Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-677/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən olunmasına dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il tarixdə, Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində anadan olan X4 onun qardaşı olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1961-ci il tarixdə, Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində anadan olmuşdu. Məhrum qardaşı, X4 xx.xx.1954-cü il tarixdə, Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhrum atası, X5 xx.xx.1924-cü il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində anadan olmuş və xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhrum anası, X3 1928-ci il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində anadan olmuş və xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Qızıldaş kəndində vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun vərəsəsi kimi ondan miras qalmış evdə yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdi. Qardaşı doğum haqqında şəhadətnaməsi olmadığından, həmçinin qardaşına məxsus digər hüquqi əhəmiyyətli olan sənədlərdə "ata qrafasında" hərif səhvliyinə görə qohumluq əlaqələrini təsdiq edə bilmirə və bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Daha sonra qardaşı X1 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmişdi. Lakin, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən, xx.xx.2023-cü il tarixli, məktubla cavab olaraq bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətandaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs Cavabdehnə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X6 izahatında bildirdi ki, Ərizəçi onun bibisinin nəvəsidir, Binnət ilə mərhum Bəhrəm qardaşdırlar, ümumiyyətlə ailədə iki qardaş, üç bacıdılar, Bəhrəm rəhmətə gedib. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Ərizəçi Uğurlu oğlu izahatında bildirdi ki, Ərizəçi ilə eynu kənddə yaşayırlar, onlar üç qardaşdır. İş materiallarında olan 19 fevral 1961-ci ildə verilmiş, İ-ЗЖ 327729 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il ildə doğulmuş, ata qrafasında X5, ana qrafasında isə X3 yazılmışdır. İş materiallarında olan İV-ЖГ 461349 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1996-cı ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 731 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2023-cü ildə verilmiş AZ-İİ 375200 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü ildə ürəyin kəskin işəmik xəstəliyinin digər formaları səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 931 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, 18 noyabr 1976-cı ildə verilmiş НЗ ******* nömrəli hərbi bilet X2 məxsusdur. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətandaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırki işdə ərizəçi əlində olan vasitələrlə mərhum X1 onun qardaşı olmasını əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsin əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin qardaşı olmuşdur. Ərizəçi miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş müraciət etmiş, qardaşı doğum haqqında şəhadətnaməsi olmadığından, həmçinin qardaşına məxsus digər hüquqi əhəmiyyətli olan sənədlərdə "ata qrafasında" hərif səhvliyinə görə qohumluq əlaqələrini təsdiq edə bilinmir və bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.1961-ci ildə doğulmuş Ərizəçi qardaşı olması faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1961-ci ildə doğulmuş Ərizəçi qardaşı olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-677/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-677/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver