670/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6670/2025
17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver