Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6673/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 2-də yerləşən yaşayış sahəsi iddiaçının babası X7, X1 və əmisi X5 məxsus olmuşdur. Həmin yaşayış sahəsində onlardan başqa əmisi X3 yoldaşı - iş üzrə Cavabdeh da yaşayır. X1 13 iyul 2014-cü il tarixdə vəfat etmişdir. O vəfat etməzdən əvvəl bütün daşınar və daşınmaz əmlakını iddiaçıya vəsiyyət etmişdir. Bundan sonra iddiaçı bir müddət atasına məxsus yaşayış sahəsində yaşamış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə həmin yaşayış sahəsinə pasport qeydiyyatına düşmüşdür. Bir müddət orada yaşamasına baxmayaraq daha sonra cavabdeh iddiaçıya həmin mənzildə yaşamağa imkan verməmişdir. Hazırda iddiaçı başqa yerdə yaşayır və atasından qalan həmin mənzildə yaşaya bilmir. Göstərilənlərə əsasən, İddiaçı ünvan 2-də yerləşən yaşayış sahəsinə köçürülməyi və həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 2-də yerləşən yaşayış sahəsinə qapıdan girərkən sol tərəfdə yerləşən 4 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı onların ümumi istifadəsində olan yaşayış sahəsinin qapıdan həyətə girərkən sol tərəfdə yerləşən 4 otaqlı mənzilə iddiaçının köçərək yaşamasına etiraz etmir. Həmin yaşayış sahəsini qaynatası X7 iddiaçının məhrum X1nun həyatda olduğu zaman X4 vəsiyyət etmiş və bu barədə aralarında razılaşma olmuşdur. X8 həmin yaşayış sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. Odur ki, o, iddianı bu hissədə qəbul edir v əqərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə ərizəni, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlnun izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, ünvan 1 ünvanı X7, X8 və X6 məxsusdur. İş materiallarında olan 30.07.2014-cü il tarixində Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 684179 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13 iyul 2014-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 30 iyul 2014-cü il tarixində 539 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 18 fevral 2014-cü il tarixli, 2V/39 № ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan X8 ötən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2-1(81)-1622/2015 saylı Qərarından görünür ki, iddia tələbinin təmin edilməsi, İddiaçı və onun ailə üzvlərinin ünvan 2 saylı evə pasport qeydiyyatına alınmaları Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən 135 saylı evin paylı mülkiyyətçiləridirlər. İddiaçı mübahisəli evin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində həmin evə köçüb, qeyd olunan evdən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. İşdən göründüyü kimi iddiaçı mübahisəli evin mülkiyyətçisi olsa da, həmin evin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Eyni Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsində isə deyilir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası təmin olunmaqla, İddiaçı ünvan 2-də yerləşən yaşayış sahəsinə qapıdan girərkən sol tərəfdə yerləşən 4 otaqlı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı ünvan 2-də yerləşən yaşayış sahəsinə qapıdan girərkən sol tərəfdə yerləşən 4 otaqlı mənzilə köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6673/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6673/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver